adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AİLƏMİZ - QIZLARIMIZ

SEYFƏDDİN ALTAYLI
84346 | 2013-04-13 08:44

"Türklərbir-birilərinə qarşı düz və mehribandılar. Neçə dəfə onların yemək yediklərivaxt yanlarından ötən bir kasıbı çağırıb süfrənin başında oturdub qarnınıdoyuzdurduqlarının şahidi oldum. Biz bunu eləmərik. Onlar hər hansı mənfəət vəya gözə girmək üçün əsla yaltaqlıq etməzlər. Hamısı hörmətkar, cəsur, ciddi vəsadədirlər. Heç kəsi təhqir etmək istəməzlər. Az və qısa danışarlar. O qədərdüz və namusludurlar ki, bir işin özgə cür ola biləcəyini düşünmədiklərindən vəhər kəsi özləri kimi qəbul etdiklərindən xaçpərəstlər tərəfindən daimaldadılırlar".

GaranvilləMurray

İnsanın,qənimi, düşməni, yağısı, nə deyirsiniz deyin, onun tərəfindən öyülməsindən dahaböyük qürur mənbəyi nə ola bilər. Yuxarıda təqdim etdiyim sözlər günümüzdənuzaq başı iki əsr qabaq bir xaçpərəst tərəfindən söylənib, yazılıb.

1985-ciildə TRT-yə yenicə işə qəbul olunmuşdum. Rusca şöbəsində Şəfiqə Ortyalı adlıbir qadın işləyirdi, özü Krım tatarlarındandı. Krım, ruslar tərəfindən işğaledildikdən sonra orda yaşayan türklərin əzab-əziyyətli həyatı da başlamışdı.əslində rus bəlasını öz başlarına bir az da özləri açmışdılar. Giray xanıntarixi xəyanəti xalqının başına o bəlaların gəlməsinə bir növ vəsilə olmuşdu.Şəfiqə xanım, Türkiyənin görkəmli tarixçisi, sonradan dostlaşdığım prof. dr.İlbər Ortaylının anasıdır. Həddən artıq nəzakətli, şüurlu və tərtəmiz bir Türkanası idi. Mən ona həmişə "aney" deyə xitab edərdim və vaxt-vaxtKrımdan nə cür "kulak" adlandırılıb sürüldüklərini, var-yoxlarınınbolşeviklər tərəfindən müsadirə edildiyini, Azərbaycanın Gəncə vilayətinə nəcür müvəqqəti olaraq yerləşdirildiklərini, yeniyetmə bir qızkən AzərbaycanTürklərini, onların ailə qurğusunu, mədəniyyətini, əxlaqını nəyə dəyər veribnəyə nifrət elədiklərini öz müşahidələri ilə çox gözəl şəkildə bizə danışırdı.Hərdən onu hirsləndirirdim, bilərəkdən özümü şovinist kimi təqdim edirdim,əsəbiləşirdi və başlayırdı məni danlamağa; "Bizə Stalinçi, Leninçi,Pyotrçu, Hitlerçi ruhda millətçilər yox, İsmayıl Qaspıralı, Yusif Akçura, əliBəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Atatürk kimi Türkçülər gərəkdir. Tanrıhər milləti müsavi yaradıb, bizim xaricimizdə qalan insanlar da bəşərdilər,onların da hərəsi bir ananın övladıdır, düşmənimiz də olsa heç bir kəsi aşağısəviyyədə həqir varlıqlar kimi görəbilmərik" - deyərdi. Rusların, almanların onlara eynilə heyvan kimiyanaşdıqlarından, özlərinə dünyanın ən həqir varlıqları kimi rəftar etdiyindəndanışardı. O vaxt, "ay aney, axı mən deyirəm biz türklər dünyanın ənmədəni, ən mərhəmətli millətiyik, hamını bir gözdə görürük, yaradılanıyaradandan ötrü sevirik, bizi Allah özünə ordu yaradıb, sən mənə deyirsən ki,şovinistlik eləmə, almanlarla, ruslarla bizi tərəzinin eyni tayında çəkəbilərsənə!" - deyə müraciət edəndə də neçə dəfə sinəsi türklüyün qüruruyladolub kövrəldiyinin şahidi olurdum. "Dediklərin doğrudur Seyfəddinim,ancaq biz onlara Tanrının yaratdığı varlıqlar, onun nurunu daşıyan insanlarkimi baxmalıyıq, bizim milli tərbiyəmizə ayrı cür fikirləşmək yaraşmaz" -deyərdi. əslində deyilə bilər ki, hər gün olmasa da iki-üç gündən bir boşvaxtlarımızda otağımızda bu cür mübahisələr olardı. Mənim xətrimi çoxistəyərdi, hətta oğlu İlbər bəyə də demişdi və bir gün onu universitetdəziyarətə getdiyimdə, "Annəm səni çok sevir, ona nə cür rəftar elədin ki,özünü bu qədər sevdirdin, o birini sevmək barədə çok həssasdır, hər bir kəsəsənə yaxınlaşdığı kimi yanaşmaz" - dedikdə də, hər şey qarşılıqlıdır deyəcavab vermişdim.

Əslində,Krım tatarlarının aristokrat ailəsinin hörmətli bir üzvü olan Şəfiqə xanımbizim mifoloji çağlardan süzülə-süzülə gələn ailə tərbiyəmizi, insan-Tanrı,insan-digər varlıqlar əlaqəsini və bu əlaqələrdə bizə xas olan fikrimizi,düşüncəmizi, hissiyyatımızı büruzə verirdi. Bizi biz eləyən dəyərlərin başındaailə dayanırdı. Tarix sahəsində də təhsil aldığıma və öz milli tariximizi yaxşıaraşdırdığıma görə bir şeyin şahidi olmuşdum. Hansı dövlətlərimiz güclüdürsə vəonlar imperiya səviyyəsinə qalxıbsa, deməli o dövlətlərimizdəki ailə qurğususınmaz bir polada dönübdür. Hansı dövlətlərimizdə tənəzzül başlayıbsa, ordaailə nizamımız pozulmağa üz tutub və o dövlətlərimizin qürub vaxtı özünügöstərib.

Qədimzamanlardan bəri Türk ailəsi, kiçik ailə sistemi özülü üstündə yüksəlib və ordayeganə söz sahibi ata olub. Mülk şərikliyi, heyvandarlıqla məşğul olunandövrlərdə təkcə otlaq və heyvan sürülərinə məxsus olub. Ərə gedən qız vəevlənən oğullar evdən ayrılıb özgə bir yerdə yeni bir ailə yaradıb, ata evi isəailənin ən kiçik oğluna qalıb, bu nizam hələ də belədir. Türklər, ümumiyyətlə,bir arvadlılıq, yəni monoqami evliliyi həyata keçirib, birdən çox evlilik isəancaq İslam dinini mənimsədikdən sonra görülüb.

Bütün Türkxalqlarında ailədə əsas hakimiyyət atanın əlində cəmləşsə də, qadın daim azadolub və ailə ilə bağlı yetişiləcək qərarlarda daim sözünə qulaq asılıb. Yəni,evin anası digər xalqlarda olduğu kimi, bir qul vəziyyətində və söz hüququolmayan bir varlıq olmayıb. "Kitabı-Dədə Qorqud"da Dərsə Xan həyatyoldaşına səslənərkən;

"Payızalmasına oxşar al yanaqlım

Qadınım,dirəğim, döləğim" - deyirdi.

Tarixləri və yaşayışları yaxşı bilinən AsiyaHunlarından üzübəri Türk qadınları ata minər, ox atar, güləş tutar, həttahərbdə də iştirak edərdi. Dədə Qorqudda Bamsı Beyrək ilə adaxlısı Banuçiçəkarasında gedən yarışı və tutduqları güləşi hamı bilir. Bamsı Beyrək illər sonragəlib Banuçiçəklə üz-üzə durduqda özünü tanıdarkən deyirdi:

"Oxatanda mən səni oxunu yarmadım mıə

Güləşdə mənsəni basmadım mıə"

Hərbdəqadınların düşmən əlinə keçməsi ən böyük zillət sayılırdı. Bu da türklərinqadına verdikləri qiymətin özgə bir nişanəsi idi. Eyni zamanda qadının dincvaxtda da, döyüşdə də həyat yoldaşının yanında dayandığı tarixən sübut olub. Budüşüncə bu gün də yaşayır və əbədiyyətə kimi də yaşayacaqdı. Şəfiqə xanımlamübahisə edərkən əslində onun bizlərə söyləmək istədiyi fikirlər, Türkün ailənizamının təmizliyə, ədalətə, müsavata söykənən fəlsəfəsindən bəhrələnirdi.

Əlbəttə,hər bir cəmiyyətin özünəməxsus ictimai və hüquqi qurğusu, özünə malik ailənizamı vardır. Türklərdə də bu xüsusiyyətlər daha qabarıq şəkildə gözəbatandır. Xüsusi mülkiyyət, şəxsi hüquq anlayışı, insanları himayə məqsədininəzərdə tutan ictimai hərəkət tərzi, nəslə və soya hörmət, ədalət və dinihüquqlar barəsində yeganə tabe olunan qüvvə kimi qəbul edilən dövlətə də"dövlət baba" deyilməsi, türklərin ata-ana-övlad münasibətləriəsasında yaratdığı prinsipləri büruzə verir.

GaranvilleMurrayın başdakı qeydlərində də bizimlə bağlı söyləmək istədiyi fikirlər yığcamolaraq həmin əsasları ifadə etmirmiə

ƏslindəTürk ailəsi, onun yaratdığı dövlətin mikro səviyyədəki qurğusudur. Buna görətürklər tarix boyu ən çox əhəmiyyəti ailəyə veriblər. Onu qoruyub-saxlamaqhesabına hətta dövlətlərini də qurban veriblər. Türkün törəsi, yəni yazılı vəya yazılmamış qanunları sadəcə olaraq ailəni qorumaq üçündür; çünki o mikromənada dövlətdir. Əgər ailə sistemi dağılarsa Türk dövləti də dağılmış sayılar.

Diqqətedilərsə Krımda, əsilli-nəcabətli bir ailədə dünyaya gələn və o nəsildə tərbiyəalan Şəfiqə Ortaylı ilə xaçpərəst Garanville Murrayın bizimlə bağlı fikirləriüst-üstə düşür.

Biz,Tanrının yaratdığı, tarix boyu onun buyurduğu yolda yeriyən bir millətik, onagörə də bütün qırğınlara, sürgünlərə, işğallara, soyqırımlara baxmayaraq indiyəkimi varlığımızı davam etdirmişik, məhşərə kimi də etdirəcəyik. Nə Böyük OrtaŞərq Layihəsi bizi dağıda bilər, nə də özgələri. Səlib Yürüşlərində, ÇanaqqalaDöyüşlərində bizim nəyə qadir olduğumuzu düşmənlərimiz yaxşı gördülər.Dövlətlərimizin gələcəyi ailəmizi yaxşı qoruyub saxlamaqdan asılıdır. XüsusiləABŞ və Avropalıların əxlaqsızlıq özülü üstündə yüksələn ailə fəlsəfəsini yeninəsillərimizdən, xüsusilə də qızlarımızdan uzaq tutmalıyıq. Ailəmizin gələcəyi,qızlarımızın təmizliyindən, qeyrətindən asılıdır. Onlara adi insanlar gözüyləbaxa bilmərik. Onlar gələcəyimizin anaları, dövlətlərimizin qoruyucuları,nəsillərimizin zəmanətləridir, onlara Tanrının bizə yolladığı müqəddəsvarlıqlar gözüylə baxmalıyıq, onları bu fikirlərdən yola düşərək tərbiyəetməliyik.

Atalaryalan yerə deməyib "qız yükü duz yüküdür", onun yükü ağırdır, həm dəçox ağır.

SeyfəddinAltaylı, Ankara

altaylı[email protected]

  • Aprel:
  • 5

TƏQVİM / ARXİV