adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

DAY-DAY

NİCAT NOVRUZOĞLU
57869 | 2018-03-29 16:05

Zəmanəmizinxilaskarı. Neyləyərik onsuz biz? Odur bizi tramplinə mindirən, odur bizi dartıbaparan, odur bizi biz eliyən. Onsuz biz nə karəyik.

Buday-day o əksəriyyətimizdə olan dayıdan deyil. Yəni anamızın qardaşınadediyimiz dayıdan deyil. Buday-daydı. O anamızın qardaşından da, hələ desəm özümüzdən də qiymətlidi.

Biri dünyaya gəlir.Böyüyür boya-başa çatır. Savada, elmə yiyələnir. Bu savadla, elmlə düşür bizimyaşadığımız əyalətin gerçəkliyinə. Özünü oda vurur, oddan bir şey çıxmır. Bu dəfəközə vurur. Közdən də bir şey çıxmır.Vurnuxur, hoppanıb-düşür, ora qaçır, bura qaçır. Amma nə fayda. Qalırortalıqda. Day-day yoxdu deyə. Deyən dəzamanında zaman deyib-bir ləlsən, çifaidə, yox qədrini bilən.

Ammaböyründəki savadsızın biri gedir hey irəli. Heç ortalıqda görsənmir də. Elə xımır-xımır,addım-addım, səssiz-səssiz gedir irəli. Deməli, day-dayı var. Deyən də yoxdurki, ayə, hara gedirsən, ayə.

Və yaxud da ki,oxumur qiymət alır, içkili vəziyyətdə "qai" saxlayır buraxır, sənədverir darampıltıyla götürürlər işə, adam döyür gəzir, ağac kəsir, daş atır,mahnı oxuyur, bina tikir, torpaq zəbt edir, yolu qazır, klinika açır, dərmansatır, rüşvət alır və s.

Day-dayhəyat içində həyatdır.

Day-dayşandı, şöhrətdi. Lap elə baldı.

Hələ sevgidir də.Ən böyük sevgi day-daya olan sevgidir.

Day-daybir sığorta kartıdır. Hələ ondan da qabaqdı.

Ammanolsun ki, biz day-daylarımıza o bizə verdiyimiz həyatın müqabilində heç nə etməmişik.Çox heyf.

Baxdımşairlərimizin day-day haqqında qələmə aldıqları bir şeir tapmadım. Elə bilbunların day-dayı olmayıb. Elə bil day-daysız yaşayıblar. Day-daysız şair olar?Nolar bir day-day şeri yazsaz? Misranızın qafiyəsi pozular?

Heçday-day mahnımız da yoxdu. Oxumamışıq day-dayımıza mahnı. Anaya oxumuşuq, atayaoxumuşuaq, bacıya, qardaşa, sevgiliyə, balaya, meşəbəyinə, tut ağacına, qaraxala, sarı gülə, nə bilim daha nələrə, amma day-dayı unutmuşuq. Baxmayaraq ki, day-day oxudub onları.Day-day dəstəyi ilə çıxıblar efirə.

Day-dayodur ki, kimisə saxlasın. Day-day ki kimisə saxlamadı o day-day sayıla bilməz.Kimisə saxlamaq day-dayın nizamnaməsi, əsasnaməsidir. Di gəl ki, bir saxlanılandurub deməz ki, məni filankəs saxlayır. Məsələn, götürək elə müğənniləri. Bubalaca ölkədə əksəriyyət bilir ki, kimi kim saxlayır, kimi də xalq saxlayır. Həmişəxalqın adını çəkirlər, amma day-dayın yox. Niyə ay manıs, day-day sənə pislikedib? İstəmisən manıs olasan, o da edib də.

Hələbu bir tərəfə. Birdən ki, bu day-dayın həmən o manısla şəkili çıxa efirə. Yenədə danırlar. Manıs da danır, day-day da. Onda məlum olur ki, sən demə, day-daysənətsevərmiş. O üzdən manısa day-daylıq edirmiş.

Bütünbunlarla yanaşı bir də görürsən ki, biri pır elədi qanadlandı. Deyirlər ki,redbull içib. Boş söhbətdi. O qanadı redbul verə bilməz. Həm də redbulunverdiyi qanad 1-2 saatlıq qanaddır. Onun redbulu day-daydır. Day-dayın verdiyiqanadın etibarlılıq müddəti müddətsizdi.

Day-dayınhər şeyi olduğu kimi cinsi də olur. O həm qadın cinsində ola bilər, həm dəkişi. Amma hər iki halda da day-day elə day-daydır. Bu gün elə qadın day-daylar var ki, kişi day-daylarıheç nədir onun yanında. Kölgəsində itib batır. Ona görə deyiblər ey, day-dayınerkəyi-dişisi olmaz.

Buvirtual həyat da day-daylara soyuqqanlı yanaşır. İnternetdə day-day yazdım kimsəçıxmadı. Çox heyfisləndim. Niyə gizlədirsiniz day-daylarınızı? Və ya nəvaxtacan gizlədəcəksiniz day-daylarınızı?

Bəlkədə day-daylar özləri bu gizlinli

yintərəfdarıdırlar. Təvazökarlıq.

Vikipediyadaday-day səhifəsi yoxdu. Yığmıyıb day-dayları başına vikipediya. Onların etdikləriniçatdırmayır dünyaya.

Baxbelə, laqeyidlik axırı day-daysız qoyacaq Sizi. Gizlətməyin day-daylarınızı. Qoy hamı bilsin ki, kimkimin day-dayıdır.

P.S. Yeri gəlmişkən,mənə bir xahişlik day-day lazımdır. Kim day-dayını borc verə bilər?


TƏQVİM / ARXİV