adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

İT GÜNÜNDƏ

NİCAT NOVRUZOĞLU
51161 | 2018-04-20 14:19

Çoxdandır yoxaçıxmışam. Həm sizin üçün, həm də özüm üçün. Tapa bilmirdim özümü. Həmişə olduğukimi tapılmaq itməkdən çətin olub. Axırı birtəhər tapıldım. Bu tapıntı barışıqsayəsində oldu. Beynimlə barmaqlarım barışdı. Milli Barışıq elan etdilər. Məniitirən də onlar olmuşdu. Yola getmirdilər. Beynimin düşündüyünü barmağımyazmırdı, barmağımın yazmaq istədiyini beynim qəbul etmirdi. Dil tapdılar. Vəbu tapılan dilin tapıntısı da həm də mən oldum.

İtkin düşən günlərimdəbaşıma çox hadisələr gəlib. Qulağım çox sözlər eşidib, gözüm də şahidolub. Ən əsası o olub ki, qulağı da,gözü də, dili də, ümumilikdə özündə birləşdirən başım salamatdı. İndiki zamandabaş əsas məsələdi. Başsız ancaq atla gəzə bilərsən ki, o da bizdə hardandı. Heçatlı gəzdiyimiz el-obamız da bizdə deyil.

Maraqlı hadisələrdənbiri vaqe oldu rayonlarımızın birində. Rayonda gec-gec olduğum səbəbindəncamaatımızın güzəranından xəbərim olmur. Bu xəbərsizlik ucbatından köhnətanışlardan kimisə gördükdə bir xeyli vaxt onu-bunu soruşmağa məcburam. O necədi,bu necədi, nə işlə məşğuldu, kim evlənib və s. Bu dəfə də belə suallarla birinisalmışdım çənəmin altına. Tanıdıqlarımın hazırkı durumları barədə ondancavablar alırdım. Əvvəl kasıb-kusubu soruşduqdan sonra keçdim bərk gedənlərimizə.Qaqa, bəs filankəs nağayrır, neynir, vəziyyətinecədi? - sualına "ə it günündədi" cavabını aldım. Filankəsin niyə itgününə düşdüyünü soruşmaq istəyirdim ki, çiynimə bir yumruq dəydi: "Qaqa,nətərsən?". Məni yumuruqlayan köhnə tanışlarım idi.

Març-murçdansonra bunlarla təzəcə hal-əhval tutmağa başlamışdım ki, gördüm bir BMV babat səsiçıxan siqnalla bizi salamlayıb keçdi. BMV-ni sürən o bayaq mənə it günündəolduğu deyilən filankəs idi. Filankəsin günün itə oxşamadığını görüb məəttəlmiyazım, təəccüblümü yazım, bilmirəm, o sifətlə çönüb baxdım bayaqdan mənə millətinvəziyyəti barədə hesabat verənin üzünə. Yəqin ki, həmin an sifətimi ölümsüzləşdirənolsaydı, baxıb görərdiz ki, sifət sual işarəsindən ibarətdir. Nöqtə də düşüb çənəminaltına.

Hesabatcıl sualıgörən kimi gülümsəyib dedi: "Qaqa, indi itin günü bizim gündənyaxşıdı". Çiynimə bir də yumruq dəydi:"Özün nətərsən ey?". Bu yumruq həm də it söhbətinə dəydi. Qayıda bilmədimo söhbətə. Hesabatcıl işi olduğunu deyib məni, məni yumruqlayanlarla buraxıbgetdi. Az qaldım arxasınca it söhbətinə görə elə it kimi hürəm, alınmadı.

Sizdə bilmirəmnecədir, məndə belədir ki, özüm özümlə təkqalanda və yaxud yorğanın altında gözü yumulu olub, amma ki, yatmayanda gün ərzindəyaşadıqlarımı düşünürəm, çək-çevir edirəm. O gecə bu it məsələsi məni o qədərdüşündürdü ki, səhər açılan kimi özümü verdim zoomarketə. Ki, bilim görüm ofilankəsin vəziyyəti nə yerdədi.

Qapıdan içərigirən kimi özümü itirdim. Birinci dəfənin göstəricisi idi. Bunu satıcı da hissetdi. Urusca nə isə dedi. Mən də salam verdim. Dedim, yəqin salamlaşır. Bəlkə dəheylə imiş. "Salam"ın Azərbaycan dilində olduğunu görüb üzünüturşuda-turşuda bir zülümlə, kəkələyə-kəkələyə bizim dilə oxşayan dildə soruşduki, nə lazımdı?. Heç özüm də bilmirdim mənə, daha doğrusu itə nə lazımdı. Axıitim olmayıb. Ona görə də birtəhər onu başa saldım ki, mənə itlə bağlı sizindükanda nə varsa qiymətlərini deyin. Bu dilini zülümlə başa düşdüyüm azərbaycanlıqiymətlərdən məni agah elədikcə elə bil, məni çıldağda yandırırdılar. Cız-bızedirdim.

Qardaş, bu itgünündə olmaq nə yaxşı şey imiş. İtin yeməyinin kilosunun qiymətini soruşduğumzoomarketdə qiymətlər 13-20 manat arasında dəyişir. Mənim yediyim ətdən bahalı ətyeyirmiş it. Xanım bildirdi ki, it aya rahat bu yeməkdən 15 kilo yeyir. Suluyeməklər isə bundan da bahadır, 20-25 manat.

İt üçün nəzərdətutulan ortopedik yatağın qiyməti 330 manatdı. Mən o nənə döşəyində yatmaqdanonurğam yırtılıb. Özü də nə az, nə çox, 5 milli.

Heç vaxt boynumdan nə isə asmamışam. Heçboynumu da asmamışam. Amma itinxaltasını görəndə içimdəki maraq məni soruşmağa vadar elədi və məlumoldu ki, xalta 86 manatdan başlayır. 150 manatlığı da var idi. Özümü xaltalamaqistəyirdim ki, o əcaib dildə danışan qadın başa düşmədiyim bir söz dedi. Gözlərininbərəltisindən anladım ki, xaltalanmağıma təəccüblənir.

Diş bərkidənxüsusi sümüklərin qiyməti 17-30 manat civarında. Kənddə dişimi plomplayan 20manat istəyəndə az qalmışdım ki, onu dişləyəm. Sonra 15-ə razılaşıdıq.

İt üçün vitaminlər220 manat. Vallahi də, billahi də mənə 220-lik vitamin vursalar 24 saat hürərəm,özü də gözümü qırpmadan.

Yemək qabı 100 manat. Barmaqlarımla başımı qarışdırmaqistəyirdim ki, satıcı gülümsəyib: "Şampundakı 20-30 manat" dedi.Barmağımı dişlədim. Ağzıma 75 faizlik qara sabunun iyi gəldi. Tez soruşdum ki,onda bunların tükünü neçəyə qırxırlar? Onu yazmayacam. Nifrət edərsizinsanlığınıza. İtə paxıllıq edərsiz.

Mən etdim. Niyədə etməyim?! İt məndən 5 dəfə yaxşı yaşayır. Ona torpaq da ayırırlar, evini dətikib verirlər, hələ üstəlik bir belə də pul xərcləyirlər. Nədir-nədir aradahürür. Bir belə xətir-hörməti mənə qoysalar nə var ki, gündə bir-iki ağız hürməyə.

Hələilimizin adı da it ilidi. Mənim xeylim yaşım var, hələ mənə it kimi etimad göstərməyiblər.Adıma heç zibil qutusu dayoxdu.

Qismət.Yarımadıq. Bizi də göstərib deyən olmadı ki, it günündə yaşayır.


TƏQVİM / ARXİV