adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"Ə, bu nə kinodu çəkiblər?" - Filmə baxanların tipləri - Eminquey yazır

EMİNQUEY AKİF
42921 | 2018-10-23 12:20

Sizə bir şey yazım, aramızda qalsın.

Filmə baxanlar bir neçə sinifə bölünür.

Birinci qism filmə baxır, baxır, baxır, axırda da deyir ki, "ə,bu nə kinodu çəkiblər? O gədə ölməli deyildi axı”.

Bu qismüçün filmdə baş verənlər bircə o gədənin üstündə cəmlənib. Yəni əgər o gədə ölməsəydi,film çox uğurlu alınacaqmış. Açığı bu qism filmə elə sırf o gədəyə görəbaxırlar.

İkinci qism filmə baxır, baxır, baxır, filmin ortasında deyirki, "heç xoşuma gəlmədi, bu nə kinodu çəkiblər?”.

Bu qismüçün film ümumiyyətlə maraqlı deyil. Onlar bir film həvəskarı kimi iradəsizdirlər.Bir filmə sonacan baxmamış o film haqqında necə qənaətə gəlmək olar ki?


Üçüncü qism bir saatlıq filmin əvvəlini qaçırır, qaçırır,qaçırır və məsələn, 20-ci dəqiqəsindən baxmağa başlayır. Amma nə işdirsə, bugözəlim qism filmdə baş verən hadisələri çox rahatlıqla çözə bilir. Ya bəlkə dəheç çözmür. Amma onlar üçün filmin baxılmayan dəqiqələri önəmli deyil.

Dördüncü qism biraz qəribə tiplərdəndir. Elə filmlər var ki,onlar hansısa yazıçının əsəri üzərində çəkiliblər. Məsələn, götürək eləözümüzün olan "Təhminə” filmini. Bu qism bu filmə baxandan sonra maraqlanmırlarki, görək, bu Anarın hansı əsəridir, filmin əsərlə nə fərqi var? Bu qismdənsoruşsan ki, Anarın "Beşmərtəbəli binanın altıncı mərtəbəsi”ni oxumusan,çaşacaq, deyəcək, yox, filminə baxmışam.

Beşinci qism filmi öz həyatı kimi zənn edənlərdir. Onlar filmiöz həyatları ilə tutuşdururlar. Onlar filmdə reallıq gəzirlər. Sözləri də buolur. Ki, "bu nə kinodur? Belə şey olar? Gopdur ki bu”.

Altıncı qism də maraqlı tiplərdir. Onlar qorxu filmləriniqaranlıq bir otaqda izləməyi sevirlər. Amma qan-tər içində, qorxa-qorxa. Onlarbundan həzz alırlar.

Yeddinci qism film, serial xəstələridirlər. Məsələn, dostlarlayığışıb bir yerdə çay içəndə belə adamlarla rastlaşırıq. Söhbətin ən şirinyerində bir nəfər ayağa qalxıb deyir ki, mənim serialım başlayacaq, getməliyəm.Bir serial onlar üçün həyatdan daha maraqlıdır. Haqqlı və ya haqqsız olduqlarıhəmin məclisdəki söhbətin şirinliyindən asılıdır.

Səkkizinci qism filmə sırf ağlamaq üçün baxanlardır. Çox kədərlitiplərdirlər. Onlar adətən ağlaya bilmirlər. Ona görə də kədərli filmlərəbaxmağı seçirlər. Onlar üçün əgər film ağlatmırsa, apar, tulla.

Doqquzuncu qism üçün filmin titrları maraqlı deyil. Bu filmi kim çəkib,rolları kim ifa edir, bu kimi şeylərdən yan keçirlər. Və sabah həmin adamdansoruşanda ki, baxdığın film kimin filmidir, baş rolunu kim oynayıb, cavab verəbilmirlər. Yaxud da sənə "bir filmə baxmışam, amma adı yadımdan çıxıb”, birfilmə baxmışam, baş rolu oynayan adam, adı yadımdan çıxıb nə idi” deyib həminfilmdən danışmağa başlayırlar.

Və sondaonuncu qism kinomanlardır. Onlarfilmin hər detalına fikir verirlər. Filmin texniki səhvləri, ssenaridəkiuyğunsuzluq, aktyorların rollarını necə ifadə etməsi, filmi kimin çəkməsi, rejissorunüslubu, filmin hansı ölkənin istehsalçısı olması, çəkildiyi vaxt həmin ölkəninsosial-siyasi vəziyyəti, hansı uğurları qazanması, ən əsası filmin hansı mesajıverməsi və bu kimi başqa detallar.

Buyazını şəxsimdən çıxış edib yazıram ki, mən yuxarıda sadaladığım bölgülərinhamısını yaşayıb onuncu qismə qədəm qoymuşam. Demərəm ki, kinomanam, amma filməonuncu tip kimi baxıram və bu cür baxmağın da tərəfdarıyam.

Məncə, nəinki film, musiqi dinləyiciləri də, rəsm həvəskarlarıda, kitab oxucuları da, teatr tamaşaçıları da, idman azarkeşləri də beləolmalıdır. Yəni baxdığın, dinlədiyin, oxuduğun, həvəskarı olduğun nələrinsəmahiyyətinə varsan, onda zamanın boşa getməz.


TƏQVİM / ARXİV