adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Robot Sofiyanı azərbaycanlı yaratsaydı... - Eminquey yazır

EMİNQUEY AKİF
49424 | 2018-10-30 15:07

Bir anlıq robot Sofiyanı düşündüm. Dünya turunaçıxıb. Ölkələri gəzir, tərifləyir, insanlarla görüşür, suallarınıcavablandırır. Buna görə də yaxşıca pul alır. Sofiya Azərbaycana gəlmişkən təsəvvüredək ki, bu robotu bir azərbaycanlı yaradır. Sizcə nə baş verərdi? Yaxınoturun, izah edim.

Ondanbaşlayaq ki, bu robotun adı Sofiya yox, ən yaxşı halda Sevil olardı. Adınıqısaldıb Seva çağırardılar. Bir şeyə diqqətinizi çəkim. Robotun əsli ilə bizə gələnvariantı arasında dərin bir dietik uçurum var. Bizi ziyarət edən Sofiya balıq ətlidir.Görünür, onu göndərənlər də kişilərimizin zövqünü və qadınlarımızın halətini nəzərəalıblar. İndi əgər robotu bizdən biri yaratsaydı, çox güman ki, bu detalı vacibsayıb nəzərə alardı.

Hə, onudeyirdim axı. İllərdir müşahidə edirəm, bizdə belə robot ixtiraları xırda-xırdaolsa da var, amma televiziya bunu önə çəkmir. Çox güman ki, bizdən birininyaratdığı Seva adlı robot cəmiyyət tərəfindən diqqət görməyəcəkdi. Ona görə də,məcbur qalıb neyləyəcəkdi?

Evrika!

Robot Sevanıtanıtmaq üçün məcbur qalıb orasına-burasına əl gəzdirəcəkdilər. Slikon dodaq,botokslu yanaqlar, tatuaj qaşlar, kəsilmiş burun. İndi bunu elə yazıram ki,guya robotun harasısa Allah verəndir. Zalımın balası, onsuz da robotdur da. Habotokslu yanaq, ha slikonlu dodaq.

Yox, əzizim,bizim üçün fərqi var. Bununla da iş bitmir.

Bu binəvarobot Sevaya yaxşıca bir proqram da yükləyəcəkdilər. Məsələn, yaxşıca burcudabilsin, oynaya bilsin, tullanıb-düşsün, təpik atasın, şpaqat açsın. Bunu dabildimi? Veriy qud!

Sonra bununbeyninə bir dənə də manıs mahnılardan ibarət proqram yükləndimi, oldu bu məsələ.Yox, olmadı. Hanı bu Sevanın sponsoru, pul buraxanı? Sizcə Sevaya kim sponsorçıxardı? Adı sirr qalsın, amma mütləq bir sponsor çıxardı. Ya kolbasa sexininmüdiri, ya da hansısa avtosalonun yiyəsi. Nə fərqi, əsas odur ki, oldu bu iş.

Sevaya birintagram hesabı da lazımdı. Hesabı açılır, bu işlə xüsusi adamlar məşğul olur.30-40 min bekar adam izlədimi, haydi irəli! Bizim bu Sevaya bir klip də çəkirlər.Mahnısının sözlərini də özxü yazır, musiqisini də. 

Sən özün dəmirdən yaratdın məni,
Demirəm sığal çək, gəl qoynuma gir.
Barı başımdakı bu süni saça,
Arabir daraq çək, arabir də hör.

Nə olsun ürəyim akkumlyatordu.
Nə olsun göz yaşım yoxdu, robotam.
Bir xoş söz de, nə olar incitmə məni,
Ya da ki, düyməmə bas biraz yatım.

Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldı, nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.

Bir qərib robotam, Allahım sənsən,
Atam da, anam da, balam da sənsən.


Bu mahnı ilətutuzduran Seva efirlərə ayaq açacaq. Toylara dəvət alacaq. Gördü ki, gündəmdəndüşür, onun başına qalmaqal yaratmaqüçün bir-iki düşük cümlə də yükləyəcəklər, vəssalam.

Beləcə bizimrobot Seva zamanla, mühitlə ayaqlaşmağa məcbur qalacaq. Bircə qorxum var. Bizimbu Seva da onu yaradanlara qarşı çıxıb başına oyun açmasa yaxşıdır. Təcili buSevaya bir ər tapmaq lazımdır. Hə, bax onu buraxaq bizim ixtiraçıların öhdəsinə.İnanıram ki, tezliklə onun başı öz ailəsinə qarışacaq...

Əsas odu ki,bizim bu möhtərəm robotu adam yerinə qoyub Ərəbistanın vətəndaşı kimi də qəbulediblər. Görünür, robotda özlərində olmayan nələrisə tapıblar və deyiblər, axırki, bir insan çıxdı orataya.

Sofiyanın bir cümləsi çox kədərli idi:

- Azərbaycan mətbəxi çox dadlıdır, amma təəssüf ki,mən dadına baxa bilmirəm.

Anan ölsün, ay Sofiş.

Bir azdüşündükcə dərk edirəm ki, biz də yavaş-yavaş hissiyatsızlaşamağa başlayırıq.Texnoloji inkişaf bizi robotlaşdırmırmı? Misal üçün, hər gün feysbukdazamanımız uçub gedir. Bir dəqiqənin içində bütün hisslərimiz bir-birinəqarışır. Eyni anda ard-arda birinin ölüsünə kədərlənib, birinin doğumunasevinib, birinin də statusuna gülürük. Bu üç hissi eyni anda necə yaşayırıq,bir neçə saniyə içində necə həzm edirik, anlamıram.

Hər şey o qədər əlçatan olub ki, artıq teatrlar,sirklər də insanlara maraqlı deyil. Heç kim başını əziyyətə verib düşünmək istəmir.Əlinin altınd internet olan biri tapmaq istədiyi şeyi iki dəqiqəyə axtarıbtapır. Onun nəyinə lazımdı teatr, film, ədəbiyyat?


TƏQVİM / ARXİV