adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Məktub vacibətən-müraciətdi! - Eminquey yazır

EMİNQUEY AKİF
43632 | 2019-01-22 19:02

Şuluqluqeləyəndə atam neçə günlərlə cib xərcliyimi kəsərdi. Çox hirslənirdim atama. Yaxşı variant tapmışdım. Axşamevə gələndə yemək süfrəsinə gəlmirdim, küsüb otururdum otağımda. Ha çağır, hadümsüklə, məni otaqdan çıxara bilməzdilər. Əslində məktəbdə evdən qoyulanyeməyi gec yeyərdim ki, axşam acmayım. Bir gün, iki gün, üç gün beləcə. Atamıntükü də tərpənməzdi. Daha da əsəbiləşib məni döysün deyə şərait yaradardım.Anam da gəlib ala bilməzdi əlindən. Bir gün, iki gün, üçgün... Şillə-şapalaq nə məni kiridərdi, nə də atamınhirsini soyudardı. Zalımın balası, elə bil döymək üzrə, cəza vermək üzrə təlimkeşmişdi.

Gördüm ki,belə alınmır, bu yumşalmayacaq. Anama yalvardım. Ki, danışsın, bəlkə ürəyiyumşala. Bufetdəki qızlara cibimdəki qəpik-quruşla kişilənmək olmur axı. Anamdedi ki, sən bir vərəq götür, üzr məktubu yaz. Atanı şirin sözlərlə tovla.Məktubu atana çatdırıb yanağından da öpərəm, yumşalar.

Məktubyazdım ki, sən mənim qəşəng atamsan. Döy məni, tək ayaq üstündə durum, amma cibxərcliyimi kəsmə. Burda meyxanaçı Vüqarın "ata, sən özün cavanolmamısanmı?" mahnısı sözümü kəsir. Məni qızların, uşaqların yanında pərteləmə. Axı mən sənin şirin Emişqulun!

Mamaməktubumu mən dərsdə olanda atama çatdırıbmış. Ta bilmirəm, yanağından öpdü, nəoldu, axşam yemək vaxtı yetişdi. Atam otağıma gəldi.

- Duryeməyə! Zırrama!

- Acdeyiləm.

- Dur!Döyməyim də səni!

- Eee,istəmirəm.

Qollarımıdüyünləyib başımı da qoymuşam qollarımın üstünə. Mısmırıq! Bir də gördüm, ikiməmməd pulu düyünlədiyim qolun altından gözümə dürtür.

- Al,sabahkı cib xərcliyin! Gəl yeməyə! Yemişqulu!

Atambeləcə məni fəndə salardı. Yəni məni hay-küyümə, aclığıma görə yox, məktubumagörə bağışlayardı.

P.S Deməm o ki, məktub vacibətən-müraciətdi!

TƏQVİM / ARXİV