adalet.az header logo
  • Bakı 20°C

Faiq QİSMƏTOĞLU: GÖY ÜZÜNÜN ADAMLARI

FAİQ QİSMƏTOĞLU
40839 | 2018-12-14 10:44

Dahilərdənkimsə deyib: "On faiz istedad, doxsanfaiz zəhmətdir. Yəni nə qədər istedadlı olsan, əyləşib əlinə qələm götürərək əziyyətəqatlaşıb bir şey ortaya qoya bilmirsənsə, deməli, sən zəhmətkeş deyilsən. Mənim30 ildən çox tanıdığım, qonşuluq, dostluq elədiyim pedaqoq, istedadlıyazıçı-publisist və böyük ziyalı Səməndər Məmmədov da nə qədər istedadlıdırsa, bir o qədər zəhmətkeşziyalıdır. Əgər zəhmətkeş olmasaydı, indiyə kimi bir-birindən maraqlı və rəngarəngon beş kitab qələmə almazdı. Onun hər kitabında, hər yazısında ürək çırpıntılarını Allaha, insanlara,dünyaya, Vətənə olan böyük sevgisini hiss etmək olur.

Uzun illərmaraqlı axtarışlar, araşdırmalar aparıb və axırda da onu kitab şəklində araya-ərsəyə gətirib. Bu yaxınlarda "Elm və Təhsil” nəşriyyatındaçap edilmiş 468 səhifəlik "Faxralılar vətarix yaradanlar” (ikinci kitabı) işıq üzü görüb. Öncədən qeyd edək ki,kitabı nəşrə hazırlayan və redaktoru "Əməkdar mədəniyyət işçisi”,yazıçı-publisist Musa Nəbioğludur. Redaktorun kitabın ilk səhifəsində "Nə qədərki, sağlam və qüvvətlisən, işlə” adlı məqalədən oxuyuruq: "Səməndər Məmmədov! Bu günbu imza onun doğulub boya-başa çatdığı Borçalıyla yanaşı, Azərbaycanda daçoxlarına yaxşı tanışdır. Respublikada tanınan təhsil işçilərindəndir. Uzun illərpaytaxt Bakı şəhərində böyük bir məktəbəbaşçılıq edir. Bununla belə, onutanıdan və sevdirən başqa keyfiyyətlər də var: Azərbaycan YazıçılarBirliyinin üzvü, bir sıra ədəbi mükafatlarınn laureatı, şair-publisist kimi birneçə kitabın müəllifidir. Hər misrasından səmimiyyət yağır, Vətən, torpaq ətrigəlir, insanları halallığa, düzlüyə, sədaqətə, saf məhəbbətə səsləyir...”


Bu sözlərinsəmimiyyətinə Səməndər müəllimi tanıyan heç kim şübhə ilə yanaşmaz. Çünki o,bir tikə çörəyi yarı bölən, tanıdığı və sevdiyi adamların ağır günlərində yanındaolan birincilərdəndi. Sözün həqiqi mənasında o əsl türk oğlu türkdü və qanındanda türk qanı axır. Kökü dərinlərə getməyən adam heç vaxt Borçalıyla bağlı beləbir fundamental, samballı sənət əsəri ortaya qoya bilməzdi.

Kitabdamüəllifin Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri, tanınmış elm və sənətadamları ilə yanaşı, Borçalı əslli ziyalılar haqqında oçerklər və müxtəlifmövzularda yazdığı publisist yazılar yer alıb. Bir-birindən rəngarəng, oxunaqlıvə maraqlı yazıların adlarını bir daha oxucuların diqqətinə çatdırırıq: "Kremləsancılmış Türk bayrağı”, Qayğı müəllimə dayaqdır”, "Azərbaycan Xalq Cümhuriyyətivə təhsil”, "Sərt qayalar əyilməz ki, əyilməz”, "Müəllimlər müəllimi”,"Borçalının bülbülü”, "Böyük söz fatehi”, "Aləm bilir, möcüzədi Zəlimxan”,"Ölüm bilsəydi ki, kimi öldürür, özü ölərdi xəcalətindən”, "Ocaqdı Şamilim, pirdiŞamilim”, "Kim desə ki, söz qocalır, söz ölür”, "Nur şəhərinin nur oğlu”,"Yanar ürək”, "Verdiyi salama, kəsdiyi çörəyə sadiq insan”, "Dolu ziyalı”... Bucür bir-birindən maraqlı, gözəl yazıların adını yenə çəkə bilərik. Düşünürükki, həm adını çəkdiyimiz, həm də adını çəkmədiyimizbütün oçerklər, zarisovkalar və məqalələr Səməndər Məmmədovun qələmindənsüzülüb gəlib. Bulağın suyu necə təmizdirsə, onun da qələmə aldığı hər bir yazıbulaq suyu kimidir; insanın ürəyinə güc, dizinə təpər, gözünə işıq gətirir!

Onun qələməaldığı portret oçerklərin qəhrəmanları mən cəsarətlə deyərdim ki, göy üzününadamlarıdı. Ulu Öndər Heydər Əliyev göy üzünün adamıdı... Böyük yazıçı Mir CəlalPaşayev göy üzünün adamıdı... Məmməd Araz göy üzünün adamıdı... Zəlimxan Yaqubgöü üzünün adamıdı... Professor, sabiq millət vəkili Şamil Qurbanov və CamalMustafayev göy üzünün adamıdı...

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "Kremlə sancılmışTürk bayrağı” oçerkini heç vaxt həyəcansız oxumaq mümkün deyil. İnanmırsınız,aşağıdakı abzasa diqqət yetirin: "... Heydər Əliyev Moskvadan Azərbaycana dönüşündəməşhur gürcü jurnalistlərdən biri onunla apardığı müsahibəyə belə bir sərlöhvə qoymuşdu: "Odlar Yurdu pələnginin biləkləri hələ bükülməmişdir”. Çox uğurlubaşlıq idi. Bütün sonrakı hadisələr, Ulu Öndərin fəaliyyəti, ölkəmizin inkişafınaminə gördüyü işlər sübut etdi ki, Heydər Əlirza oğlu Əliyev bükülməz biləkliçox böyük şəxsiyyətdir. Elə bir adam yoxdur ki, bu həqiqəti birmənalı qəbul etməsin.Bir dəfə professor Qulu Xəlilov televiziya çıxışlarından birində belə birmüdrik kəlamı xatırlatdı ki, mən böyük ağıl qarşısında baş əyirəm, böyük ürəkqarşısında isə diz çökürəm. Heydər Əliyev böyük ağıl və böyük ürək sahibi idi”.

Yazıçı-publisistSəməndər Məmmədovun bu oçerki Ulu Öndər Heydər Əliyev haqqında qələmə alınmış ən gözəl yazılardan biridir desək,fikrimizdə yanılmarıq.

Səməndərmüəllimin bu kitabda gözəl yazıları çoxdur. Onlardan biri də ona dərs demiş,böyük yazıçı, böyük alim və böyük müəllim Mir Cəlal Paşayevə həsr etdiyi oçerkdir. Oçerk belə adlanır: "Müəllimlər müəllimi”.Bu yazının da bəzi məqamlarını sevimli oxusuların nəzərinə çatdırırıq: "... Hələsağlığlnda ikən klassikləşən bu böyük şəxsiyyəti və görkəmli yazıçını təbii ki, mən də hələ ortaməktəb illərindən tanıyır, əsərlərini sevə-sevə oxuyurdum. O vaxtlar bəlkə heçağlıma da gəlməzdi ki, zaman gələcək və mən bu canlı klassikdən elm öyrənəcək,həyat dərsi alacağam. Universitetdə bizə dərs dediyi ilk günlərdən isə bir şəxsiyyətkimi gözlərimdə daha da böyüdü. Və mən bir daha əmin oldum ki, "Bir gəncinmanifesti” kimi əsər məhz Mir Cəlal qələmindın çıxa bilərdi. Millət sevgisindən,el-obaya, adət-ənənəyə, kökə bağlılıqdan qaynaqlanan və bu gün də dədə sözükimi işlənən "İtə ataram, yada satmaram” kəlmələrini öz qəhrəmanının diliyləMir Cəlal kimi millət, Vətən təəssübü çəkən böyük ziyalı deyə bilərdi...”.

Düşünürəmki, yeni çapdan çıxmış kitabı vərəqləyəndı hər bir oxucu özünün istədiyi məqamlarlaüzləşəcək. Yazımı istedadlı yazıçı və Səməndər müəllimin tələbə dostu Əlabbasınqələmə aldığı "Üç qalan roman” məqaləsinin son abzası ilə bitirmək istəyirəm:"... Kişi kimi tanıdığım, 45 ilin məsləkdaşı olan canlara dəyən dost Səməndərinbu qədər od-ocaq təəssübkeşi olduğuna qətiyyən təəccüblənmirəm. Konkrek fakt, dəlil və arqumentlərlə sistemli şəkildə təqdimetdiyi müxtəlif sənət, peşə və vəzifə sahibi olan insanları, yəni öz qəhrəmanlarını urvatlı etmək istəyi küll halında qədirbilənliyinədəbi-estetik dərginə xidmət edir. Nəticə isə ondan da qanunauyğudu:"Faxralılar” bu kənddən olanların vizit kartıdı...”.


TƏQVİM / ARXİV