adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Avtobusda sərnişin yox, mal-qara aparan sürücü - Eminquey yazır

EMİNQUEY AKİF
54238 | 2018-10-16 10:30

Metrodanistifadə etməyi sevmirəm. Çox vaxt işə məcburiyyətdən metro ilə gedəsi oluram. Məncə avtobusla yol getmək daha maraqlıdır, nəinkiyerin altında qaranlıq tunellərlə. Bu gün avtobusda maraqlı bir hadisəninşahidi oldum. Oturduğum yerdən qalxıb yanı uşaqlı bir qadına yer verdim. Təbiiki, uşaq oturası oldu. Bir az keçdi, həmin uşaq qalxıb əli poşet dolu birqadına yer verdi. Bir az da keçdi. Əli dolu qadın qalxıb yaşlı bir kişiyə yerverdi. Sonra...

Yanlarındadurduğum qadınların səsini eşidirəm:

- Ay qız, elə bilirsən, indiki dövrdə uşaq saxlamaqasandı? Bunun pampersi var, geyimi var. Uşaq da elə sürətlə böyüyür ki.

- Hə valla, düzdü. Qardaşım da tələsir də. Başasala bilmirik ki, nə qaçhaqaçdı. Gərək bu dəqiqə evlənəsən?

Qəfilavtobus necə yelləndisə...

- A kişi, bax, sənin yolun deyildi axı, niyəcamaatın yoluna girirsən? – deyə bir kişi hirsləndi.

Sürücüyekə-yekə:

- Ə, nə deyirsən e sən?

- Deyirəm ki, adam aparırsan avtobusda, mal-qarayox. Qaydanı niyə pozursan? Kim icazə verib sənə?

- Əşşi, sən bilməzsən. Bizə icazə verilib.

Buvurhavurda yerlərdən biri boşaldı. Çiynimdəki çanta məni yordu deyə oturdum.Bir anlıq ətrafdan qopdum. İçimdə özümlə danışmağa başladım.

- Fikir ver, biz bütün fərdi oyunlarda özümüzü dahayaxşı göstərə bilirik, komanda işi isə bizdə alınmır. Bax da, görmürsənfutbolçularımız uğur əldə edə bilmir?

- Niyə ki, sən niyə belə bədbinsən? Məsələn, biz "həryer ədəbiyyat” şüarını komanda şəklində ərsəyə gətirmədikmi? Sən ancaq bədbinliklərigörürsən, incimə.

Avtobuselə dayandı ki, dedim, yəqin hansısa maşına girmişik.

Başımıqaldırıb qabağa baxanda yanı uşaqlı bir qadının başımın üstündə durduğunugördüm. Deyəsən, bayaqdan yer verməyimi gözləyirdi. Ayağa qalxıb yer verdim. Məmnunluqlauşağını otuzdurub başının üstündə dayandı.

İçəricındırından cin ürkən bir oğlan girdi. Əlində cib dəsmalı (salfet) paketlərivar idi.

- Nə olar, uşağım xəstədi, "salfetka” alın, biri 20qəpiyə.

Yenəiçimdə özümlə danışmağa başladım.

- Bu da ki, ta dilənirsən, dilən də. Cib dəsmalı adıilə pul istəmək nə deməkdir? Kimə lazımdır o cib dəsmalı?

Özüməhirsləndim:

- Dayan görüm e, yenə nə bədbinliyinə salmısan?İndi adam hər kimdi, sənə nə? Pis bir iş görür? Cib dəsmalı satır da.

- Yox, satsaydı başa düşərdim, bu satmır e, dilənir.Cib dəsmalı bəhanədir.

Susdum...

Bayaqdurduğum yerdə gözüm qalıb.

Əli dolubir qadın səndirlənə-səndirlənə yaxınlaşdı həmin yerə. Anası uşağa:

- Sənə nə öyrətmişdim?

Uşaqbunu eşidən kimi ayağa qalxıb qadına yer verir. Qadınsa oturar-oturmaz uşağınbaşına sığal çəkib "çox sağ ol, ağıllı bala” deyir. Mən isə bu məmnunluq səhnəsindənfikrimi ayırıb avtobusun pəncərəsindən çay kimi axıb gedən səkini izləyirəm. Hərşey o qədər sürətlə baş verir ki...

Bir nəfərgəlir, yapışdığım dirəyə söykənir. Barmaqlarımın üstündə onurğasının fəqərələrinihiss edirəm. Getdikcə əlimin üzü ağrıyır. Adamsa həm yapışdığım dirəyəyayxanıb, həm də iki əli ilə sallanan tutacaqdan yapışıb. Ayaq üstdədayanmaqdan ötrü bu qədər əzab-əziyyət çəkən adamı kürəyindən dümsükləyirəm. Deyəsən,bu adama əməlli-başlı mane oldum. Baxışları o qədər sərt idi ki. Başını silkələyir.Gördüm ki, sual verməyə ərindi. Başını silkləməyini "nə olub?” sualı kimi başadüşüb cavab verdim:

- Qardaş, əlimin üstündə uzanıbsan.

Duruxdu.

- Yəni imkan ver, bu dirəkdən rahat yapışım.

Nə əcəbsəbaşa düşdü, çəkildi kənara.

Fikrimsəhələ də bayaq durduğum yerdə qalıb.

Poşetləriniqucağında saxlayıb oturan qadın halından o qədər məmnun idi, deyərdin buğdayeyib, cənnətə düşüb. Ta ki, avtobusa minən çəlimsiz bir qocanın onun oturduğuyerə yaxınlaşmasına kimi. Avtobusda qəribə bir hərəkət dili formalaşıb. Daha heç kim heç kimə hirsli baxışlaralabaxıb yer istəmir. Hamı belə də olmalıymış kimi öz yerindən imtina edir. Eləbizim bu qadın da ayağa qalxır, kişiyə yer verir. Kişi dillənir:

- Əyləş, bacı, ehtiyac yoxdur.

- Yox, onsuz da mən biraza düşəcəm. Əyləşin. – deyəqadın israr edir.

Beləcəqoca da məmnun olur. Amma guya hamımız bu avtobusa düşmək üçün minməmişikmi?

Çöldəkiqarmaşalıq, avtobusdakı sakitlik bir müddət beləcə davam edir. Fikrimi-zikrimidurduğum yerdən yığışdırıram, düşmək vaxtıdır. Axırıncı dayanacaq! Avtobusdanbir-bir düşürük. Amma hələ də yol boyu baş verənlər məni düşündürür.

Qəribədeyilmi? Bir oturacaqda belə insan həyatını müşahidə etmək olur.

"Oturduğumyerdən qalxıb yanı uşaqlı bir qadına yer verdim. Təbii ki, uşaq oturası oldu.Bir az keçdi, həmin uşaq qalxıb əli poşet dolu bir qadına yer verdi. Bir az da keçdi.Əli dolu qadın qalxıb yaşlı bir kişiyə yer verdi. Sonra...”.

Uşaq, qadın, qoca...

Uşaqlıq, gənclik, qocalıq...

Dünya dabelə dolub-boşalır, boşalıb-dolur...


TƏQVİM / ARXİV