adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS:Allahverdi Bağırovun məzarı da, başdaşı da ürəklərdədi

AQİL ABBAS
61129 | 2018-07-31 11:36

Eləcədə bütün şəhidlərin. İki-üç gündü Zara söhbəti səngiməmiş təzə bir mövzu atılıb ortalığa.Həm dışarıdakı, həm də içəridəki düşmənlər bu xalqınəsəbləri ilə oynamağı çox yaxşı bacarır. Bunu yazdırarkən bilgisayardakı xanım qayıtdıki, məllim, bu xalqın əsəbi qalıb ki? Məndə dedim, qalıb, qızım, qalıb, sən yazını yaz.

Deməli,belə. Ermənilər youtubedə bir video yerləşdiriblər. Qarabağ savaşının əfsanəvi qəhrəmanı Allahverdi Bağırovun Ağdamdakı məzarını dağıdıblar, başdaşını aparıbXankəndində yüzlərlə insanın gözüqabağında parçalayıblar. Təbii ki, bu daxalqımızı hövsələdən çıxarıb. Əslində o qədər də yox. Hövsələdənçox çıxmış olsaq, əlimizə yabadan-baltadangötürüb çıxıb gedərik evimizə-eşiyimizə.


Gələkmətləbə. Ağdamda üç şəhidlər qəbiristanlığıvardı. Kənd əhalisi öz şəhidlərini götürüb aparıb öz obalarında dəfn edirdilər. Oüç şəhidlər qəbiristanlığı şəhər əhalisinə aid idi.

Biri qədim qəbiristanlığımızolan Qarağacıdaydı. Biri Böyük VətənMüharibəsində həlak olanlara ucaldılmışabidənin yerləşdiyi park idi. Şəhəriniçindəydi. Sonra ora da doldu.

Üçüncüsünü açdılarUzundərədə. Ora da dolanda Ağdam işğal olundu (day bir rayonda nə qədər igid adam ola bilər ki?!), dördüncüsünə ehtiyac qalmadı.

Allahverdinin məzarı da abidənin yerləşdiyi parkdaydı. Və digər şəhidlərin başıdaşısı da üstünə şəkil vurulmuş dəmir lövhədən ibarətiydi.Yəni Komandirin başdaşısı döyüşçülərininbaşdaşından fərqlənmirdi.

İndideyirlər ki, həmin məzarı dağıdıblar. Bu mümkündeyil. Nə Allahverdinin, nə də heç birşəhidin məzarını və başdaşısını heç kim dağıda bilməz. Çünki onların məzarları bizlərinürəyindədi. Başdaşıları da bizlərinürəyindədi.

Onların məzarı və başdaşıları bilirsiniz nə vaxt dağılacaq?! Onları sevənlər və tanıyan bizlər başdaşına çevriləndən sonra.

Çıxınküçəyə soruşun, görün neçə nəfər Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlıSovet İttifaqı Qəhrəmanlarının adını bilir.Mehdi Hüseynzadə ilə Həzi Aslanovdan başqaheç kimi tanımayacaqlar. Çünki onları tanıyanlar da artıq başdaşına çevriliblər.

Qarabağı azad etməsək hələ ki ruhları yaşayan bütün şəhidlərbizlərlə birgə ikinci dəfə öləcəklər.

Buməsələ ilə bağlı sosial şəbəkələrdəki şərhlərdəbir şərəfsiz Allahverdi Bağırova laf atmışdı. Məni o məzarın ermənilər tərəfindən dağılmasından daha çox həmin şərəfsizin Allahverdiyə atdığı laf ağrıtdı.

Mövzuya qayıdacam.


TƏQVİM / ARXİV