adalet.az header logo
  • Bakı 11°C

“Sonu mutluluqla bitən kitab…”

KƏNAN HACI
38823 | 2018-05-21 10:44

Bu dəfə Cəlilədəndanışacağam. Nazim Hikməti dünyaya gətirən qadından! Qorxunun nə olduğunu bilməyənfədakar qadından… Alagözlü kaplandan… Osmanlı dönəminin ilk qadın rəssamından. YəhyaKamal Bayatlının eşqindən. Oğlunun azadlığa qovuşması üçün ixtiyar yaşındasarsılmaz iradə nümayiş etdirən, Qalata körpüsünün üstündə haqsız yerə məhbəsdəyatan övladı üçün imza toplayan bir Anadan! 

Bu günlərdə türkyazarı Osman Balcıgilin "Alagözlü Cəlilə” kitabını oxudum və kitabı oxuyarkənünlü türk şairi Turqut Uyarın bir misrası hey beynimdə fırlanırdı: "…insansevdikcə iyileşiyor”. O, sevdikcə gözəlləşirdi – bütün sevən qadınlar kimi. Ammao, sıradan bir qadın deyildi; Polşa kökənli dövlət adamı Həsən Ənvər paşanınqızı idi, Parisdə, Romada təhsil almışdı, Avropa rəssamlıq məktəbini keçmişdi. ("Polşakökənli” ifadəsinə görə bir haşiyə çıxım. Xalq yazıçısı Anar Nazim Hikməthaqqında yazdığı "Kərəm kimi” romanında Nazimin ana tərəfdən ulu babasıKonstantin Borjenskiylə bağlı bir məqamı qeyd edir: "…Vala Nurəddinin və ƏkbərBabayevin yazdıqlarına görə KonstantinBorjenski nəinki yəhudi, heç slavyan da yox, qaqauz, yəni qədim türk qövmündən– göy oğuzlardan imiş”. Anar, "Kərəm kimi”, "Azərbaycan” nəşriyyatı, 2015, səh.102)

Nazim Hikməthaqqında saysız-hesabsız kitablar yazılıb, əksəriyyətini oxumuşam. Amma"Alagözlü Cəlilə” böyük şairi dünyaya gətirən qadın haqda oxuduğum ilkkitabdır. Əsəri janr olaraq sənədli roman saymaq olar. Cəlilənin Yəhya Kamallayaşanan sevgisi və oğlu Nazimin aclıq aksiyasına qoşulması paralel süjet xəttikimi davam etdirilir. Müəllif bu hadisələrin fonunda Osmanlının sonuncu sultanıVəhdəddinin ingilislərin gəmisinə minib ölkəni tərk etməsini və Türkiyətarixində həlledici önəm daşıyan hadisələri də qələmə alıb. Bu hadisələrihamımız tarixdən bilirik, bu yazıda təkrar sadalamağa ehtiyac görmürəm. Əsərdəhadisələrin episentrində dayanan məğrur, əyilməz bir qadın obrazı var.

Cəlilənin olduqca zənginmənəvi dünyası vardı, amma həyatını bağladığı Hikmət ruhuna hakim ola bilməmişdi.Osman Balcıgil yazır ki, "tamamilə fərqli xasiyyətdə olduqlarını Cəlilə yatağagirdikləri ilk gecədən hiss etmişdi. Özünün zirvələrə can atmağ sevən, macəraaxtaran, aza qane olmayıb arzuladığı çox üçün daha artıq cəhd göstərən təbiətindənHikmət bəydə zərrə qədər nişanə yox idi”. Cəlilə qayınatası, Osmanlı xanədanınınyüksək çinli məmuru Mehmet Nazim paşa ilə sənət söhbətləri etməkdən inanılmaz dərəcədəzövq alırdı, ərinin atası kimi dərin intellekt sahibi, incə ruhlu bir adamolmadığından təəssüf hissi keçirirdi.

Bir gün xəfiyyələrevə basqın edərkən sürətlə qayınatasının otağına qaçaraq təhlükəli sayılan sənədlərimasanın üstündən götürüb qoynunda gizlətmişdi. Evdə axtarış aparan xəfiyyələrheç bir şey tapmayıb Cəlilənin otağına keçmək istərkən "müsəlman qadınınotağına bu şəkildə girmək əxlaqsızlıqdır” deyərək tapançanı onlara tuşlamışdı:"Bir addım atsanız, hamınızı öldürərəm!” Və onların başının üstündən atəş açmışdı.Gələnlər əliboş qayıtmışdılar. Cəlilə qayınatasını beləcə xilas etmişdi. Hərqadın belə bir cəsarət göstərə bilərmi?! "Mavi gözlü dev”i bu qadın dünyaya gətirmişdi.

Cəlilə iki dəfə ərindənboşanmağa cəhd etmişdi, hər dəfə qayınatası Mehmet Nazim paşa ailəni dağılmaqdanxilas etmişdi. Ona qədər ailə Memhet Nazim paşanın işiylə əlaqədar Selanikdənİstanbula, ordan Hələbə və yenidən İstanbula qayıtmışdı. Cəlilə bu səfərdəNazimdən sonra dünyaya gəlmiş ikinci oğlunu şəhərə yayılmış xəstəlik ucbatındanitirmişdi, daha sonra Nazimin bacısı Samiyə dünyaya gəlmişdi. Osmanlı Türkiyəsimüharibələrdən göz aça bilmirdi, imperiyanın dayaqları sarsılmışdı. Xanədançöküş ərəfəsindəydi. Ailə sonuncu dəfə çat verdi və onlar ayrıldılar. Ondaartıq arada Yəhya Kamal vardı. Onları məşhur türk yazıçısı Yaqub QədriQaraosmanoğlu tanış etmişdi. Osman Balcıgil yazır ki, Cəlilə öz sevgilisiyolunda ərini, evini tərk etdi. Yəhya Kamal ona "Alagözlü qaplanım” deyə şeirləryazdı. Qadın özünü göylərin yeddinci qatında hiss edirdi, xoşbəxt idi. Ammahansı xoşbəxtlik sonacan davam edib?!


Osman Balcıgilinyazdığına görə Yəhya Kamal dillərdə əzbər olan "Səssiz gəmi” şeirini Cəlilənilimandan gəmiylə yola saldıqdan sonra elə ordaca yazıb:

Artıkdemir almak günü gelmişse zamandan,

Meçhulegiden bir gemi kalkar bu limandan.

Hiçyolcusu yokmuş gibi sessizce alır yol;

Sallanmazo kalkışta ne mendil ne de bir kol.

Rıhtımdakalanlar bu seyahatten elemli,

Günlercesiyah ufka bakar gözleri nemli.

Biçaregönüller! Ne giden son gemidir bu!

Hicranlıhayatın ne de son matemidir bu!

Dünyadasevilmiş ve seven nafile bekler;

Bilmezki giden sevgililer dönmeyecekler.

Birçokgidenin her biri memnun ki yerinden,

Birçokseneler geçti; dönen yok seferinden.

"Şairşanslı idi. Şeirində yazdığı kimi olmayacaqdı, sevilən və sevən nahaqdangözləməyəcəkdi”.

Onlaryenidən, təkrar-təkrar görüşəcəkdilər. Yəhya Kamal Nazimin müəllimi olacaqdı,onun ilk şeirini qəzetdə dərc etdirəcəkdi və bir gün Cəliləgildən çıxanda şairpaltosunun cibindən belə bir açıqca tapacaqdı:

"Müəllimimkimi girdiyiniz bu evə atam kimi girməyəcəksiniz”.

Bu,Nazim Hikmətin xəbərdarlığı idi. Bu xəbərdarlıqdan sonra Yəhya Kamal sevdiyiqadından üz döndərir. Cəlilə qadın olsa belə cəsarətli idi, fədakar idi, qurbanverməyi bacarırdı, Yəhya Kamal isə qorxurdu, ehtiyat edirdi. Yəhya Kamal! "Türkpoeziyasının Boğaziçi körpüsü” adlandırdıqları qüdrətli şair aşiqlikimtahanından çıxa bilmədi. Cəlilənin xəyalları suya düşdü, ümidləri çilik-çilikoldu, səmalardan yerlərə düşdü. Uzun müddətli depressiya uzun sürmədi. Parislirəfiqəsi Marselə yazdığı məktublar onu xilas etdi, o, acı gətirən xatirələrdənxilas olmaq üçün Parisə, rəfiqəsinin yanına yollandı.

NazimHikmət isə Moskvaya təhsil almağa yollanmışdı. Moskva həyatı onun siyasi və həmdə ədəbi dünyagörüşünə ciddi təsir göstərmişdi. Onu həbsə aparan yollar daMoskvadan keçirdi. Humanist ruhlu şair istibdad altında inləyən xalqınınxilasını kommunizmdə görürdü. Kommunist olduğuna görə hakim dairələr onu düşmənelan etmişdi və "vətən xaini” damğası həbsdən azad ediləndən sonra da,ölümündən sonra da onu təqib etdi. Özünün ən kədərli misralarından biri dəbudur:

vatan, kurtulmamaksa kokmuş karanlığımızdan,
ben vatan hainiyim.
Yazın üç sütun üstüne kapkara haykıranpuntolarla:
Nazım Hikmet vatan hainliğine devam ediyor hala.

Cəlilə dişi qaplan kimi haqsız yerə məhbəsə atılanoğlunun azadlığı uğrunda mübarizə aparırdı. Qalata körpüsünün üstündə səsigəldikcə bağırmaq istəyirdi. Bacısı Münəvvər və bacısı oğlu Oktay Rıfat onu bufikirdən daşındırmışdılar.

Gözəl, ala gözlərində quyruqlu sürmələr,

balaca ağzı boyalı, yaşı altmışa yaxın,

təzyiqi aşağı, ürəyi var.

İşi-gücü, fikri-zikri rəsm çəkmək,

Qızlığından bəri çəkərmiş,

əri öldükdə on il bundan əvvəl

ləl-cəvahiratını satıb Romaya gedir.

Şükür ki, burdakı evini satmayıb,

yoxsa yazıq qadın qayıtdıqdan sonra

acından ölə bilərdi.

İndi alt mərtəbəni kirayə verməklə dolanır.

Nazim Hikmət bu misraları anasına həsr edib və anasıziyarətinə gələndə onun üçün oxumuşdu və demişdi ki, sən də məmləkətimin birinsan mənzərəsisən.

Cəlilənin ürəyinə tikan kimi batan əski sevgilisiYəhya Kamalın Nazim Hikmətin məhbusluğuna biganəliyi idi. Yəhya Kamal Naziminustadı olmuşdu, ilk şeirlərini mətbuatda o çap etmişdi. Nazim üçün imzatoplamakompaniyasına ən məşhur şairlər, yazıçılar, ziyalılar qoşulduğu halda YəhyaKamal "məni bu işə qatmayın” demişdi…

"İnsan ən azı, nəzakət xatirinə bir cümlə ilə əlindənheç nə gəlmədiyini yazar”. Yaşlı qadın belə düşünmüşdü.

Nazim Hikmətin vəkili Mehmet Əli Sebuk şairingünahsızlığını hüquqi cəhətdən sübut edərək yaranmış vəziyyəti dünyada məşhuryanlışlıq kimi xatırlanan "Dreyfus hadisəsi”nə bənzətmişdi.

Kitabı oxuyub bitirəndə yenə Nazim Hikmətinmisralarını xatırladım: "Sonu mutluluqla bitən kitablar yollayın bana”.

Bu kitab mutlu bir sonluqla – Nazim Hikmətin məhbəsdənazad olması ilə bitir. Şairin azadlığaçıxmasında ən böyük dirənişi də alagözlü qaplan göstərmişdi.

TƏQVİM / ARXİV