adalet.az header logo
  • Bakı 17°C

Darıxma, nə mən, nə anam, nə də atamın şəkli unutmarıq səni... - Eminquey yazır

EMİNQUEY AKİF
54770 | 2018-09-29 10:23

Çölə pəncərəsi olmayan evimiz...

Otağım...

Bircə səninçölə pəncərən var, o da qonşunun pəncərəsinə açılır.

Pəncərəm...

Bir bilsən,necə doğmasan mənə. Qonşunun pəncərəsinə açılmağın da bir ayrı qəribəlikdir. Hərsəhər işıqları yanır o pəncərənin. Kimsə Azan səsinə oyanır. Anama deyirdim ki,dünya ədəbiyyatına qonşunun evindən çıxacam. Hər şeir yazandan sonra gəlib bu pəncərəninönündə öz-özümə oxuyaram həmin şeiri. Hərdən öz-özümə deyinərəm. Ki, bir qızola, qonşunun pəncərəsindən şeirlərimə qulaq asa. Mənsə hər dəfə daha gözəlşeirlər yazam, oxuyam o qız üçün. Səni o qədər sevirəm ki, yazı masamı qarşındaqoymuşam.

Yazı masam...

Qarşındabir yol oturub yaza bilmədiyim yazı masam. Oturub yaza bilmirəm, ona görə. Ancaquzananda yaza bilirəm. Ayaqlarımı üstündə cütləyib az kitab oxumamışam. OrhanPamukun "Kara kitap”ını, Aziz Nesinin "Ah, biz eşekler”ini. Mənim sayəmdəpintiləşirsən.

Gözəl yazı masam...


Sənəanamın əlləri dəyib. Səni anam səliqəyə salıb. Necə doğma olmaya bilərsən mənə.Atam sağ ikən sənin arxanda oturub işlərini həll eləyib. Səni necə sevməyə bilərəmki?!

Sənitör-töküntü, pinti bir hala gətirdiyim üçün bağışla. Az olmayıb əsəbiləşibyumruğumu sənə çırpdığım. Az olmayıb üstünə çıxıb o pəncərənin pərdələriniaçıb-tutduğum. Səni də, pəncərəni də çox istəyirəm, nə onu səndən artıq, nə dəsəni ondan artıq.

Otağım...

Divarlarınınüzünü rütubət qaraltmış, amma yenə də ayaq üstəsən, yıxılmırsan. Üzünə anamın əlləridəyib, qarasını hər siləndə. Səni necə yıxacaqlar? Sənin yıxılmağına necə dözəcəm?

Azolmayıb, evimizə qonaqlar gələndə döşəmənin üstündə sıra ilə yer saldığımız.Atam ölən gün səndə gizlənib ağlamamışdımmı? Hər gecə saat 3-də oyanıbboğula-boğula atamdan ötrü hönkürməmişdimmi?

Düzdür,qışda səni unuduruq, unuduram. Çox soyuq olursan. Bütün günü o biri otaqdakeçir günümüz. Neyləyək, bizim evimiz belədir. Yayda üç otaqlı olur, qışda bir.Amma yenə də əynimi qalın eləyib yazdığım şeirləri qoynuna girib var-gəl edə-edəoxumurammı?

Bizim otağımız...

Qonaqların otağı...

Hə,divarının başından atamın şəkli asılan otaq. Atam baxmırmı bizə divarındanasıla-asıla? Anam mən olmayanda şəklinə baxıb ağlamırmı? Atamdan danışanda o şəkligöstərib kövrəlmirmi? Necə sevməyə bilərəm səni? O divar var deyə, o divardakıatamın şəkli var deyə anam gecələr rahat yatmırmı? Məndən çox, anama doğmasan, divarınınbaşından atamın şəkli asılan otaq. Doğmalarımız bu otaqların başından çıxıbgetmirmi ömürlük?

Evimiz...

Qışdaküləkdən divarları, damı silkələnən evimiz. Yağış, qar yağanda bizi çətinəsalan evimiz. Az olmayıb, leysanlı günlərdə anam həyətində durub yağışın kəsməyinigözləyib. Güdüb ki, birdən sel basar həyətini, sonra səni. Sənin bütün açıqyerlərini atam bağlamışdı sağ ikən. Bir quş da yuva qurmaz evimizin damında.Amma çox etibarlısan, atam səfərə çıxanda da, mən evdə olmayanda da sənə güvənirik.Ki, anam təhlükədən uzaqdı içində.

Sənbizim bu dünyada sığındığımız yeganə yersən, torpaqsan, Vətənsən.

İndisöz-söhbət gəzir ki, səni sökəcəklər. Yerində ya park salacaqlar, ya bina tikəcəklər,ya da yol çəkəcəklər. Hə, içimizdə bir sevinc var ki, əzab-əziyyətdən canımızqurtulur, amma... biz səni 20 ildir tanıyırıq. 20 il tanıdığın doğmandanayrılmaq asandırmı?

Sənbizim çox adamda olmayan rahatlığımızsan. Hələ nə qədər ki, taleyimizəyazılmısan, dözərik hər əzabına. Darıxma, nə mən, nə anam, nə də atamın şəkliunutmarıq səni...


TƏQVİM / ARXİV