SON DƏQİQƏ:

ZƏRURƏT

  21872   |  
Şriftin ölçüsü  

Allah insanı tək yaratdı. Baxdı ki, tək darıxır insan, ikinci bir insanı da yaratdı. Amma bir az fərqli, bir az birincidən zərif, bir az ondan gözəl, incə, biz az ondan cazibədar, bir az ondan zərif yaratdı. Birini o birinə möhtac yaratdı, biri o birindən ayrı qalmaz vəziyyətdə yaratdı və bir-birindən ayrı yaşaya bilmədilər o gündən.Darıxdılar, göz yaşı tökdülər ayrılıqları zamanı. Anlaşılmaz bir hiss aldı içlərini. Əvvəllər adını bilmədilər bu hissin. Sevgi, həsrət, hicran, vüsal kimi sözdən xəbərləri yoxdu hələ. Ölüm haqqında məlumatları yoxdu. Ölümdən betər olan ayrılığı həyatın ən çəkilməz dərdi sayırdılar...

Hər şey rahat, mənalı, quşlar, heyvanlar, güllər, çiçəklər, çaylar, şəlalələr onların ixtiyarında idi. Dünya qovulduqları Cənnətdən o qədər də fərqlənmirdi...

Onların cütlüyündən insanlar törədi, artdı. Artdıqca da dəyişdi, bir-birindən fərqləndi, ikiləşdi - yaxşıya, pisə bölündü. Bir ata-ananın övladları bir-birinə düşmən kəsildi. Biri o birini öldürdü. Sevgi, gözəllik sözünün yanında paxıllıq, həsəd, hərislik də peyda olmağa başladı. İnsan çoxaldıqca problemi də çoxaldı, yaşamaq daha da çətinləşdi. Və bu çətinliyi bir-birinə yaşadan da insan özü oldu. Açıq ürəklilik, mehribanlıq, sadəlik şəraitində rahat yaşamaq varkən bir-birinə zəhər etdi dünyanı insan. Hər dəfə də bir-birini suçladı, bir-birini qınadı.

Çox keçdi o zamanlardan. İnsan dəyişmədi, daha da çirkinləşdi münasibətlər. Artıq ailədən, qəbilədən, tayfadan daha geniş üfüqlərə üz tutdu insan. Daha çox öyrəndi, daha çox təcrübə topladı və bu təcrübənin əksəriyyəti yanlış yöndə oldu. Silahlar kəşf olundu vəhşi heyvanlardan qorunmaq üçün, amma o silah yanlış insanların əlinə keçincə daha böyük fəlakətlər baş vermiş oldu. Əməyi, zəhməti yüngülləşdirmək üçün atom kəşf edildi, amma o kəşflə dünyanı alt-üst etdilər, dağıntılar, ölümlər, heyvanın belə edə bilməyəcəyi vəhşiliklər ixtiraçını peşman etdi. Qalan ömrünü özünü lənətləyərək yaşamağa vadar etdilər onu. Dəqiq yəqin etdi ki, elm inkişaf etdikcə insanı vəhşiliyə doğru aparır. Daha çox maddiyata sahib olmaq, hakimiyyət hərisliyi insanı insanlıqdan çıxardı. Bir-birinə həyatı zəhər etməyə başladılar. Amma əvvəlki halıyla yaşayanlar da qaldı. Yəni insan həyatı yaşayanlar da. Dünyanı, həyatı, insanları sevərək yaşayanlar da tükənmədi. Yaxınlarıyla, ətrafla, bütün dünya insanları ilə dostluq etmək istəyən, xeyirxah əməllərlə məşğul olan, sevgini baş tacı edən, irqi, dini, milli ayrı-seçkiliyə yol vermədən, yalnız insan olduğu üçün onları sevən insanlar hələ də var, olacaq. Hansı təbəqə azdır, hansı çox, söyləmək çətindi, amma bəzən yaxşılar daha az kimi görünür. Olsun, yetər ki, tükənməsin...

İnsanın daim bir-birinə ehtiyacı var. Bu ehtiyac maddiyat üzündəndirsə, ödəndikdən sonra unudula bilər, amma mənəvi ehtiyac ömür boyu tükənməz. Bu, insanın ömürü boyu sürən, davam edən bir istəkdir.

İllər, əsrlər keçsə də, bəzən insan doğulduğu gündən ölümə doğru getdiyinin fərqində belə olmur. Sanki əbədi yaşayacaqmış kimi dörd əllə yapışır bu dünyadan. Yaşadığı dünyanı cəhənnəmə çevirir, insanları əzaba işgəncəyə düçar edir. Son zamanlar dünya çox qarışıb. İnsan ölümünü qarışqa ölümü qədər əhəmiyyətsiz, mənasız sayanalar var.

İndiyə qədər olanlar azmış kimi bir də vahiməli görünüşlü saqqallı, gödək şalvar canilər, insan qəssabları artmağa başladı. Sanki bunların beynini silib, yerini insana qarşı nifrətlə, ölüm hərisliyi ilə, təcavüz hissi ilə... doldurublar. Buna necə nail olurlar, bunun bir çox versiyaları var və maddiyat da ön sırada dayanır. Amma heç bir maddiyat bu qədər vəhşicəsinə insan qətlinə səbəb ola bilməz. Bu işdə tam anlamadığımız daha məchul məsələlər var və bunun dinlə əlaqəsi belə yoxdu. "Allahu Əkbər!" deyib insan başı kəsən vəhşinin dinlə nə işi ola bilər ki?

İnsanlar, xüsusi ilə də türk dünyası çox parçalandı, dinimizi məzhəblər, təriqətlər, axirətini dünya həvəsinə dəyişən "dindarlar"ın rəhbərliyi bərbad günə saldı, elmimizi elmdən bixəbər, haqqı olmadan başqasının yerində əyləşənlər, təhsilimizi millətin gələcəyini deyil, şəxsi maraqlarını düşünənlər, səhiyyəmizi doktorçuluq oynayanlar korladı. Təbii ki, bu yalnız bizdə deyil, bütün türk dünyasını əhatə edən bir bəladır və təbii ki, bu özbaşına baş vermədi. Bütün bunların vahid bir idarəetmə mexanizmi tərəfindən müsəlman dünyasına qarşı yönəldiyi artıq hər kəsə məlumdu.

Lap ilk gündəki kimi, hələ yalnız ikisinin yarandığı zamandakı kimi, indi də insan bir-birinə möhtacdır.

Bu gün türk dünyasının, Turan elinin bir-birinə daha çox ehtiyacı var.Zülmə, qətllərə, dinsizlərə qarşı mübarizədə birləşmək ən qaçılmaz, zəruri ehtiyacımızdır. Parçalayaraq əzmək daha asan olduğundan, çoxdan işə düşmüş bu mexanizm öz məqsədinə yaxınlaşmaqdadır. Artıq bu, insanın insana olan ehtiyacından ötə - ölkələrin bir-birinə ehtiyacıdır və bu ehtiyac təmin olunarsa, yəni türk dünyası birləşərsə, qarşısında durmaq müşkül məsələdir və bunu o "barmaq" sahibləri çox gözəl bilirlər. Təəssüf ki, türkün səbri geniş olur. Amma səbr kasası doldumu, düşməni qarşısında kölə edər. İnşallah bu təskinliklə o günü gözləyirik - türkün yuxudan ayılacağı günü...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK