adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: SƏN ÖZÜN DEYİLSƏNSƏ…

FAİQ QİSMƏTOĞLU
41622 | 2018-10-01 13:37

… Belə baxanda indi çox adam heç özünə oxşamır. Ən azındanona görə ki, biz əksər vaxt özümüzü, içimizi və xarakterimizi gizlədirik. Yəni olduğukimi görünmürük. Daha doğrusu, içimzdəki özümüz yox, arzuladığımız, istədiyimizxasiyyətdir. Ancaq kənardan baxanda və bizi tanıyanlar görürlər ki, bu biz deyilik…

Bununla işimiz yoxdur. Çünki hərənin öz dünyası, öz aləmivar və özü də ömrünü yaşayır. Bizi bir məsələ düşündürür ki, bu gün əksər insanlar,daha doğrusu, gənclər və orta yaşlı adamlar zahiri görünüşünü dəyişirlər. Bu barədəəlimizin altında tədiqedlməz dəlillər də var. Məsələn, son on ildə ölkəmizdə onminlərlə insan burun əməliyyatı edib. Bunların da arasında zərurətdən doğan əməliyyatlaraehtiyac olub. Ancaq əksəriyyəti gözəl görünmək üçün, ya da xarici görünüşünü dəyişməyəgörə bu addımı atıb. Bu da onların öz işidi. Kimsə gözəlləşmək istəyirsə özəl həyatıkimi öz ömrünü yaşayır və heç kimin haqqı yoxdur ki, kiməsə desin: «Sən burnundanniyə plastik əməliyyat aparmısan». Deyərsən, cavabını da alarsan. Birinə irad tutandao da qayıdıb sənə elə bir söz deyər ki, dəymişin dura-dura kalın tökülər. Bax, ondaqalarsan odla-su arasında. Bir də kimin nə işinə qalıb e, kim kimlə şingilləşir,kim kimlə dingilləşir. Dingilləşən də özü bilər, şingilləşən də.

İntəhası, bu burun elə bir bir şeydi ki, çox adamın başınaoyunlar açıb. Məsələn, elə gənc xanımlar olub ki, cərrahiyyə əməliyyatına gediblərvə masadan qalxmayıblar. Yəni dünyasını dəyişiblər. Təbii ki, hər bir əməliyyatınriskli məqamları da var. Və cənab həkimlər də zəhmət çəkib bu barədə öncədən pasiyentlərimaarifləndirməlidir. Amma üzr istəyirik, bəzi həkimlər tamahları üzündən pasiyentlərəxəbərdarlıq eləmirlər. Və bu əməliyyat da elə-belə əməliyyat deyil. Bəzi «bərkgedən»cərrahlar bu əməliyyatı 1500 manatlan aşağı eləmirlər.

İndi qayıdaq burun əməliyyatından sonra insanların yaşadığısıxıntılara. Bir çoxlarında bu əməliyyat uğurlu alınsa da, bəzi hallarda fəsadlarda yaranır. Və bu fəsadlar həmin adamların başına sonradan olmazın müsibətini gətirir.Kənardan baxanda o dəqiqə hiss eləyirsən ki, bu dovşan burun, fındıq burun təbii deyil. Yəni sonradancərrahiyyə əməliyyatı nəticəsində həkim tərəfindən yaranmış burunlardı. Bunlarlada işim yoxdu. Bu dəqiqə 90 faiz gənclərin burunları bir-birinə bənzəyir. Bir balacaməşhur film olan «Fantomas»ı yada salanda görürsən ki, onların çox elə fantomasınburnuna oxşayır. Adam var ki, dünya dağılsa da,üzündə, burnunda plastik əməliyyat elətdirmək istəmir. Biz Azərbaycan DövlətUniversitetində oxuyanda bir müəllimimizvardı. Təəssüf ki, adı yadımdan çıxıb. O bizə dilçilikdən dərs deyirdi və özü dəyeni bir əlifba yaratmışdı. Ha çalışırdı əlifbanı qəbul elətdirsin, amma alınmırdı.Sözümün canı heç də həmin müəllimimizin əlifbayaratmağından getmir. Sözümüz onunla bağlıdır ki, o müəllimimizin üzü çopur-çopuridi. Deyirdi ki, Böyük Vətən müharibəsində almanlara əsir düşmüşdü. Orda bir almanhəkimi (nemes) mənə dedi ki, gəl üzünə bir dərman sürtüm, o çopurlar getsin. Məndə çox götür-qoy elədim, razılaşmadım. Neməsə dedim ki, əgər o dərmanı sifətiməsürtsəm, çopurlar gedəcək, mən evə qayıdanda anam məni tanımayacaq. Görəcək ki,bu başqa adamdı. Ona görə də nemesin dediyi ilə razılaşmadım.

Ancaq indi dünya tamamilə dəyişib. Çoxlarının vecinədeyil ki, hər hansı estetik əməliyyatdan sonra kimsə onu tanımayacaq. Həmin adamıhəmin gənci maraqlandıran odur ki, təki o gözəl görünsün. Düzdür, sən əməliyyatdansonra yekəburun deyil, fındıqburun kimi görünürsən. Amma vallah, bu özün deyilsən.Neyləmək olar ki, çox adam bu gün özü olmaq istəmir. Özü olmaq istəmirsə, Allahonların işlərini avand eləsin, ürəkləri istədikləri kimi görünsünlər. Ancan insanözü olanda daha gözəl görünür.


TƏQVİM / ARXİV