SON DƏQİQƏ:

XOCALININ ARDINDAN

  45450   |  
Şriftin ölçüsü  
"Mən belə dünyanın..."

Xocalı soyqırımı həftəsində yazmaq istəmədim, bilərəkdən yazmadım, çünki fevralın son həftəsi mənim üçün ömrümün ən ağrılı dövrüdür. TRT adına çəkdiyimiz film üçün müsahibələr götürərkən atası gözünün qabağında yandırılaraq şəhid edilən 12 yaşlı Xəzangülün danışa bilməyib gözlərindən ələnən yaşın üzündə buraxdığı izin ürəyimdə açdığı yaranın, Cümhuriyyət Xəstəxanasında iki qızıyla qalan bəstəboylu türk anasının "Bizi oğullarım o gecə evdən çıxarıb meşəyə kimi döyüşə-döyüşə apardılar. Qızlarımı yolladım, mən bir ağacın arxasına gizlənib oğullarımın yağılarla döyüşünü izlədim. Böyük oğlum vurulub şəhid oldu. Kiçik oğlumda pulemyot vardı, gülləsi qurtarana kimi qəhrəmanca döyüşdü, ermənilərə nə divan tutdu onun şahidi oldum. Onun da gülləsi qurtardı və ermənilər gəlib mühasirəyə saldılar, lakin yaxınlaşa bilmədilər, yaxınlaşanı vurub torpağa yapışdırırdı, axırda ayaqlarından güllələyib saldılar və yorulana qədər ona işgəncə etdilər, sonra da başını kəsdilər. Onda ağlamadım, ağlaya bilmədim. Oğullarım vətənə qurban oldular və ölmədən qisaslarını aldılar..." deyərək göstərdiyi mətanətin və şəhid anası olmağın gözlərində əks etmiş vüqarının, yenə 13 yaşlı Məhəmmədin "Qaçarkən ermənilərin gülləsi ayaqlarımızın arasından yerə dəyib vıyıldayırdı. Əmi, onda mən qorxu duymadım, sadəcə olaraq geridə qalanları fikirləşirdim..." deyərək uşaq olsa da olum-ölüm ayağında belə xalqını düşündüyünün şahidi olmuşdum. Onlar məni yazmağa qoymadı. Yazsaydım bəlkə də istəməyərək də olsa Türkiyə türkcəsi ilə demişkən "zülf-ü yara" toxuna bilərdim...
İndi isə qaysaq bağlamış yaramın qabığına əl vurmadan bəzi məqamları sadalamaq istəyirəm.
27 fevral günü idi. Ankarada işdən gəlib evdə xəbərlərə baxırdım. Xocalıda soyqırımı olduğu anons edildi. Olayla bağlı xəbərlər səsləndirilməyə, çəkilən kadrlar göstərilməyə başlandı. Olayın vahiməsi məni çulğamış eləcə quruyub qalmış halda ekrana baxırdım. Birdən bir hönkürtü səsi duydum, döndüyümdə 13 yaşlı oğlum Eldar Avşinin qapıda dayanıb hönkürtüylə ağladığını gördüm. İki gözü iki çeşmə ağlayırdı. Ağlaya-ağlaya;
- "Baba bizimkilər erməniləri niyə öldürmür, belə qırılırlar?"
Mənəvi dünyasında yaranmış zəlzələnin izləri sifətində bütün cizgiləriylə görünürdü.
Donub qalmışdım. Ona nə cür və hansı cavabı verə bilərdim? Süstləşmiş kimiydim. Bir anlıq sükutdan sonra;
-Bala, silahları yoxdur ona görə qırılırlar...
-Bəs biz niyə onlara silah vermirik!..
-Oğul, erməniləri qoruyanlara zorumuz çatmadığından verə bilmirik, böyüyəndə bunu başa düşərsən...
-Belə dövlətin .....
Deyərək qəliz bir söyüş söydü və qayıdıb getdi. O vaxta kimi onun ağzından kiçicik də olsa hər-hansı nalayiq sözü eşitməmişdim və indiyə kimi də eşitməmişəm.
Bəli, Türkiyə o vaxt Xocalı Soyqırımına mane ola bilmədi. Ermənilərin arxasında Rusiya vardı, başda Fransa, ABŞ, İngiltərə və digər qansoran imperialistlər vardı. Hətta din qardaşımız (???) İran da onların tərəfini saxlayırdı. Türkiyənin gücü bu soyqırıma mane ola bilmədi, bilməzdi də...
Çünki:
Türkiyə Cümhuriyyətini yaradan Atatürk 1933-cü ildə Türkiyə Böyük Millət Məclisinin açılışında çıxış edərkən bunları deyərək özündən sonra dövləti idarə edəcək rəhbərlərə bir növ vəsiyyət eləmişdi:
"Bu gün Sovetlər Birliyi dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız vardır, lakin sabah nələr olacağını heç kəs indidən bilə bilməz. Eynilə Osmanlı kimi, Avstriya-Macarıstan kimi parçalana bilər, dağıla bilər. Bu gün əlində möhkəm-möhkəm tutduğu millətlər ovcundan xilas olub gedə bilər. Dünyada yeni bir tarazlıq yarana bilər. Bax o vaxt Türkiyə nə edəcəyini bilməlidir... Bizim bu dostumuzun idarəsində dili bir, inamı bir, özü bir qardaşlarımız yaşayır. Onlara arxa durmağa hazır olmalıyıq. Hazır olmaq, yalnızca o günü sakitcə oturub gözləmək demək deyildir, hazırlıq görmək gərəkdir. Millətlər buna nə cür hazırlaşır? Dil bir körpüdür... İnam bir körpüdür... Tarix bir körpüdür...
Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütövləşməliyik. Onların bizə yaxınlaşmasını gözləyə bilmərik. Biz onlara yaxınlaşmalıyıq..."
Əgər Atatürkdən sonra gələn dövlət rəhbərləri, siyasətçilər onun vəsiyyətinə əməl etsəydi erməni o soyqırımı törətməyə yönələ bilməzdi. Bu arzu ürəyini yandırıb külə döndərsə də edə bilməzdi...
Bəli, tarix ondan dərs alınarsa tarixdir, dərs alınmazsa sadəcə olaraq nağıldan ibarət olar.
Gəlin papağımızı qabağımıza qoyub fikirləşək... Azərbaycanın əsarətdən qurtularaq öz müstəqilliyini əldə etməsinin üstündən hardasa otuz ilə yaxın bir zaman keçib. Bu on illərdə Türkiyə və Azərbaycan bir-birinə yaxınlaşmada nə qədər yol gedib və bu yol bizi qane edirmi?
Şəxsən bu tısbağa sürəti məni qane etmir dədə, etmir, vəssalam!..

Seyfəddin Altaylı,
Ankara,

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK