adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ƏLLİ BEŞ MANATA DOLANMAQ OLAR?!

FAİQ QİSMƏTOĞLU
50580 | 2018-06-06 13:22

Bu sualı mənə psixolojixəstəlikdən əlilliyə görə təqaüdə çıxmış, ikinci qrup əlil olan 33 yaşlı bir gəncverdi. Sözün düzü, bu sualdan sonra onun gözlərinin içinə baxdım və yalan danışmayacağımaand içərək dedim ki, əlbəttə, 55 manata dolanmaq olmaz! Hələ üstəlik də bu cür xəstələrdava-dərmana hər ay pul verməlidilər. Hələ biz onu demirik ki, onlar geyinib- geçinməli,yeyib-içməli, xeyir-şərə getməlidilər. Bunları da onun üstünə əlavə eləyəndə heçbu pul həmin o ikinci qrup əlil üçün bir həftə də bəs eləməz!...

Deyəkki, bu pula onlar bir həftəni birtəhər yola verdilər. Bəs həmin xəstə ayın qalanüç həftəsini necə yaşamalıdı? Bax, elə məsələnin də qaranlıq və ürəkağrıdan tərəfidediyimiz bu məqamlardı. İndi siz təsəvvür edin ki, ölkəmizdə hər ay 55 manat təqaüdalan minlərlə ikinci qrup əlil var. Onlarınyaşayışı, dolanışığı, rifah halı təbii ki, çoxlarımızı düşündürməlidir.

Səhveləmirəmsə, həmin məsələ ilə bağlı Milli Məclisdə bir dəfə millət vəkili Araz Əlizadəöz etiraz səsini ucaldıb. Oda deyib ki, 55 manat təqaüdlə bir adam bir ay dolana bilməz. Biz burda heç də Amerikaaçmaq istəmirik. Sadəcə olaraq, biz burda bir daha minlərlə ikinci qrup əlilin yaşadıqlarıproblemləri gündəmə gətirmək istəyirik ki, qoy əlaqədar qurumlar onların maddi durumları ilə maraqlansınlar və bu problemimüəyyən zaman kəsiyində yoluna qoysunlar.

Tutaq ki, həmin xəstələrin valideynləri sağ-salamatdı, hələ onlara arxa durabilir. Heç kim bu dünyanı tutub getməyəcək. O valideynlər də nə vaxtsa haqq dünyasınaqovuşacaqlar. Bəs onda 55 manat təqaüd alan o insanların taleyi necə olacaq? Şükürlərolsun ki, son vaxtlar Azərbaycan neftinin qiyməti daha da yüksəlib. Bu da imkanverir ki, gələcəkdə bu cür imtiyazlı xəstələrin təqaüdləri artırılsın.

Çox qəribədir ki,40-50 il bu dövlətin, xalqın və millətin yolunda xidmət eləmiş hər hansı bir ziyalıtəqaüdə çıxanda 180-190 manat, üzaqbaşı 200 manat təqaüd alır. Amma elə də savadıolmayan, xalq, millət qarşısında xidməti ondan çox olmayan şəxslər isə 500-600 manat,bəzən də daha çox təqaüd alırlar. Bir dəfə Tibb Universitetinin dosenti, çox hörmətelədiyim Rəşid Mahmudov televiziya çıxışlarının birində dedi ki, mən uzun illərelm sahəsində çalışmışam, xalqıma və millətimə namusla xidmət eləmişəm. Mən 180manat təqaüd alıram, heç bir xidməti olmayan, rüşvətxorluq edən, onu-bunu aldadanadam təqaüdə çıxanda 500-600 manat pul alır.

Buna da sözümüz yoxdur.Amma sözümüz ona var ki, bu gün həqiqətən də 55 manat təqaüd alan ikinci qrup əlillərçox böyük əziyyətlə üzləşirlər. Biz onların valideynlərinin, özlərinin durumunu,sıxıntısını başa düşməliyik. Ən azından bu məsələlər bir daha Milli Məclisdə gündəməgətirilməli və həmin insanların durumu dəyərləndirilməlidir. Milli Məclisin üzvləriiki daşın arasında öz maaşlarını artırmağa nail oldular. Bu insanlar da o millətvəkillərinin seçiciləridir. Onlara isə bizim fikrimizcə, nəinki millət vəkilləri,cəmiyyətimiz laqeyd qalmalı deyil. Bu insanların həyatı, yaşayışı və sabahı hamını narahat etməlidir. Heç kim sinəsinə döyməsinki, onun övladı belə ağır xəstəliyə düçar olmayacaq?! Ona görə də bir daha bu barədəvəzifəsindən asılı olmayaraq çoxları dərindən düşünməlidir.

Xüsusən də Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi bu cür xəstə insanların gələcəyi barəsində dahadərindən düşünmək imkanına malikdir. Çünki bu quruma gənc bir insan nazir təyinedilib və o da çox böyük ümidlər yaradır ki, bu cür xəstə insanların taleyi haqqındamühüm məsələləri yuxarı təşkilatlar qarşısında qaldırsın. Çünki yeni nazir fəaliyyətəbaşladığı ilk gündən islahatlar aparır və bu sahədə şəffaflıq yaratmağa çalışır.

Sizi inandırım ki,ayda 55 manat xəstəliyə görə təqaüd alan insanları sevindirməkdən gözəl heç birhədiyyə ola bilməz. Onlar sevinərsə, o sıxıntı, o xəstəlik və o ağrı-acı da bu insanlarınçiyinlərindən götürülər. Bu insanların valideynləri də atılacaq bu addımdan çoxşad olarlar.

Ən azından ona görəki, bizim millət həmişə ağır xəstə olana, sıxıntı keçirənə arxa durub və kömək olub.Ən nəhayət, bu cür xəstə insanların özləri və ailələri ölkə prezidenti cənab İlhamƏliyevə həmişə inanıblar və böyük ümid bəsləyiblər. Və biz də inanırıq ki, bu ümidnə vaxtsa göyərəcək, o insanlar da sevinəcəklər.


TƏQVİM / ARXİV