adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ÖLÜM MƏLƏYİ

FAİQ QİSMƏTOĞLU
45500 | 2019-03-01 11:59

... Biz çox şeydən qorxuruq və qorxmağımız heç də yaxşı deyil. Dünyadatəkcə Allahdan savayı kimsədən qorxmaq olmaz. Allahı da qorxmaqdan çox sevmək lazımdır.Çünki sevgiylə yaşanan məhəbbət daha böyük və uzun ömürlü olur. O yerdə ki, Allahasevgi var, o yerdə ki, insan Ulu Yaradana sığınır, orda həmişə haqq-ədalət və vicdan öndə olur...

... Ölümü də sevmək olar. Elə sevmək olar ki, onun gəlişiylə gedişinihiss eləməzsən. Əgər ölümü sevsən və bir gün o ölüm sənin qapını döysə, onu sevinə-sevinə,gülə-gülə qarşılayarsan. Ölümü hər adam sevməyi bacarmaz. Baş kəsib qan tökən zalımvə zülmkar insanlar ölümdən çox qorxarlar. Onlar ölümdən qorxarlar və elə təsəvvüredərlər ki, heç vaxt ölməyəcəklər. Əllərinə fürsət düşən kimi başqasına zülm eləyər,haqqına girər və hətta onun qanını içməyə belə hazır olar. Belələri o dünyaya inanmazvə hər şeyin bu dünyada olduğunu düşünərlər. Və bir də zalım və zülmkar insanlarözlərindən savayı heç kimi düşünməzlər...

İnsanın başına nə gəlirsə ya tamahından, ya da cahilliyindən gəlir. Tamahıiti və cahil insanlar harda bir işıq gördü, harda bir ruzi gördü, ora birinci başvurarlar. Və baş vuran kimi də elə özlərini düşünərlər, nə var hamısını qamarlayıbyeyərlər. Gözləri doymaz, bir az da nə varsa ehtiyat üçün yığarlar. Bir adamın nəqədər evi-eşiyi, pulu, qızılı olar? Dünyanın ən varlı adamları belə o varla, dövlətlə,ev-eşiklə, qızılla, gümüşlə onların başının üstünü kəsdirən ölümün qarşısını alabilmirlər. Ölümün ki, vaxtı gəldi, harda olsa göyün yeddinci qatı, yerin dibinəbelə çöksən gəlib səni tapacaq.

Allah-Təala hər insana rahat və xoşbəxt ölüm bəxş eləmir. Adam var ki,öləndə it kimi ulaya-ulaya ölüb. Adam da var ki, bir anın içində ağrısız-acısızAllahın dərgahına qovuşub. Biz hamımız rəbbimizdən gözəl ölüm arzulayırıq. Gözəlölümü isə Ulu Yaradan ancaq əməli-saleh insanlara nəsib eləyir. Və kimin də əməli-saleholub-olmamasını Allah-Təaladan başqa heç kəs bilən deyil. Ulu Yaradan kimin hansıəməl sahibi, ürək yiyəsi olduğunu onun sahibindən də gözəl bilir. Kimi dindirsəndeyəcək ki, məndən yaxşı adam, məndən xeyirxah insan yoxdur. Hətta baş kəsib qantökən və zülmkarlıq eləyən adam da özünü haqlı sayır. Əməlini onunla izah edir ki,mən düz eləmişəm, o adam ölümə layiq idi, onu da öldürmüşəm. Hansı ki, Allahın yaratdığınıondan savayı heç kəs öldürməməlidir. Allah onu yaratdığı kimi, bir gün də öz dərgahınaaparır...

Mənim çox zəhmətkeş, halal və ömrü boyu alın təriylə yaşamış qayınatamvardı – rəhmətlik Nəbi kişi. O nə qeybəti sevərdi, nə də kiminsə haqqına girməyi.Və həmişə də hər açılan səhərə görə şükür eləyərdi. Bu kişinin 34 yaşlı oğlu HilalRusiyada göldə çimərkən boğulub ölür. Onun meytini rayona gətirirlər, kişi arvadınıvə qızlarını ağlamağa qoymur. Deyir ki, Allaha min şükür, onun meyitini gətiribkəndə çıxardılar. Bu adam bayaq dediyimiz kimi, hər gününə, hər anına şükür eləyənadam olub.

... Səhər-səhər yuxudan qalxır, namaz qılır, həyətdəki bağını gəzir vəoğluna deyir ki, mən bir saatdan sonra öləcəm. Ona görə də heç kəs narahat olmasın.Və qızlarıma da hay-küylə xəbər verməyin. Oğlu Etibar döşəyi yerə salır, yastıqqoyur və kişi uzanır döşəyin üstünə. Ağzındakı protez dişlərini də çıxarır. Uzanmağıilə Allahın dərgahına qovuşmağı bir olur. Özü də əvvəlcədən oğluna deyir ki, əllərimi,ayaqlarımı bir yerə yığarsan, sonra məni düzəldəndə çətinlik çəkməyəsiniz. Oğluda onun dediklərini eləyir. Bax, bu Allahın Nəbi kişiyə qismət elədiyi gözəl birölümdür. O, Allahı sevirdi və Allahın göndərdiyi ölümü də sevgiylə qarşılayırdı.Bu cür ölümü Allah-Təala əməli-saleh insanlara qismət eləyir...

Biz insanların ən böyük günahlarından biri naşükür olmağımızdı. Yəni kefimizinkök vaxtında, işlərimizin rahat getdiyi məqamlarda, yaxşı pul qazandığımız anlardaAllahı yada salmırıq və naşükürlük edirik. Elə ki, çətinə düşürük, dərddən boğuluruq,bax, onda Allahı köməyə çağırırıq. Allahı biz yaxşı günlərimizdə xatırlamalıyıq.O ruzini, o bərəkəti verdiyinə görə, ona şükür eləməliyik. Biz nə eləyirik?! Bizisə şeytanın yoluyla gedirik. Birinə pislik eləyirik, birinin qanını itin qanınadöndəririk, birinin torbasını tikirik, birinin də qeybətini eləyirik. Tay bilmirikki, belə-belə işlərlə biz o adama yox, eləözümüzə quyu qazırıq. Yəni özgəsinə qazdığımız quyuya elə özümüz də düşürük...

Biz təkcə Allahı, Vətəni, övladlarımızı, əzizlərimizi sevməli deyilik.Biz həm də nə vaxtsa başımızın üstünü kəsdirəcək ölüm mələyini də sevməliyik. Vəo ölüm mələyini sevə-sevə gözləməliyik. Böyük Ramiz Rövşənin çox gözəl bir şeirivar: "Şükür”. Elə həmin şeirin üç bəndilə də yazımıza nöqtə qoymaq istəyirik. Qoynaşükürlük eləyən, Allahdan qorxmayan və ölümü sevməyən insanlar bundan nəticə çıxarsınlar.Bizimki deməkdi, yada salmaqdı. Qalanları insanların öz işləridir. Tay biz onlarayol göstərə bilmərik:

Şükür hər ötən axşama,

Hər gələn sabaha şükür.

Şükür çiynimdə başıma,

Başımda papağa şükür.


Qapım döyülür deyəsən,

Cəlladmısan, əcəlmisən?!.

Hər kimsənsə, xoş gəlmisən,

Hər gələn qonağa şükür.


Buyur, boynumu baltala!..

Getsəm də torpaq altına,

Yenə də, lənət şeytana,

Yenə də, Allaha şükür!..

TƏQVİM / ARXİV