adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS:AĞDAMLI PARTİYAYA NECƏ KEÇDİ VƏ ZARA

AQİL ABBAS
85435 | 2018-07-29 10:19

Zara gündəmi zəbtedib, yəqin hələ bir ay da sürər. Amma mənəbir şey daha maraqlıdı. Zaranın gəlişininəleyhinə statuslar paylaşmış bəzi qələm sahibləri sonradan həmin statusları siliblər. Bu gəlişi qiymətləndiriblər, tolerantlıq-bəşməkanlıq, sülh platforması, sülh dəmiryolu, sülh vağzalı və sair və ilaxır. Hətta bu gəlişi pisləyən saytların, mətbuat orqanların bəziləri indi məsələyə xoşgörülü yanaşırlar. Oxuyub gülürəm.

Yadıma bir hadisənisaldı. Vaqif adlı bir həmyerlim institutu bitirəndən sonra təyinatla Salyana müəllim işləməyə getmişdi.Həmin vaxt da Salyanın birinci katibi ağdamlı,gözəl insan və təmiz bir dövlət məmuru olan Nadir Abbasov idi. Mənimlə heç bir qohumluq əlaqəsi yoxdu, amma sağlığında həm vəzifədəolanda, həm də vəzifədən çıxandan sonra tez-tezgörüşərdik, mənə də «qardaş oğlu» deyərdi.

Bu Vaqif partiyaya keçmək istəyir, çox əlləşir, amma həm məktəbinPartkomu, həm də direktoru istəmirlər ki,o partiyaya keçsin. O da savadlı bir oğlan,haqqını-hüququnu qorumağı bacarır. Çox çalışır, tələb edir, buna haqqınınçatdığını bildirir və sonda da deyir ki, siz mənim sənədlərimi göndərinBüroya, qoyun Büro qərar versin, raykomun bürosu razı olmaz, mən də oturaram yerimdə.

Məcbur olub sənədlərini hazırlayırlar, amma qurub-qoşurlar ki, Büroda elə edərik ki, keçməsin. Təbii ki, burdabir yerliçilik məsələsi də vardı də, bir ağdamlı gəlib niyə Salyanda partiyaya keçsin? Onun yerinə bir salyanlı keçirərik də.

Büro. Nadir Abbasovoturub ortada. Sağında-solunda da Büro üzvləri.

Məktəbinpartkomu qalxır.

-Yoldaş Abbasov, çox gəncdir, ikinci ildir bizdə işləyir. Mənə elə gəlir ki, gözləsə yaxşıdır. İndi tələb elədi, biz də təqdim elədik.

Məktəbindirektoru qalxır, o da partkomun dediklərinitəsdiqləyir:

- Biz onuhələ yaxşı tanımırıq, ikinci ildirbizdə işləyir. İnstitutu təzə bitirib, hələ bir az təcrübə toplasın, hələ bir hazırlaşsın,partiyaya üzv olmaq məsuliyyətini hiss eləsin.

Abbasov sözü maarifmüdirinə verir. Maarif müdiri də başlayır əvvəlkiləritəkrar etməyə:

-Yoldaş Abbasov, məndən əvvəl danışan partkom, eləcə də məktəbindirektoru çox haqlı olaraq onun hələ gənc olmasını, yetərincə yetişmədiyini, institututəzə bitirməyini, təcrübəsinin az olmağını…

Buvaxt Abbasov anketi çəkir önünə, baxır və görür yazılıb ki, Ağdamda doğulub.Sağına-soluna baxır, başı ilə işarə edir ki, keçməlidir.

Maarif müdiri də bunu görür və davam edir:

-Bəli, yoldaş Abbasov, partkom da dedi, məktəbin direktoru da, gəncdi, hələ yetişməyib,istitutu təzə bitirib. Amma yoldaş Abbasov, mənə elə gəlir ki, məsələyə bu cür yanaşmaqdüzgün deyil. Bəli, gəncdi, institutu təzə bitirib, amma bu gəncin ürəyi sabahainamla döyünür. O bir kommunist kimi çalışmaq,Kommunist Partiyasının üzvü kimi partiyayaxidmət etmək, Vətənə xidmət etmək istəyir. İndi biz bu gəncin bu gün ürəyini qırsaq, onu partiyaya keçirməsək o ruhdan düşər, özünə və partiyaya inamıitər. Mənə elə gəlir ki, ən düzgün addım bu gənci partiya sıralarınaqəbul etmək olar!

Beləlilklə,dostum Vaqif partiyaya keçir və sonra da partiyanın göndərişi ilə daxili işlər orqanlarına əvvəl uşaq inspektoru kimi göndərilir, daha sonra Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışır, polkovnik rütbəsinədək yüksəlir və polkovnik kimi istefayaçıxır.

Deyəbilərsiniz ki, bu məsələnin Zaraya nə dəxli?Nə bilim yadıma düşdü də. Dedim dəstədən geri qalmayım,düşər-düşməzi olar.

ZaraDağlıq Qarabağda olub, orda erməni əsgərlərinə konsert verib, onlarla şəkil çəkdiribpaylaşıb. Buna görə heç kim onu qınayabilməz.

Amma bir təklifim var. Yaxşı olar ki, təşkilatçılar onu götürüb aparsınlar cəbhə bölgəsinə, orda bizim əsgərlərə də bir konsert versin, bizim əsgərlərlə də bir şəkilçəkib paylaşsın. Bu dava-dalaş dakəsilər. Amma inanmıram gedə. 

Vəsonda. Bir də baxıram ki, sosial şəbəkələrdə kürd söhbəti edirlər. Əvvəla,yezidi kürdlərin kürdlərlə heç bir qohumluq əlaqəsi yoxdur – nə dillərində,nə dinlərində, nə də genlərində. Kürdlər bizimqardaşlarımızdı və Qarabağ savaşında yüzlərlə kürdbu torpağın yolunda sinəsini düşmən gülləsinə sipər edib şəhid olub. Yüzlərlə kürd əlilolub. Hələ Milli Qəhrəmanları da var. Xahiş edirəm, diqqətli olun, ətlə dırnağınarasına girməyin.


TƏQVİM / ARXİV