adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

"Kralların kralı" Musa

EMİNQUEY AKİF
44901 | 2018-12-04 11:07

21-ciyüzillikdə dünyanın ən varlı adamı kimi 105 milyardlıq sərvətlə Microsoftunsahibi Bill Qeytsi də vurub keçən Amazon şirkətinin sahibi Cef Bazosdur. Ammainsanlıq tarixinin gəlib-getmiş ən varlı insanı bugün dünyanın ən kasıb qitəsiolan Afrikadan çıxıb. Milladdan sonra 14-cü yüzillikdə Cahan, Timbuktu və Malitorpaqlarını əhatə edən Mali imperatorluğunu idarə edən Mansa Musa bugününpuluyla 400 milyard dollar sərvətlə indiyə kimi dünyanın ən varlı insanı kimibirinci yerdədir.

Əsl adıKankqan Musa olan amma Mandenq dilində "kralların kralı" mənasını verən Musa1312-ci ildə atasının səfərdən dönmədiyi vaxt 32 yaşında taxta çıxıb. Maliimperatorluğunu 1337-ci ilə kimi idarə edib. 1312-də taxta çıxanda Avropadaqıtlıq və daxili müharibələr hökm sürürdü. Bir çox İslam ölkəsi və Afrikakrallığı gündən-günə zənginləşirdi. Əslində Musanın etdiyi Afrika bölgəsindəkibu zənginliyi öz krallığına qazandırmaq idi. Timbuktu şəhərini öz krallığınaqatıb Qao şəhəri üzərində təkrarən güc əldə edərək Qərbi Afrikayla ticarətyollarını ələ keçirib 400 şəhərdən ibarət olan Mali imperatorluğunu qitənin ənvacib ticarət və mədəniyyət mərkəzinə çevirdi.

Həttaxüsusilə Timbuktu elə bir zənginliyə və məşhurluğa qovuşdu ki, dövrün elmadamlarının və sənətçilərinin görüş mərkəzinə çevrildi. Mansa Musa onlaraTimbuktuda hər cür şərait yaratdı və dövrününən böyük universitetini açdı. Bütün İslam dünyasından buraya təhsilalmaq üçün gəlirdilər. Musa yaxşı bir lider olması ilə bərabər yaxşı birkomandan və cəsur döyüşçü idi. Hökmdarlığı dövründə gəlirlərinin sırasına duz vəqızılla bərabər döyüşlərdən əldə olunan qənimətləri də əlavə elədi və bu döyüşlərtəkcə qənimətlərin artmasında deyil, həm də ölkə sərhədlərinin genişlənməsindərol oynadı. Beləcə Mali imperatorluğu Şərqdə Nigeriyaya, Qərbdə Təkrura, CənubdaVolta Kalona və şimalda Səhra duz mədənlərinə kimi geniş bir əraziyə hökm etməyəbaşladı.

Yaşadığıdövrdə olduqca zəngin bir hökmdar olmasıyla yanaşı həm də dindar biri idi Musa.Tarixçilərin inancına bağlılığı və başqa dinlərə sayğısı ilə tanıtdığı Musatikdirdiyi məscidlərlə Afrika memarlığının təməlini qoymuşdu. Fəth üçün səfərəçıxanda da fəth etdiyi şəhərlərdə məscid, mədrəsə və kitabxana varsa yenidənqurulmağına, yoxdursa tikdirilməyini əmr edirdi. Dünya Musanın zənginliyininehtişamını ilk dəfə 1324-də Məkkəyə çıxdığı Həcc ziyarəti zamanı gördü. Bir fərmanlaöz xalqından bu səfər üçün bolluca qızıl və ərzaq bağışlamalırını istədi. Ölkənindörd bir yanından qızıl və ərzaq göndərildi. İmperatorluğun başına oğlu Məhəmmədiqoyan Musa hər biri 130 kq qızıl yüklü 70 dəvə, qızıl əsaları daşıyan 500 kölə,Həccə yola düşən 60 min adamla ( o dövrdə bu qədər adam bir orduya bərabər idi)yola çıxdı. Səfər boyu qonaq olduğu bütün yerlərdə məscid tikdirən, kasıblaraqızıl paylayan Musa Qahirədə o qədər qızıl payladı ki, Misirdə qızılın dəyəridüşdü və böhran içində olan iqtisadiyyatı düzəldi. Təkcə ziyarətə gedənlərinalış-verişi ilə tacirlərin vəziyyəti yaxşılaşdı. Həcc ziyarəti zamanıkeçdiyi yerlərdə onunla ziyarətə gedənlər üçün torpaq, mülk də aldı. Bütünbunlar Avropanın da marağına səbəb oldu. Venesiyalı tacirlər ölkələrindəMalinin Afrikanın ən mühüm ticarət mərkəzlərindən biri olduğunu danışmağabaşladılar.

Bu Həcc səfəridünya tarixində bir çox şeyləri dəyişdi.

Qıtlıq içindəolan Avropalı tacirlər gözlərini bu qitəyə çevirdilər. 1488-də səyyahVartolomey qitənin sahillərini gəzdi, Ümid burnunu keçəndən sonra Afrikanın xəritəsihazırlandı. Amma Mansa Musanın Afrikanı dünyaya tanıtmaqda yaxşı ya da pis işgördüyünü demək biraz çətindir. Çünki Avropa Afrikaya axışandan sonra buradaköləlik və işğallar artacaq və Qərb bunun sayəsində bugünün inkişaf etmişzonasına çevrildi.

MansaMusanın ölümü haqqında konkret bir məlumat yoxdur. 50 yaşında öz əcəli iləöldüyü deyilir. Ölümündən biraz sonra imperatorluğun içində daxili savaşlarbaşladı. Onun sərvəti bu daxili savaşların sayəsində əriyib yoxa çıxsa da, onuntikdirdiyi məscidlər, kitabxanalar, mədrəsələr tarixin yaddaşında daimaqalacaq.

TƏQVİM / ARXİV