adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil ABBAS: İCRA BAŞÇISININ QIZINI SEVƏN DİLƏNÇİ OĞLAN

AQİL ABBAS
107205 | 2018-10-04 20:00

Qırmızı işıq yanır.O dəqiqə maşının şüşəsini 14-15 yaşlarındabir uşaq döyür:

- Əmi, sən HəzrətAbbas, bir çörək pulu ver.

Əlimi cibimə atıram, boşdu. Bu biri cibimə atıram, o da boşdu.

Uşaq yenəyalvarır:

- Əmi, sənQur'an, bir çörək pulu ver.

Əlimi bu biri cibiməatanadək yaşıl işıq, maşın tərpənir.Az qala maşını tutub saxlamaq istəyənuşaq hiss eləyirəm ki, ürəyində yeddimərtəbəli bir söyüş söyür. Maşını yolun kənarında saxladıram. Əlimləuşağı çağırıram, uşaq elə sevinə-sevinə yüyürür ki, elə bil Qarabağı almışıq, onun muştuluğunu verəcəm.

Cibimdə məmmədəminolmur. Bir şirvan çıxarıram.

- Al, oğul.

Əvvəl-əvvəlalmaq istəmir. Şirvana baxır, elə bil həyatında birinci dəfədi görür, geri çəkilir.

- Al, ay oğul.

- Mənialdadırsan.

Şirvanı zorla əlinəbasıram. Bu vaxt ikinci bir uşaq da yüyürür.

- Əmi, saaqurban olum, maa da ver.

Elə bilirəm ki, indicəşirvan verdiyim uşaq qısqanıb onuqovacaq. Amma qovmur, deyəsən, əminin ürəyini hiss eləyir, deyir:

- Əmi, nolar,ona da ver dana.

Bir şirvan da o biriuşağa verirəm.

- Adın nədi?

- Aqil.

Çox pis təsadüfdü, lap pis təsadüfdü. O biri uşaq özünü öldürür:

- Əmi, mənim də adım Cəfərdi.

- Əmi sizə birqonaqlıq versə nətəhər olar?

Cəfər adlı uşaq deyir:

- Ə, Aqil, gəl gedək,birdən adam oğrusu olar.

-Ə, bunun geyimini-geciminigörmürsən? Gəl gedək, onsuz da büyünkü pulumuzu çıxarmışıx.

Arxa qapınıaçıram. Keçib otururlar. Cəfər deyir:

- Uyda, şüşəsininplyonkalarına bax.

İş yoldaşıma üz tuturam:

- Əbülfət,maşını sür tanış kababxanaların birinə.

Əbülfət gülümsəyir və üz tutur tanış kababxanaların birinə. Cəfər deyir:

- Əbülfət əmi(elə bil Əbülfət müəllimi yüzildi tanıyırmış), Rəmişin kaseti var?

- Yox.

- Bə Qədir Rüstəmovun?

- O da yoxdu.

- Mən də eləbilirdim bunlar qarabağlıdı.

Əbülfət ArifBabayevin kasetini qoyur, ikisi də çəpikçalır.

- Qarabağlıymışlar.

Bu körpə balalarelə bilirlər ki, Rəmişə, Qədir Rüstəmova vəya Arif Babayevə yalnız qarabağlılarqulaq asır.

Kababxanada hörmətləqarşılayırlar:

- Aqil müəllim, xoşgəlmisiniz.

Keçirik. Kimsə arxamızca gələnuşaqlara təpinib geriqaytarmaq istəyir. Deyirəm ki, mənnəndilər.

Oturmuşuq. Mənəm,Əbülfət Mədətoğludu, Aqildi və Cəfərdi.

- Nə yemək istəyirsiniz?

Cəfər deyir:

- Kabaf.

Süfrəni düzəldirlər. Aqil soruşur:

- Əmi, səninadın nədi?

- Mənim də adım Aqildi.

- Zarafat eləyirsən?

- Yox, doğrudan deyirəm.

- Aqil əmi,bunlar çığırtma bişirə bilir?

Müxtəlif cür çığırtmalarvar, Qarabağda isə yalnız çığırtma ona deyirlər ki, onu çolpadanbişirsinlər. Yəni toyuqdan da,xoruzdan da çığırtma var. Amma əslçığırtma çolpadan olanda dadlı olur. Çolpada

bilirsiniz də cücədənbir az böyük, yəni hələ nə toyuqdu, nə xoruz, zarafatla desək, hələ özünütanımayıb.

- Bişirə bilirlər.

- Onda deynənbir çolpa çığırtsınlar da.

Xahiş eləyirəmki, bir çolpa çığırtması bişirsinlər. Sözündüzü bu, mənim də ən çox sevdiyim yeməkdi.

Aqil də, Cəfər dəmotal pendirindən adama bir dürmək düzəldirlər.Elə iştahla yeyirlər ki. Aqildən soruşuram:

- Neçənci sinifdəoxuyursan?

- Səkkizdə. Ammaməktəbə getmirəm.

- Niyə?

- Həm kitab-dəftərimyoxdu, həm də uşaqlardan utanıram.

- Niyəutanırsan?

- Utanıramdana,- deyib köhnə,cırıq pencəyini göstərir, - bunnangedim?

- Atan var?

- Yox, erməniləröldürüblər.

Cəfər deyir:

- Aqilin atası böyükadamıydı ey,... zammaq idi(rayonun da adını deyir, amma mən yazmaq istəmirəm, yəni filan rayonda zavmaq idi). Cibimizi doldururdu kanfetnən bütün məktəvə paylıyırdıx.

- Bacın,qardaşın var?

- İki bajım var.Məndən balacadılar.

- Niyə dilənirsən?

- Əmi, biz o dilənçilərdən deyiliyey. Gəlirik bir-ikisaat evin çörək pulunu çıxardırıx, sora çıxıf gedirih.

Kabab gəlir.Mane olmuram. Şirin-şirin yeməyəbaşlayırıq. Əbülfət Mədətoğlufikirlidi.

- Əbülfət, çörəyiniye.

Görürəm şairdolub. Çox könülsüz-könülsüz birtikə götürür, amma yemir, midilənir.

- Əbülfət, bəlkəadama bir əlli vuraq?

- Yaman olar...

Sözünün dalınıdemir. Əlli-əlli süzürük, uşaqlarında stəkanlarına "Kola"tökürük. Aqilə deyirəm:

- Bəlkə, bir sağlıq deyəsən?

Stəkanı qaldırıb deyir:

- Əmi, sənin sağlığına.Sən yaxşı kişiyə oxşuyursan.

Hiss eləyirəm ki, yaltaqlanır. Mənim sağlığıma vururuq.Çığırtma gəlir. Ofisiant istəyir boşqablaraçəksin, uşaqlar ona aman vermir. Özləri xoşladıqları tikələriseçirlər, sonar da elə mənimkimi,

çəngəlsiz-filansızəlləri ilə başlayırlar yeməyə.

Aqil soruşur:

- Əmi, sənin oğlunvar?

- Var.

- Velsipeddərivar?

- Yoxdu.

- Niyə almırsan?

- Yekədilər ey, institutda oxuyurlar.

- Uşaq vaxtıalmışdın?

- Almışdım.

- ... da (yenərayonun adını çəkir, yazmaq istəmirəm) mənim də vardı. Özü də şkolnu. Qəttəzəydi,ispislərini də kraskalamışdım.

Cəfər deyir:

- Hamımız sürürdük.Hələ bir dəfə də sürəndə yıxıldım, budey, bu qolum qırıldı. Apardılar Hadı əmininyanına. O sağaltdı. Hadı əmini tanıyırsan?

Hadı əmi Qarabağınən məşhur sınıqçısıdı. Hazırda Bakıdayaşayır. Və yenə sınığı ən yaxşı cərrahdangözəl və tez müalicə edir. Uşaq vaxtı futbol oynayanda mən də yıxılmışdım,əlim çıxmışdı. Aparmışdılar Hadı

əminin yanına.Bir-iki il öncə xırda bir qəzaya düşmüşdük, oğlumun ikiqabırğası çatlamışdı. İstədim həkiməaparam, eşitdim ki, qardaşıynan gedibHadı əmini tapıblar. Hadı əminin o ilahiəlləri də dəyəndən sonra iki-üç gününiçində uşağın o ağrı-acısı getdi.

- Tanıyıram.

Əbülfət deyir:

- Müəllim, bəlkəbir əlli-əlli də gedək, yoxsa ürəyim partlayacaq.

Əlli-əlli süzürük,uşaqlar da kolalarını süzürlər. Aqil deyir:

- Əmi, olar birsağlıq da deyim?

- Deynən.

- Əmi, bunu daiçək sənin sağlığına?

- Yox, bunu daiçək sizin sağlığınıza.Bütün balaların sağlığına. Olar?

- Ağsaqqalsandana, deyirsən, niyə olmur!?

Zarafatlaşıram:

- Aqil, qızınvar?

- Deyirəm on beşyaşım var, deyir qızın var?

- Ə, heylə demirəmey, yəni deyirəm sevdiyin qız var?

Cəfərə baxır. Cəfərdeyir:

- Varıdı.

- O da sənisevir?

- Yox, sevmir,hamma məni çoxistiyir. Məytəvə gedəndən-gedənə görürəm.

- Niyə sevmir?

- Onun dədəsininbeemvesi var, bir dənə də sənin maşınınnan.

- Beemvesi olan adamsevmir?

- Yox, dana.Neynir məni?

- Düz eləyir də,dilənçini kim sevər? Məsələn, o beemvedəkeçir, sən də svetoforda durub bi məmməd istəyirsən.

Aqil ciddiləşir:

- Olar, birsiqaret çəkim?

- Yox, olmaz.

Cəfər Aqili dürtmələyir:

- Ə, adam böyüyünyanında siqaret çəkər?

- Ə, bu böyük döyül,yaxşı kişidi.

- Olmaz. Sualımacavab vermədin.

- Onun da dədəsidilənçidi. Mən adamlardan bir məmməd istəyirəm, o, iki məmməd. Özü də hər ayiki məmməd də mən verirəm.

İndi də mən təəccüblənirəm.Əbülfət Mədətoğlu da təəccüblənir:

- Nə təhər yəniayda da iki məmməd sən verirsən? Qızını sevirsən ona görə? Bir də, dilənçininiki maşını olar?

- Yox əşi,qızını sevdiyimə görəyox. Veririk dana,dilənçidən dilənçiyə pay düşür.

Yenə ciddisoruşuram və doğrudan mənimaraqlandırır:

- Zarafat edirsən?

- Vallah,zarafat etmirəm. Onun da dədəsi dilənçidi. Özü də ayda iki məmməd mən verirəm, iki məmməd anam, hərəyə iki məmməd də bacılarım. Əvvəllər bir məmməd verirdik, indiiki olub.

Bayaq maşının pəncərəsinidöyüb "Əmi, saaqurban olum, bir məmməd ver" deyən uşaqdan əsər-əlamətqalmayıb. Qarşımda alnınıqırışdırıb ürəyi siqaret istəyən, amma çəkə bilməyən, yaşından on ilböyük bir

cavan oturub. Vəmənə elə gəlir ki, bu dəqiqə bir siqaretçəkmək ona bu ləziz yeməklərdən yüzdəfə xoşdu.

- Götür bir siqaret çək.

- Yox, çəkmirəm,əmi, sağ ol.

- Axı onda məni başa salmadın, o nə təhər dilənçidiki, iki maşını var.

- Əmi, mənim diləndiyimibir mənə pul verənlər bilir, bir də bəziadamlar. Amma onun diləndiyini bütünrayon bilir. Prezident Aparatında da bilirlər.

Quşu göydətuturam. Amma danışdırmaq istəyirəm.

- Nə təhər, yənibütün rayon bilir?

- Bütün rayonbilir dana. İcra başçısıdı. Əvvəllər bizim çörək pulunnan bir məmməd tuturdular ki, başçıya verəcəyik, sonra prezident çörək pulunu artıranda sonraiki məmməd tutmağabaşladılar. O da dilənçidi dana. Mən genə heç olmasa pulu olanlara əlaçıram, amma o,

bizə əl açır.Bir məmmədə möhtac olanlara əl açır. Əmi, bu ölkədə hamı dilənir. İntəhası bizyazıqların adı bədnamdı. Əmi,bir söz desəm məni döyməzsən?

- Yox, oğul, səniniyə döyürəm? Görürsən səninlə dostolmaq istədim, səni kababxanaya gətirdim,hərənizə bir şirvan pul verdim.

- Dordan döyməzsən?

- Döymərəm, sözünüde.

- Əmi, vallah, səndə dilənirsən.

Cəfər deyir:

- Ə, oğraş-oğraşdanışma. Kişi bizə yaxşılıq eləyir. Səfehin biri səfeh. Özüdə mən bu kişini tanıyıram.

İndi də Cəfərdənsoruşuram:

- Hardan, oğul?

- Sənitilivizerdə görmüşəm. Özü də çox görmüşəm. İndi yadıma düşdü.

- Yox, oğul, səhvsalırsan.

Aqil əlini-əlinəvurur:

- Ooy, mən də görmüşəm. Qədir Rüstəmovdan danışırdı. Vay dədəm, vay, deyirəm ə, bu kişi nə yaxşı kişidi ey.

Söhbəti özümdən uzaqlaşdırmaq istəyirəm:

- Bəs, niyə odilənçinin qızını sevirsən?

- Sevirəm dana.Yekələndə alajam.

- Bəs, deyirsəno səni sevmir axı?

- Yekələndə böyüyadam olajam, sevəjək.

- Nə təhər böyükadam olassan, məktəbə getmirsən?

- Seyid Lazım ağanıncəddi, evdə oxuyuram. Düz səhərə qədər. Nolsun məytəvə getmirəm.

- Nə oxuyursan?

- Dərsdərimi də,kitabları da, kimi istəyirsən onu.

- Onda bir-ikişair adı çək görüm.

- Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Ramiz Rövşən.

- Ramiz Rövşən kimdi?

- Buy,Ramiz Rövşəni tanımır ey, şayirdi dana, heçtilivizorda görməmisən?

- Onun hansıkitabını oxumusan?

- Kitavının adınıdeyə bilmərəm, amma şeyirlərini deyim.

- Bəs,yazıçılardan kimi tanıyırsan?

- Cəlil Məmmədquluzadəni, Haqverdiyevi,Nəriman Nərimanovu, Anarı,Elçini, Şoloxovu, Dostoyevskini.

- Dostoyevskikimdi?

- Buy,Dostoyevskini tanımır ə, bu? Bax, yekə kitavlar var.

Cəfər deyir:

- Əmi, düzdeyir.Yaman oxuyur ey, şeyir də yazır.

- Onda bir şeroxusun qulaq asaq.

Şer oxuyur.

Şuşa şəhid şəhərim...

Şeri bütövoxuyur. Şerin müəllifinitanıyıram. Amma özümü bilməməzliyəqoyuram:

- Gözəl şeirdi, yaxşı yazmısan.

- Mən yazmamışamey, bir şuşalı var ey, Kərim Kərimli, onunkudu.

Əlimi atıb uşağıbağrıma basıram, oğlumkimi. Və özümdən asılı olmayaraq gözlərimdolur. Bunu uşaqlar da hiss eləyir.

- Bir dənə də özşeirini oxu da, nolar?

Oxuyur.

Yenə də baş çəkim Ağdama gərək,

Qarqarın sularıağ dama gərək.

Bu yerin qədrinibilməyənlərin,

Qara gözlərinə ağdama gərək.

Yenə müəllifitanıyıram, amma özümü onda qoymuram:

- Qəşəngyazmısan.

- Mənim döyül ha, Ağa Laçınındı.

- Bəs, öz şeirinioxumayacaqsan?

Cəfər dürtmələyir:

- Ə, oxu dana.

- Bir kupletoxuyuram.

Başlayır oxumağa:

Hər axşam atalarqayıdar evə,

Bizim atamızsaçox uzaqdadı.

Hamının atası süfrəbaşında,

Bizim atamızsaQarabağdadı.

Sonra uşaq hönkürdü.Əbülfət də hönkürdü, mən də hönkürdüm. Beləcəbir tikə çörək almışdım uşaqlara, zəhərə-zəhrimara döndü.Eləcə də hərəsinə birşirvan vermişdim, hərəsinidə on şirvanlıq, yüz şirvanlıq,bir milyon şirvanlıq ağlatdım.

Day söhbətkəsildi. Durub yeməkxanadançıxdıq. Əbülfətdən xahiş elədimki, velosiped satılan mağazaların birininqabağında saxlasın. Bu uşaqlarınhərəsinə bir velosiped almaq istəyirdim.Maşından

düşdük. Dedim:

- Gəlin, hərənizəbir velosiped alacam.

Qarşımda artıqbayaqkı dilənən uşaqlar deyildi, qarşımdaartıq bayaq "əmi, sən Həzrət Abbas, bir məmməd ver" deyənuşaqlar deyildi, təmiz başqa uşaqlar idi.Ağıllı, hər şeyi qanan, hər şeyi bilən və mənim kimi əmilərə nifrət edən uşaqlardayanmışdı qarşımda.

- Əmi, bizəvelsipet lazım deyil. Bizə Ağdam lazımdı, bizə evimiz-eşiyimiz lazımdı. Bizə Qarabağ lazımdı. Onuda almağa sənin güjün çatmaz. Get, əmi, get arağını iç...

Və əllərini yelləyibçıxıb getdilər...

1998-ci il

***


TƏQVİM / ARXİV