adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Aprel 2018 16:28
148027
RUBRİKA
A- A+

Amazoniyada 3500 illik kəşf

Amazon meşələrinin kosmosdan çəkilən şəkillərini araşdıran arxeoloqlar bölgədə antik dövrdə yaşamış insanların izlərinə rast gəlib.

 

The Wall Street jurnalının xəbərinə görə Avropalıların Amerika qitəsinə gəlişindən çox-çox əvvəllər  bu meşələrdə insanlar yaşayırdı.

 

Kosmosdan çəkilən şəkilləri araşdıran arxeoloqlar miladdan əvvəl 1500-1200-cü illərə aid olduğu düşünülən yerlərin izlərinə rast gəlib.

 

Brazilyanın Mato Grosso əyalətində o dövrə aid bir çox tarla və kənd təsərrüfatı ilə məşğul olunan ərazilər kəşf olundu.


Arxeoloqlar Sao Pauloda yaşayan Fransisko Nakaharanın xobbi olaraq kosmosdan çəkilən şəkillərini araşdırmasından xəbər tutub bu məsələ ilə ciddi məşğul olmağa başlayıblar.

 

Həmin əraziyə gedərək araşdırmalarda iştirak edən qrupun başçısı arxeoloq Conas Qregorio de Souza deyib:

 

- Bu bölgə o dövrdə böyük bir insan toplumunun məskəni olub. Çox güman ki, Avropalı kəşfçilərin və kölələrinin bura gətirdikləri xəxtəliklər səbəbiə dünyalarını dəyişiblər.