adalet.az header logo
  • Bakı 13°C

Faiq QİSMƏTOĞLU: ƏN UZUN GECƏ

FAİQ QİSMƏTOĞLU
41645 | 2018-11-30 13:12

... Həkimdiqqətlə oğlanı yoxladı. Və diqqətlə oğlanı yoxlayanda onun atası da, anası dagözlərini həkimə zilləmişdilər. Uşağın vəziyyətihəddindən artıq ağır idi, get-gedə də onun çöhrəsində zəiflik hiss olunurdu. Həkimbaşını qaldırıb diqqətlə onun üzünə baxan valideynlərə nəsə demək istədi. Atada, ana da həkimə elə yazıq-yazıq baxırdılar ki, həkim də bunu hiss eləmişdi. Həkimona yazıq-yazıq baxan ata-anaya qəti söz deməliydi. Çünki beş il etdiyi müalicəgəncdə heç bir gümrahlıq yaratmamış, əksinə, onun vəziyyəti daha da ağırlaşmışdı. Bunu ata da,görürdü, ana da. Ata-ana görürdü ki, onların gözünün qabağında 33 yaşlıoğlanları çöp kimi əriyir, gözlərinə əbədi bir kədər çöküb. Bunu ata-anabilirdi, bilə-bilə də yenə Allah-Təaladan əllərini üzmürdülər.

... Həkimbir də diqqətlə rəngi avazımış və dodaqları səyriyən ata-anaya baxdı və sonrabütün gücünü toplayıb dedi:

- Mənsizi aldada biləmrəm. Artıq bu uşaqda həyat eşqi sönüb. Çox çətin ki, onu həyataqaytarmaq mümkün olsun...

Həkim busözləri deyəndə özü də pis vəziyyətə düşdü. Çünki heç bir həkim istəməzdi ki,onun xəstəsi belə ağlr duruma düşsün. Həkimin bu sözlərindən sonra atanın,ananın beli bir az da büküldü, dərdi bir az da ağırlaşdı, gözlərinə bir az da kədərçökdü. Elə bil göy uçmuşdu və bu uçangöyün altında qalmışdılar.

Ataözünü ələ aldı, bəd xəbərdən rəngi avazımış həyat yoldaşına "qorxma” dedi. Vəonu da dedi ki, hər şey Allahın əlindədi. Bizim başımıza belə faciələr, ağıranlar çox gəlib. Yadındadı, mənim qardaşıma da Bakıda həkimlər ölüm diaqnozuqoymuşdular. Demişdilər ki, beş-on gün ömrü qalıb. Apardıq İstanbula, kardiocərrahMehmet Saleh Bilal əməliyyat elədi, indi beş ildi yaşayır, yeyib-içir və yeri gələndəaraq da vurur, siqaret də çəkir. Həyat yoldaşının bu təsəlliverici sözlərixanımının gözlərindəki sönmüş ümid işığını közərtdi.

... Oğlunuevə gətirdilər. Vəziyyəti xəstəxanadanqayıdandan sonra bir az da ağırlaşdı. Heç bir dava-dərman kömək etmədi. Hər günata-ana ağır durumda olan oğluna kömək edə bilmədiklərinə görə, özləriniqınayır, hər səhəri göz yaşlarıyla açırdılar. Elə bir gün olmurdu ki, bu evdə səhərlərağlaşma olmasın... elə bir gün olmurdu ki, xəstə oğluna baxıb ürəkləri çat verməsin...Oğlanın isə vəziyyəti hər gün, hər saatağırlaşırdı; heyi qalmamış, qüvvəsi tükənmiş və boğazından bir tikə də çörəkkeçmirdi...

Kənddəkimaması oğlu Tehran xəbəri eşidən kimi özünü onlara çatdırdı. Uşağa baxıb ürəyipara-para oldu. Dedi ki, onu bu günə həkimlərdən çox siz salmısınız. Dəfələrləyalvardım ki, aparım Təbrizə. Mənim orda yaxşı həkim tanışlarlım var. Bilmirəmey, siz bu xarabada nə görmüsünüz? Görmürsünüz , bizim həkimlər sağlam adamlarınbaşına nə oyun açır? O ki, qala belə xəstə ola! Xərcini özüm çəkəcəm, canım çıxacaqözüm də aparacam. Təki mənə maneçilik törətməyin...

Mamasıoğlu Tehran onun maması uşaqlarının arasında ən imkansızı idi. Amma maması oğluTehranda heç kimdə olmayan böyük ürək vardı, mərdlik vardı. Kəndə getsə də birgün də dincəlmirdi. Hər gün zəng çalır, Əminin vəziyyəti ilə maraqlanırdı. Vəaxırda da dedi ki, Təbrizlə danışmışam, sabah bizi gözləyirlər. Sən getməsən dəözüm götürüb aparacam.

... Günlərinbir günü ata, oğul və mamaoğlu Tehran Təbrizə yollandılar. Uşağın vəziyyəti yoldabir az da ağırlaşdı. Tehransa uşağın qoltuğunun altına girib çiyninə götürdü.Bir əlində iri çanta, bir yanında da xəstə Əmin. Əmin də tez-tez dillənirdi:

- Tehranəmi, sənə qurban olum, sən Allah məni bağışla, əziyyət verirəm ey!..

Tehransakövrələrək gözləri dolur və deyirdi:

- Əmin,sənə qurban olum, düz Təbrizə qədər səni boynumda apararam, amma uf da demərəm. Onu bil ki, mən səni hamıdan çox istəyirəm...

- Bilirəm,Tehran əmi, məni hamıdan çox istəyirsən.Çünki heç kəs ağır günümüzdə sənin qədər bizə yaxın olmadı. Amma sən mənə atamqədər bir yaxşılıq eləyirsən - dedi.

Tehran:

- Əmin,nə danışırsan? Mən səni bil ki, hamıdan çox istəyirəm ey, gör sənin toyunda nəeləcəyəm.

Bu sözlərdənsonra ilk dəfə idi ki, Əminin çöhrəsində gülüş göründü... İlk dəfə idi ki,Əminin gözlərində bir işıq hiss olundu... İlk dəfə idi ki, Əminin qəlbində birsevinc baş qaldırdı...

Tehranındostu Məhəmmədrza onları beş saata Təbrizə çatdırdı. Yolda bir-iki yerdə maşınsaxladılar, çörək yedilər. Ancaq yenə Əmin nə bir tikə çörək yedi, nə də bir stəkançay içdi. Çox təkidlərdən sonra bir qurtum çaydan aldı və sonra yenidən qəm dəryasınaqərq oldu. Gözləri soldu, bənizi ağardı, əlləri buza döndü...

...Axşam saatlarında Təbrizə çatdılar. Vaxt itirmədən çətinliklə də olsa həkimin qəbulunadüşdülər. Professorun qəbuluna gəlmiş digər xəstələr də Əminin vəziyyətinigörüb onu növbəsiz buraxdılar. Həkim diqqətlə Əmini müayinə etdi, təyziqiniyoxladı, ürək döyüntülərinə baxdı, hətta çəkisini də ölçdü. Bütün müayinələri dəqiqlikləelədi. Əvvəlki reseptlərə və epiqreslərə baxdı və başını buladı:

- Buoğlana səhv diaqnoz qoyublar və yalnış da müalicə ediblər. Düz bir saatdı onumüayinə edirəm. Epiqresdə yazılan diaqnozun heç biri təsdiqini tapmır. Əvvəlcə qəbul etdiyi qələt dərmanlardan təmizləməliyik.Bu bir ay vaxt aparacaq. Ondan sonra başqamüalicəyə başlayacağıq və dörd aydan sonra biz nəticə barəsində bir şeydanışa bilərik. Uşağın başını tomoqrafiya etdirməli və qan analizi verməlisiniz. Ola bilərki, uzun müddət qəbul etdiyi dərmanlar onda fəsadlar yaratsın. Allaha dua edinki, analizlərin nəticəsi yaxşı olsun. Pis çıxsa, mənim də işim çətin olacaq.Analizlərin cavabını alan kimi, sabah yanıma gələrsiniz, mən də ona baxıbmüalicə yazaram.

Ata,mama oğlu Tehran, Əmin mehmanxanaya qayıtdılar. Həmin axşam Əminin atası üçün ənuzun gecə oldu... həmin axşam Əminin atası səhərə qədər yatmayıb balası üçünAllaha dua etdi... həmib axşam Əminin atasıilan vuran yatdı, o yatmadı... həmin axşam Bakıda da Əminin anası Allahadua edirmiş... Ən uzun gecənin axşamı dualar gecəsi idi və səhər açılmaqbilmirdi. Mehmanxananın birinci mərtəbəsindən şəhərə baxan Əminin atası düz səhərəqədər Allaha yalvardı. Və Allaha yalvardı ki, İlahi, sən bizi sınağa çəksən dəaxırda sevindir. Sən mənim balamı çətin vəziyyətdən xilas elə.

Səhərigün analizlərin nəticəsi bəlli oldu və həkimlərin qəbuluna tələsdilər. Yenə xəstələronları növbəsiz buraxdılar. Həkim diqqətlə analizlərin nəticələrinə baxdı vəçöhrəsinə sevinc qondu:

- ŞükürAllaha, beynində və qanında hec bir qorxulu xəstəlik yoxdu. 50-60 faiz buoğlanın sağalacağına inamım var.

Professorunbu sözlərini eşidən Əminin atasının üzünə bir işıq gəldi:

-Professor, yəni onu həyata qaytarmaq mümkündür?!

- Həyataqayıdacaq, ancaq bir şərtlə: gərək müalicələrə vaxtında gəlsin. Xəstəlik də beləolanda müalicəyə tabe olur. Bir aylıqresept yazıram, dərmanları alıb müalicəyə başlayarsınız.

Atası bir az da sevindi:

- Həkim,bunu evləndirə bilərəm?

Həkimgüldü:

- Hələ nərdivanınbirinci pilləkəninə ayaq basmamış siz iyirminci pilləkəndən danışırsiniz -deyir. – Bir az səbrli olun, Allahın köməkliyi ilə hər şey yoluna düşəcək.

Ataözünü ələ alır və maması oğlu Tehranın, bələdçi Məhəmmədrzanın nəzərləri onazillənir. Bu bir sakitlik və rahatlıq yaradır.

Həkiminyanından çıxıb dərman dalınca gedirlər. Yazılan dərmanların hamısını alırlar.Əminin Bakıda bir aylıq dərmanına 250 manat pul verirdilər. Təbrizdə yazılmış dərmanlaraisə cəmi 30 manat pul ödəyirlər.

Hamısınınovqatı yaxşıdı. Bircə Əmin kefsizdi. Məhəmmədrza deyir ki, bir-iki saata mənzilbaşınaçatırıq. Ancaq o qədər acmışam ki, sümüklərim də gizildəyir. Qarşıdakı yeməkxanadayaxşı quzu kababı veririlir. Orda maşını saxlayaq bir tikə çörək yeyək. Əminbuna razı olmur. Deyir ki, tez gedək evə. Ancaq Məhəmmədrza maşını saxlayandabir söz demir. Hamısı düşüb yeməkxanaya gedir. Məhəmmədrza kababçının yanındadurub şişlərə baxır və bildirir ki, bax, bu tikələrdən bizə kabab çək! 15-20 dəqiqəyəkabab hazır olur. Bir-bir gətirib kababları masanın üstünə qoyurlar. Elə şişdəkabablar səliqə ilə bir-birinin üstündə durub. Lavaşın arasına kababı çəkib yeməyəbaşlayırlar. Əmin də əlini şörəyə aparır. Yemək yeyən ərəfədə bir dərman qəbuledir. Ovqatı tamamilə dəyişir. Solmuş bənizinəqan gəlir, bumbuz əlləri bir azdan istiləşir, çöhrəsinə son vaxtlar görünməyəngülüş qonur. Hələ bir Məhəmmədrza ilə zarafatlaşır da. Onun açıldığını hiss edənMəhəmmədrza Əminin boş damarını tutur:

- Səninelçiliyinə özüm gedəcəm. Gör sənə nətəriqız alacam ey. Bax, bu Tehran əminlə bir yerdə gedib sənə qız alacağıq.

...Evəqayıdanda Əminin gəldiyini eşidən qohum-əqrəba elə həmin axşam onlarınqapısısnı açdılar. İki gün əvvəl onu yola salanda da, elə indi də məəttəlqalmışdılar. Əmin iki gün əvvəlki oğlana bənzəmirdi. O heysiz, taqətsiz, sifətindəgülüş donmuş oğlan tam dəyişmişdi: indi onun gözünə, ürəyinə qəlbinə bir işıq,bir nur gəlmişdi. İndi onun həm atasına, həm anasına, həm də özünə Allahın yazığıgəlmişdi. Allah onların oğlunu həyata qaytarmışdı, edilən duaları qəbul eləmişdi.Sönmüş bir gəncin qəlbində günəş doğmuşdu. Və bu doğan günəşə görə anası üzünüqibləyə çevirib deyirdi:

- Allah,sənə min şükür!..


TƏQVİM / ARXİV