adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: YAXŞILIQ

FAİQ QİSMƏTOĞLU
50019 | 2018-08-17 13:22

… Qırmızı «Jiquli» pambıqzavoduna sarı dönüb içəri keçdi. Gözətçilər bir istədi maşını saxlasınlar, ancaqsürücünü görən kimi fikirlərindən daşındılar. Çünki onlar sükan arxasında əyləşənsürücünü yaxşı tanıyırdılar. Bilirdilər ki, bu sürücü pambıq zavodunun «tovaravedi»Qismət kişinin bacısı oğludu. Və Qismət kişinin bacısı oğlu həm də elə çoxlarınınbacısı oğlu kimi yadda qalmışdı. Kim ona müraciət eləyirdi: «bacıoğlu» deyirdi.Və bu bacıoğlu da hər gün Qismət kişini Bəhmənlidən pambıq zavoduna gətirirdi. Düzdür,Qismət kişinin «Pobeda»sı da vardı. Ancaq «Pobeda»nı həmişə sürməzdi. Özünü narahathiss eləyəndə, qanı qaralanda həmişə həmin o qırmızı «Jiquli» ilə zavoda gəlirdi.

… Zavodun direktoru TiflisAğayevin qanı bərk qaraydı. Çünki yuxarılarda onu bir balaca silkələmişdilər. VəTiflis Ağayev də elə-belə adam deyildi. Heç kəsdən çəkinib eləməzdi; lazım gələndənazirə də sözünü deyərdi və birinci katibin də qabağında qaçıb eləyən deyildi. Əksinə,birinci katib həmişə çalışırdı ki, onunlamünasibətləri yaxşı olsun. Əgər Tiflis Ağayev hirslənsəydi, qəzəblənsəydi, bax ondagərək rayonunun pambıq planı dolmayaydı. Pambıq planı da dolmayanda birinci katibi«sekada» yaş yuyub quru sərərdilər. Bir balaca da ayağı büdrəsəydi, yəni ikinciildə rayon pambıq planını ödəməsəydi, çətin ki, birinci katib o kresloda otura bilərdi…

… Zavodun direktoru TiflisAğayev çətinə düşəndə Yusif kişini, Qismət kişini, Cəlil kişini köməyə çağırırdı.Elə ki, yuxarılardan tapşırıq gəlirdi, bax onda onlarla məsləhətləşmədən heç kiməbir söz deməzdi. Və söz də ondan ibarət idi ki, zavod hansısa kolxoza kömək etməzdi.

… Axşamdan rayonun bir neçəkolxozundan zavoda lafet-lafet pambıq gətirmişdilər. Ancaq pambığı yoxlayandan sonragörmüşdülər ki, pambıqdan çox onun içərisində daş-kəsək, qum-çınqıl var. Üstəlikdə pambıq çox yaşıymış. Belə olanda nəinki zavod direktorunun, hətta «tovaravedlərin»də qanları itin qanına dönürdü. İki daşın arasında da olsa kolxoz sədrlərini TiflisAbayev tapdırar və dişindən çıxanı onlara deyərdi. Kolxoz sədrləri də görərdi ki,balam, bu həna o hənadan deyil, Tiflis kişi lap hövsələdən çıxıb. Qırımından bilərdilərki, bu cür «nömrələri» tay keçən deyil. Üstəlik də elədikləri «zibil işin» üstüaçılıb. Belə olanda bir neçə gün kolxoz sədrləri zavoda ürzükməzdilər. Suçlu-suçlugəzər, Tiflis Ağayevin qanının durulmasını gözləyərdilər. Elə ki, Tiflis Ağayevinqanı duruldu, elə ki, Yusif kişi, Cəlil kişi, Qismət kişi güldü, eyinləri açıldı,bax onda kolxoz sədrləri yenidən görünərdilər...

… Və ən çox da kolxoz sədrlərizavodun laboratoriya müdiri Yusif Abbasovdan çəkinirdilər. Çünki bilirdilər ki,Yusif kişi hövsələdən çıxdı, heç nəyi nəzərə alan deyil. Və Yusif kişi də elə-beləhövsələdən çıxmazdı. Görürdü ki, kolxozlardan yaş pambıq gəlir, onların içərisiaçılmamış qozayla doludu, hələ üstəlik də pambığın içərisinə daş, qum, kəsək qatıblar,bax onda onun qarşısında dayanmaq mümkün olmazdı. Hətta Allahın bacısı oğlu olsada Yusif kişi bu haramlığa görə, onu o ki var danlayar və dişinin dibindən çıxanıhəmin adamın üstünə yağdırardı. Həmin adam da ya briqadir olardı, ya da kolxoz sədri.İllah da ki, ikinci, üçüncü dəfə bu hadisə təkrarlansaydı, o adam yaxasını heç vaxtlaboratoriya müdiri Yusif Abbasovun əlindən xilas eləyə bilməzdi. Hətta belə özündənrazıadamlardan biri bir dəfə Sosialist Əməyi Qəhrəmanı olan qohumunun və eləcə də rayonprokurorunun adını çəkmişdi, bu da Yusif kişini daha da qəzəbləndirmişdi. Demişdiki, məni qohumlarınla qorxuzub eləmə. Hələ bir yaş pambıq gətirmisən, yetişməmişqozanı, daşı, çınqılı pambığa qatmısan, yekə-yekə də danışırsan. Get o qohumunade ki, kişiliyi varsa, gəlsin zavoda! Görsün onu nə günə qoyuram. Pambıq gətirənadam da Yusif kişinin ağzından «od töküldüyünü» görüb qorxusundan səsini içinə çəkərdivə vəzifəli qohumlarına da bir söz deməzdi. Çünki o pambığı gətirən fəhlə bilirdi ki, Yusif kişi haqq işəgörə nə nazirdən, nə birinci katibdən, nə də prokurordan çəkinən deyil. Yusif kişininqorxduğu bir müqəddəs varlıq vardı: o da Allah idi! Allahdan başqa kimsə ona zoreləsəydi, güc göstərsəydi, kreslosuna arxayın olub barmaq silkələsəydi, bax onda həmin vəzifəli şəxsin günü göy əsgiyəbükülərdi. Bunu hamı bilirdi və bunu hamı bildiyinə görə, Yusif kişiyə heç kəs zortətbiq edə bilməzdi…

… Kababçı Əbdül şişə taxdığıqoyun ətinin yağlı tikələrini manqalın üstünə qoydu. Əlindəki kartonla yavaş-yavaşközərən və bişən kababı yelləməyə başladı. Elə yelləyirdi ki, qıraqdan baxan daelə bilirdi bu dəqiqə kababçı Əbdül tüstüdən boğulacaq. Kababçı Əbdül tüstüdən boğulmurdu,əksinə ləzzət alırdı. Bir az da kartonla manqalın közlərini yellədi. Elə bu an üçdost – Yusif kişi, Qismət kişi, Cəlil kişi yeməkxanaya girdi. Onları görən kimiƏbdül işini bildi və şişdə bişmiş kababları bir-bir çəkərək boşqaba boşaltdı. Əbdülkişi bilirdi ki, Yusif kişi seyiddi, araq içmir. Qismət kişi də, Cəlil kişi də arağameylli deyildi. Kababı şirin-şirin yeməyə başladılar. Birdən Yusif kişi dilləndi:

- Ay Qismət, bu axşam Faiqibizə aparacam. Qoy evi tanısın, bir az da istirahət eləsin…

Qismət kişi bir söz demədi.Bilirdi ki, uzun illər dostluq elədiyi Yusif kişinin onun oğlu Faiqdən xoşu gəlir.Çünki Faiq həm dərslərindən «əla» qiymət alırdı, həm də tərbiyəli idi. Dostlar birtikə çörək yeyib iş başına qayıtdılar. Zavodun həyətində kəndlərdən çoxlu saydagəlmiş içi pambıq dolu lafetlər qapana tərəfgəlirdi. Orda da çoxlu növbə vardı. Növbə də ona görə yaranmışdı ki, hər bir lafetdəkipambıq diqqətlə yoxlanılırdı. Pambığın həm yaşlığı, həm də içərisinə qum, çınqılatılması onları çox narahat edirdi. Ona görə də heç kəs yoxlanılmadan, pambıq analizedilmədən çəkilməyə buraxılmırdı.

… Axşam qaş qaralanda Yusifkişi dostunun oğlunu səslədi. Dedi ki, bu axşam dədənə demişəm bizdə qalacaqsan.Müşkünaz xalan yaxşı yemək bişirib. Gör Mirvari bacı yaxşı yemək bişirir, yoxsaxalan? Sözün düzü, Qismət kişinin oğlu utancaq olduğuna görə, bir balaca narazılıqelədi. Ancaq gördü ki, yox, dədəsinin dostu dediyindən dönən deyil. Yaxşı bilirdiki, dədəsinin dostu Yusif kişi hər adamı evinə aparmır. Maşınla onların Horadizqəsəbəsindəki ikimərtəbəli evlərinə gəldilər. Yusif kişinin həyat yoldaşı Müşkünazxanım, qızı Zöhrə, oğlu Hüseyn Faiqi görübonunla görüşdülər. Elə görüşdülər ki, elə bil onlar çoxdan tanış idilər. Əlbəttə,qiyabi olaraq bir-birlərini tanıyırdılar. Ancaq birinci dəfə üzbəüz idilər. Müşkünazxanım iki daşın arasında süfrə açdı. Ləziz yeməklərlə o süfrəni bəzədi və şirin-şirinsüfrə arxasında əyləşib çörək kəsdilər. Faiq də utana-utana o çörəyi yedi, ancaqbu qəribə anları uşaqlıq yaddaşına həkk elədi. Müşkünaz xanım zorla onun ayaqlarınıyudu. Hansı ki, ayaqları tozun-torpağın içindəydi və özü də utanırdı ki, Müşkünazxala mənim ayağımı yumasın. Ancaq Müşkünaz xala ona ana məhəbbəti göstərdi və ayaqlarınıyudu. Həmin axşam dədəsinin dostu Yusif kişigildəçox rahat yatdı. Səhər də açılanda yenə süfrənin üstünü yağla, balla, yumurtayladolu gördü. Zor gücüylə ona səhər yeməyi də yedirtdilər. Müşkünaz xanım dedi:

- Oğul, bizim çörəyimizhalal çörəkdi, seyid çörəyidi. Dədənlə də Yusif dayın uzun illərdi dostdular. Özündə çox çəlimsizsən. Gərək yaxşı yeyəsən ki, gedib işləyə biləsən...

… O səhərin şirinliyi, osəhərin günəşi, o səhərin işığı və istiliyi heç vaxt o balaca uşağın yadından çıxmadı.Müşkünaz xanımın onun toz-torpaqlı ayağını yuması, ana nəvazişiylə dindirməsi, axşamşam yeməyinin gözəlliyi, səhər yeməyinin şirinliyini heç vaxt, heç zaman unutmayacağınaözünə söz verdi. 46 il bundan əvvəl olananlar bu gün də gəlib o oğlanın göz önündən keçir. 46 il bundan əvvəl hər şey gözəlidi, hər şey şirin idi. Onda atası Qismət kişi də sağ idi və atasının dostu Yusifkişi də. Hər ikisi çox möhkəm dost idi. Hər ikisi kəsilən duz-çörəyə hörmət eləyirdi.Hər ikisi namuslu, qeyrətli kişilər idi…

… Və indi nə Qismət kişivar, nə də Yusif kişi. Onların sağ qalan övladları var və bir də Müşkünaz xanımvar. İndi Yusif kişinin qızı Zöhrə var, oğlu Hüseyn var və bir də onların nəvələrivar. O yaxşılıq ki, insana kim tərəfindənsə olur və o yaxşılıq heç vaxt itmir. Noolsunki, Yusif kişi yoxdu, noolsun ki, Qismətkişi yoxdu, amma onların yerində Yusif kişinin həyat yoldaşı Müşkünaz xanım var,Hüseyn var, Zöhrə var, Faiq var və onların bal kimi şirin balaları var…

… O işıq, o yaxşılıq göyüzünə çəkilib. Və o işıq, o yaxşılıq bu günbir başqa formada, bir başqa rəngdə, bir başqa biçimdə yenidən yer üzünə qayıdır.Göy üzündən qayıdan yaxşılıqlar yer üzündə heç vaxt itmir…

TƏQVİM / ARXİV