adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"Hababam sinfi" haqqında bunları bilirdinizmi?

EMİNQUEY AKİF
47158 | 2018-12-06 11:00

RıfatIlqazın bu əsəri ilk dədə teatrda səhnələşdirilib. Səhnədəki adlardan əntanınmışları Zəki Alasya və Mətin Akpınar idi. Onlar dəfələrlə bu tamaşanınfilmə çevrilməsini təklif etmişdilər. RejissorƏrtəm Əyilməzinsə məşhurlarla işləmək prinsipinə zidd idi. "Habab sinfi”nda çəkilənaktyorlardan təkcə Tarık Akan o vaxtlar məşhur idi. Onunla da Ərtəm Əyilməzinxüsusi bağı var idi deyə filmə çəkmişdi. Zəki Alasya ilə Mətin Akpınar başqabir filmdə yüksək qonorar alacaqdılar. Bəs, yaxşı, Tarık Akanla rejissorunarasındakı bağ nə idi?

Tarık Akanınçəkildiyi filmlərin çoxunda obrazlarının adı Fərid idi. Ərtəm Əyilməzin dünyasınıdəyişən oğlunun adı da Fərid idi. Ona görə də oğlu kimi sevdiyi Tarık Akandan çəkdiyifilmlərdə Fərid adı ilə oynamasını istəyirdi. Beləcə rejissor oğlunu yaşadırdı.Tarık Akan 12 filmdə Fərid adı ilə çıxış edib.

Əsərdə İnəkŞaban və Mahmud xoca olmasa da, filmdə Münir Özqul və Kamal Sunal çəkilsin deyəbu obrazlar filmə əlavə edilib. Dəcəl İsmayıl əsgərlikdən qayıtdığı səhnələr təbiidir.O, həqiqətən də film çəkildiyi vaxt əsgərlikdə idi və məhz çəkiliş heyətiniziyarət üçün gəlmişdi. Onun üçün də əlavə səhnələr çəkilmişdi. Dəcəl İsmayılobrazını canlandıran Əhəmd Arımanın filmlərdə çəkilməyinə səbəbkar Münir Özqulidi. Onlar ilk dəfə İzmirdəki bir sərgidə tanış olmuşdular. Əhməd Arıman əslindəmusiqiçi idi. Münir Özqul Əhmədi həmin sərgidə səhnəyə çıxarkən kəşf etmişdi.

Savaşdandanışan tələbələrin həmişə cuşa gətirdiyi Paşa Nuri xarakterini oynayan SidqiAkçatəpə həyatda da "Qurtuluş savaşı” qazisi idi. Həm də Xalid Akçatəpəninatasıdır.

Birinci filmhəmin dövr çox maraqla qarşılandı və 28 həftə durmadan göstərildi.

"Hababamsinfi” və "Tosun Paşa” filmlərində eyni vaxtda rol oynayan Akül Öztuna "TosunPaşa”nın çəkilişlərində dəvədən yıxılıb zədələnmişdi. Çəkilişlər qurtarandansonra isə dünyasını dəyişmişdi. Ona görə də onun oynadığı səhnələrdə əskiklikvar.

"Hababam sinfioyanır”da məktəbdən qaçış planı çəkilmişdi yazı taxtasına. Bəs, o rəsmi kim çəkmişdi,bilirsiniz? Filmdə tələbələrdən birini oynayan Dilavər Gür. O, əslən mühəndisidi. Güdük Nəcmi ilə İnək Şabanın bir səhnəsi var. Güdük Şabanın atası kimiözünü qələmə verir və Şabana bir neçə şillə atır. Şillələr olduqca sərt imiş.Ona görə Kemal Sunalın təkrar-təkrar çəkilən bu səhnələrdə üzü qanayıb. Rejissorfilm təbii alınsın deyə şillələrin də sərt olmasını istəyibmiş.


Ərtəm Əyilməzçəkilişə gecikəni əsla bağışlamazdı. Hətta bir gün Tarık Akana və AyşənKurudaya tək ayaq üstündə dayanmaq cəzəsı da verib. Bütün aktyorlar ssenaridəyazılmış mətndən kənara çıxa bilməsə də, bircə Kamal Sunala buna görə icazəverilmişdi. Çox zarafatcıl olduğu üçün gülməli improvizələrilə obrazı daha damaraqlı edirdi. Məhz bu filmdə Kemal Sunalla Şənər Şən ilk dəfə eyni səhnədərol almışdılar.

RıfatIlqazın yazı maşını almağa pulu olmadığı üçün "Hababam sinfi”ni yazılı qələməalmışdı.

Rıfat Ilqazamüsahibələrinin birində sual verirlər, necə olur ki, siz insanları bu qədərgüldürə bilirsiniz?

Rıfat Ilqazcavab verir:

- Əvvəllərinsanları sübh çağı edam edirdilər. Vaxt yaxınlaşanda məhlədəki dükanlar açılmağa,satıcılar mallarını satmaq üçün müştəri səsləməyə başlayırdılar. Ailələr də üzlərindəgülüş dolu ifadəylə küçəyə çıxanda edam olunan adamlara gülən bir camaat kimigörünürdülər. İndi mən də ölmüş bir təhsil sistemini göstərdim və hamı bu ölmüşsistemə baxıb güldü.

TƏQVİM / ARXİV