adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"Dedilər ki, Qarabağ qaytarılıb" - Eminquey yazır

EMİNQUEY AKİF
41703 | 2018-10-02 12:29

İşə gəlibtəzəcə kompüteri işə salmışdım. İş yoldaşlarım da mənim kimi. Qəfil zəng gəldi:

- Alo!

- Salam, Emin, Kazımdı. Necəsən?

- Sağ ol, abi, sən?

- İndi heç özüm də bilmirəm necəyəm.

- Niyə?

- Eşitməmisən ki, yeddi rayonumuzu qaytarıblar?

- Nə?

- Hə, ATV-nin xəbərlərini yayıblar. Qoşuram, qulaqas. Qız deyir ki, növbədənkənar yayıma girmişik. Bəs, nəhayət, həmin gün gəldi.Qarabağ işğal altından sülh yolu ilə azad olundu.

Səs LaləAzərtaşın idi. Xəbəri iş yoldaşlarıma verdim. Elə həmin dəqiqə Sübhan həminvideonu mənə göstərdi. Təsəvvür edin, içimdə şübhəylə sevinc bir-birinə girib.O bunun ağzını dağıdır, bu onun burnunu. Hətta lap bir müharibə filmi də çəkməkolar bu savaşdan. Amma bircə Vahid Mustafayev çəkməsin.

Elə buvurhavurda bir nəfər də feysbukda həmin videonu göndərdi. İçimdəki sevinc hissiqollarını yana açıb qışqırdı:

- Sındır qəfəsi, tazə gülüstan tələb eylə!

Şübhə dəyaman qolu zorludur. Birini ilişdirdi sevincimin düz döş qəfəsindən, ardınca dadişini qıcıdıb dedi:

- Al bu da sənə qəfəs!

Bunlardalaşmağında olsun, sizə kimdən deyim, kimdən danışım, bizim bu feysbuk və onunqəhrəmanlarından. Açdım əsas səhifəni. Ki, Allahdan da gizli qalmayan şeylərbizim bu feysbukda faş olunar, əgər belə bir xəbər varsa, həmin dəqiqə bu həqiqətiqəhrəmanlarımız dilə gətirər. Baxdım, aşağı-yuxarı gəzdim, qıkları çıxmadı. Hərəöz aləmində idi. Biri şeir paylaşıb, altında tərif yağışı yağırş Bir qız canlıyayım açıb, susur, baxır, baxır, oğlanlar da, bığı burma kişilər də "əccəb qəşəngsən”yazıb cavab gözləyirlər.

Bu dəfəiçimdəki şübhə hissi çıxdı sevincin belinə, tutdu başını, tutdu, tutdu, sevinciboğa bilmədi. Başı qaçdı şübhənin əlindən.

Dedim,qoy hələ araşdırım ki, Lalə Azərtaş bunu hansı xəbər buraxılışında deyib.ATV-nin saytını açdım. Gəzdim, baxdım, belə bir xəbər buraxılışı gözümə dəymədi.Getdikcə sevinc taqətdən düşürdü. Son mənbə Youtube-dur! Biz bu vəziyyətdənancaq onun köməyilə çıxa bilərik. Axı Youtube neçə-neçə manıslara, bayağı müğənnilərəordu verib, silah verib. Ki, dağıdın bu millətin zövq qalasını. Arxanızdayam!

"Qarabağqaytarıldı” yazdım. Həmin video elə birinci cəhddən ortaya çıxdı. Hansısa xəbərkanalı idi. Xəbərdə deyilənə görə Lalə xanım açıqlama verib. Deyib ki, buQarabağ haqqında çəkilən bir filmdən olan kadrdır. Yəni gördükləriniz filmdir.

Bunu oxuyubadam necə olar? Özü də təsəvvür edirsiz ki, bu yalan xəbər 2015-ci ildə bir dəfədə yayılıb. Ola bilər də, insanıq, həmin vaxt rast gəlməmişik. Amma bunu yenidənyaymaq, insanları aldatmaq, hisslərilə oynamaq necə, insafdandır?

Nə üçünmənim içimdəki şübhə ilə sevinc bir-birilə savaşmalıdır? Nə üçün içimdə olansevinc hissi baş qaldırmalı və şübhə özünü doğruldub sevincin başını üzməlidir?İndi deyəcəksiniz ki, bu da hoqqa çıxarır, bayaqdan sevinc belə gəldi, şübhəbelə getdi, sözünün mustafasını de də. İstədim ki, hisslərimlə oynayanaxmaqlara, cəbhədə gərgin vəziyyət yaranan kimi "Şuşa qaytarıldı”, "Laçınqaytarıldı” başlıqları ilə xəbər yayıb oxucu qazanan saytların əclafredaktorlarına olan qəzəbimi alışdıra-alışdıra çatdırım. Düşməni alnından vuruböldürmək olar, amma düşmən bizim qadınları, körpələri eləmi qırmışdı? Döşünü kəsməmişdimi?Gözünü çıxartmamışdımı? Dəfələrlə zorlamamışdımı?

Hə, indi adamların hisslərilə oynayan bu adamlar dadüşməndirlər. Onları yazının başındaca öldürmək mükafat olar. Bu adamlarıaparın verin ermənilərə, bəlkə kimisə əsirlikdən azad edə bildik. Yoxsa hələbelə dezinformasiyalar bizi çox sındıracaq....




TƏQVİM / ARXİV