adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Yanvar 2019 16:02
113089
MÜSAHİBƏ
A- A+

Vidadi Həsənov YUĞ-dan çıxarılan aktyor barədə: "Bunlar hamısı boş şeylərdir"

Rejissor Sahib Ağazadənin YUĞ-dan uzaqlaşdırılmasına teatrın əməkdaşı Məmməd Səfa bəy etiraz etsə də, teatrın digər əməkdaşı Vidadi Həsənov heç bir mövqe ortaya qoymayıb.

Adalet.az saytı olaraq məsələ ilə bağlı Vidadi Həsənova saul ünvanladıq.

- Vidadi bəy, Sahib Ağazadənin YUĞ teatrından uzaqlaşdırılmasına teatrın aktyorlarından biri xalq artisti Məmməd Səfa bəy və digər aktyorlardan da bəziləri etiraz edib. Amma bu müddət ərzində sizdən heç bir reaksiya görmədik. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu məsələ ilə bağlı heç bir reaksiya verməyəcəyəm. Çünki bu mənə aid məsələ deyil. Bu teatrın içində olan inzibati bir məsələdir. Bununla bağlı qıraq-bucaqda ajiotaj yaradırlar, düşünürəm ki, bunlar hamısı boş şeylərdir.

- O zaman belə çıxır ki, teatrın içində qarşıdurma var, bu belədirmi?

- Siz ən yaxşısı teatrın baş rejissoruna zəng edin. Məsələnin kökünü bilmirsiniz deyə, bizdən hansısa bir reaksiya gözləyirsiniz. Əsas məsələ bu hadisə ilə bağlı reaksiya vermək yox, insanların bu məsələnin kökünə gedib çıxmağını gözləməkdir. O zaman hamı öz işini biləcək .