adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS: ALLAH DA AKİF İSLAMZADƏYƏ QULAQ ASIR

AQİL ABBAS
63683 | 2018-08-13 10:04

Akifİslamzadəyə qulaqasanda o dünyanı görüb lirəm.VəAkifİslamzadəninilahi səsininməni apardığıo dünya o qədərqeyri-adi,qələməgəlməz, təsvirəgəlməzvə o qədər maraqlı bir dünyadırki, elə

hərdən Vaqif Cəbrayılzadəkimi bu dünyadan bezəndə, dünya da məndən bezəndə (bu datez-tez olur) Akifəqulaq asıb çıxıb gedirəm o dünyaya.Akifin səsi tutur qolumdan aparır o dünyada bir bulaq başına. Sonra əlinisalır çəkir ürəyimiçıxarır, sıxır

içində nə qədər zəhərlənmişqan var hamısını axıdır,sonra bulağın gözündə təmiz-təmizyuyur, qaytarıb qoyur sinəmə.Deyir, yazıqsan, get hələ yaşa.Deyir, hələ yaşamağa dəyərbir az da.Deyir hələ

Şuşaya gedəcəyik, bayraqsancacağıq, nə tələsirsən?

Eh, Akif İslamzadə, o nənəsiölməli olan Sarı gəlinin nənəsinin günahıyox idi ey, özü maa gəlmədi. Sevdi məni, amma gəlmədi. Dedi,şairlər

sevilmək üçündü, ərə getməküçün deyil. Dedi, şairsən deyin gedib mən

kirəkeş evlərdə canımı çürüdəbilmərəm. Dedim, ruhən varlıyam. Dedi, ruhunu yemək olmur, geymək olmur, içməkolmur, nə də ruhununiçində

yaşamaq olmur. O ruhun, o sən, get kefini elə. Mən dəo vaxtdan ruhumu götürüb kef eləyirəm. Heç indi onuqınamıram. Və hətta şer də yazdım

ki,lap Allahın özüylə də bu kirəkeş otaqlardagül ömrünü çürütməyə

dəyməzmiş. İndi şairləri sevib özgəsinə gedənqızları qınamıram, şairlər sevilməküçündü. Məkkə torpağı tək öpülüb göz üstünəqoyulmaq üçündü. Elə Akif İslamzadəkimi.

Məni sevib

Özgəsinə gedənqız,

Heç nənən də ölməsin!

Akif İslamzadə,neçə illərdi ha istəyirəm sənin səsindən, səsiyin məni apardığı dünyadan nə isəyazım, yaza bilmirəm. Gücüm çatmır.

Bəlkə də gücümçatar ey, amma "burası Şuşaolmayan" dünya qoymur.

"Burası Şuşa olmayan" dünyada o qədərdərd, kədər, ağrı,xəyanət, çirkab. Hansı ilə mübarizə aparasan? Ramiz Rövşən demiş:

Bilsək dünyaya gəlməzdik,

Analaraldatdı bizi.

Hər haldabizi aldadıb bu dünyaya gətirənananın günahı bağışlanandır. Bəsbizi aldada-aldada öldürənləringünahını hara yazaq? Bəs bizi çərlədə-çərlədə öldürənləringünahını hara yazaq?

Deyirəm, nə yaxşı sən varsan ey, Səttar Bəhlulzadə var, Füzuli var, Üzeyir bəy var, Qara Qarayev var, BəxtiyarVahabzadə var, dünyada Sara Qədimova qədərilahi səsi olan başqa bir sənətkartanımayan Məmməd

Araz var, Alim Qasımov var, Qədir Rüstəmov var...Yoxsa çoxdan bezin qırağını qatlamışdıq. DeyirlərAllahın bizə yazığıgəlmir. Yalan sözdü, Allahınbizlərə yazığı gəlməsəydi,sizləri öz məkanından

hərənizə bir 60, 70, 80 il, bəzən lap 25 il ömür veribbu dünyaya göndərməzdi.

Allah bu dünyanı təmiz yaratmışdı. Sonra murdarlandı, çirkaba batdı.

124 min peyğəmbərgöndərdi dünyanı çirkabdantəmizləmək üçün. Və sizləri göndərdi. Və sizlər də olmasa, budünya Zimbabveyə dönər.

Allahın bizlərəyazığı gəldiyindən sizlərin əlinizlə qoymur dünyanı Zimbabveyə dönməyə. Şükür, ilahininqüdrətinə!

Hacı Arifbir toydaymış. Biribabat vurandan sonra gəlir durur Hacının qarşısında, deyir, mənitanımadın? Deyir, tanımadım.

-Necə ola bilərki, məni tanımadın?

-Tanımadım də,qardaş.

-Axı, niyə tanımadın, yadına düşür 72-ci ildə GədəbəydəMəmmədin toyunda sən oxuyurdun, mən də bəyinsağdışıydım.

Hacı gülübdeyir:

- Bağışla, qardaş, mənim səhvim, böyük günahım, sənitanımadım.

İndi o Gədəbəydəki dostumuzunsözü olmasın, yadındançıxmayıbsa, 1981-ci ildə mənim toyumu da sən eləmişdin.Mən Qədiri istəyirdim, Məmməd Araz səni. Qorxdum,razılaşdım. Dedim birdən qızı verməz.

Akif İslamzadə, o ilahi səsiyinxeyir-duası 19 ildi üstümdədi. O ilahi səsiyin xeyir-duasıdı ailə xoşbəxtliyim.

Akif İslamzadə, sənin səsin batmayıb. Sənin səsin Allahao qədərxoş gəldi ki, götürüb apardı öz məkanına. Allahın da dərdi var, nə olar Allah olanda. Biz bəndələri Allaha o qədərdərd yaradırıq ki... Və onda Allah əsəblərini sakitləşdirmək üçün, bizimgünahımızı bağışlamaq üçün sənin səsinə

qulaq asır.Və bu dünyada heç kim bilmir ki,Akif İslamzadənin səsi olmasa, Allah bir gün dünyanı Zimbabveyədöndərər.

Akif İslamzadə, QaçayKöçərli Qədir Rüstəmovadeyir ki, səsini yaramın üstünə bağlayım. Şairqardaşımız Vətən yolundaqeyrətlə vuruşub qeyrətlə şəhidolan balasının təsəllisiniQədirin səsində

tapır. Sizlərin səsinizi yaramızın üstünə bağlayırıq,Akif İslamzadə!

Cavanlıqda Səttar Bəhlulzadənin əsərlərinəbaxandan sonra demişdim ki, bu əsərlər gözlə görünən musiqidi. Məno əsərləri görmürəm, eşidirəm, hər rəngin, hərçaların səsini eşidirəm.Özü də vallah,

dəli-filandeyiləm. Akif İslamzadə,mən sənin səsinieşitmirəm, görürəm. Min bir rəng görürəm sənin səsində, belə qaynayır.Amma su kimi qaynamır ey, od kimiqaynayır, dağın başında vulkanqaynayıb od

püskürür ha, bax elə.Sonra bu odaxır, belə çaykimi, vulkanın lavaları kimi.Vulkanın lavaları qarşısına nə keçsə, hamısınıyandırıb kül eləyir, məhveləyir. Sənin səsindənaxan o odiçimizdki pislikləri məhv eləyir, fərqi budu.

Mən sənin səsinieşitmirəm (bağışla "sən" deyə müraciət edirəm), görürəm. Daşaltı çayındaüzən pırıl-pırıl balıqlarkimi görürəm, Gülablı meşələrindəki bənövşələr kimi görürəm,Kirsin başındakı duman

kimi görürəm. Qurban ola bilmədiyimiz Laçın kimi görürəm. Dəlidağda bir gündə beş dəfə açılıb-tutulan göy üzü kimi görürəm. Bəlkə də heçkəs inanmayacaq, durub "Qur'an"a and içəsi deyiləm ki!

Akif İslamzadə, çox istəyirəm sənin gördüyüm səsindən nə isə yazam, amma yuxarıda dediyim kimi, hələ yazabilmirəm. Günlərin bir günüyazacam.

Dilxor olma, Akif İslamzadə, dilxorolma səsinin batmağına.Səsin Allahın məkanındadı. Və Allahıbəndələrinin dərdi götürəndəsənin səsinə qulaq asır. Günlərinbir günü sən də gedəcəksənAllahın

məkanına (Allahın məkanına yalnız o məkandan yer üzünə göndərilənlərqayıdır) və onda görəcəksən ki, səsinorda-Allagın yanındadı. Çox istərdim mən də Allahın məkanına gedəm,neçə ildi həsrətini çəkdiyim

səsini görüm. Amma kimdi məni ora buraxan?

Mənimkiuzaqbaşı Ağdamın Qaracacı qəbristanlığıdı.

avqust, 2000-ci il

***


TƏQVİM / ARXİV