adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Əməkdar artist “Qarabağ şikəstəsi”nin sözlərini dəyişdi

ETİBAR CƏBRAYILOĞLU
56483 | 2019-04-08 12:01

Elnur Zeynalov: "Qarabağın işğalına göz yuman,ikili standartlar nümayiş etdirən, yurdumun viran qalmasına şərait yaradan dünyaictimaiyyətinə bir etiraz səsimdir”

Tanınmış xanəndə, Əməkdar artist, Akademik Opera vəBalet Teatrının solisti kimi bu teatrın səhnəsində Məcnun, Qərib, Kərəmobrazlarını istedadla yaradan Elnur Zeynalov daim axtarışdadır. Qalmaqallardan,sənətdəki çəkişmələrdən həmişə uzaq olan xanəndə muğamlar, xalq və bəstəkarmahnıları üzərində çalışır, konsertlər verir, dövlət tədbirlərində çıxış edir,ustadlarından mənimsədiklərini gənc pedaqoq kimi Bakı Musiqi Kollecindəki tələbələrinəöyrədir.

Elnur Zeynalov bu günlərdə maraqlı bir yeniliyəimza atıb, "Qarabağ şikəstəsi”nin mətnində müəyyən dəyişiklik edərək ifa edib.Müsahibimin fikrincə, hər bir sənət adamının həm də vətəndaş mövqeyi olmalıdır.Mətndəki yeni redaktə doğma yurdu Qarabağın erməni işğalına biganəlik göstərəndünya ictimaiyyətinə onun bir etirazıdır.

- İstərdim söhbətə "Qarabağ şikəstəsi”nə etdiyinizdüzəlişdən başlayaq...

- Qarabağ hər birimizin yaralı yeridir. Dədə-babatorpağımın, doğulduğum Ağdamın erməni işğalçılarının tapdağı altında qalması ürəyimigöynədir. Səhnədə, telekanallarda, radio efirlərində çıxışlar zamanı qəlbiminağrılarını tamaşaçılara, dinləyicilərə çatdırmağa çalışıram. Amma hər dəfə hissedirdim ki, nəsə çatmır, daha nələrsə etmək lazımdır. Yaxın bir dostumla bu barədəçoxdan idi düşünürdük, nəhayət qərara gəldik və "Qarabağ şikəstəsi”nin mətninədüzəliş elədik.

Sənət bilicilərinə məlumdur ki, "Qarabağ şikəstəsi”xanəndəlik sənətimizdə şikəstənin iki növündən biridir və XIX əsrdən başlayaraqzərb muğam kimi ifa edilir. Xalq bayatılarından alınan sözlərində sevgi iləyanaşı iztirab, ağrı-acılar əks olunub.


Məhz buna görə də "Qarabağ şikəstəsi”nin üzərindədayandıq. Tamaşaçı və dinləyicilər klassik sənətkarlarımızın, müasir xanəndələrimizinifasında həmişə aşağıdakı variantı eşidiblər:

Əzizinəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Mənim yeni ifamda isə mətn belədir:

Əzizinəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Aləm cənnətə döndü,

Viran qaldı Qarabağ.

Bu, dövlətimizin,xalqımızın sənətlə məşğul olan bir vətəndaşı, Qarabağlı övladı kimi

ürəyimdən keçənlərdir. Qarabağın işğalına gözyuman, ikili standartlar nümayiş etdirən, yurdumun qalmasına şərait yaradandünya ictimaiyyətinə bir etiraz səsimdir.

Sonrakı iki kupletin sözlərini isə şair dostumSayman Aruz qələmə aldı:

Əzizinəm Qarabağ,

Qara torpaq, qara bağ.

Bülbüllər köçən gündən,

Viran qaldı Qarabağ.

Əzizinəm ağrı var,

Sinəmizdə ağrı var.

Sağ tərəfdə Savalan,

Sol tərəfdə Ağrı var.

Haray, haray, Göyçə göllü

Göz yaşım haray...

- Klassik sənətdə, muğamda hər hansı bir yenilikbirmənalı qarşılanmır. Sizin etdiyiniz dəyişiklik də yəqin ki, qınağa tuş gələcək,tənqid olunacaq. Bu cür reaksiyalara hazırmısınız?

- Tənqid deyəndə ki, kim nə istəyir deyə bilər,indi bunun üçün hər cür şərait də var. Lakin bir məsələni qeyd edim ki, mən"Qarabağ şikəstəsi”nin musiqisinə hansısa dəyişiklik etməmişəm, mətninə əl gəzdirmişəm.Söhbətimizin əvvəlində dediyim kimi, bunu da əsaslandırıram və hesab edirəm ki,arqumentim əsaslıdır. Bu gün bəzi telekanallarda, radiolarda bayağılıq baş alıbgedir, bilmirsən oxuduqları meyxanadır, ya da mahnıdır? Hər gün insanlarınzövqünü korlayır, mənəviyyatına zərbə vurmağa çalışırlar. Mənə etiraz etmək istəyənlərbu barədə düşünsələr daha doğru olar.

Ermənistan bəzi dövlətlərə, beynəlxalq təşkilatlaraarxayın olub doğma vətənim Qarabağı viran qoyur, buna etiraz etməməliyəm? Mənxanəndəyəm, siyasətçi deyiləm, amma sənətimin verdiyi imkanlardan istifadə edibetirazımı çatdırmaq istəyirəm.

- Qarabağın azad olunacağına inanırsınızmı?

- Əlbəttə! İnanmasam bir gün də oxuya bilmərəm. Azərbaycanınnecə bir qüvvətli dövlətə çevrildiyi göz qabağındadır. Sabitlik, inkişaf hər kəsdəsabaha inam oyadır. Bu günlərdə "Aprel zəfəri”nin ildönümünü qeyd elədik, həminhadisələrdə ordumuz öz gücünü, qətiyyətini düşmənə, onun havadarlarına da necəlazımdırsa elə də göstərdi. Dövlətimin gücünə və Ali Baş komandanıma inanıram.Əminəm ki, bizim belə qələbələrimiz hələ çox olacaq.

- "Qarabağ şikəstəsi”nin yeni variantda klipiolacaqmı?

- Vallah, dəqiq hələ heç nə deyə bilmirəm. Nəsəyeni bir şey oxuyanda heç zaman əvvəldən düşünmürəm ki, klip olsun, konsertedim, nə bilim, sonra nələr edim... Bütün bunları zamanınixtiyarına buraxıram.

- Akademik Opera və Balet Teatrının solistisiniz, şərəflitarixi olan bu kollektivdə çalışan hər bir gənc xanəndənin ən böyük arzusu"Leyli və Məcnun”da Məcnunu oynamaqdır. Sizə Məcnunu, "Aşıq Qərib”də Qəribi,"Əsli və Kərəm”də Kərəmi yaratmaq nəsib olub. Teatrda həyata keçməyən hansısabir arzunuz varmı?

- Bu böyük sənət ocağına işə qəbul olunduğum gündən10 il keçir. İlk rolum Məcnunun atası olub. Teatrın direktoru Akif Məlikova,baş rejissorumuz Hafiz Quliyevə çox minnətdaram ki, mənə inandılar. ZülfüqarHacıbəyovun "Aşıq Qərib” operası yeni quruluşda hazırlananda mənə Qərib rolunuverdilər. Sonra isə mənə daha bir məsuliyyətli obraz həvalə edildi- Kərəmioynadım. Məlum olduğu kimi, Üzeyir bəyin "Əsli və Kərəm” operası sonuncu dəfə1988-ci ildə teatrın səhnəsində tamaşaya qoyulmuşdu. 23 illik fasilədən sonrateatrın rəhbərliyi yenidən bu əsərə müraciət etdi və Kərəmi oynamaq mənə qismətoldu. Kərəm rolundan sonra görünür mənə olan inam daha da artdı və "Leyli və Məcnun”daMəcnun obrazı etibar edildi. 6 ay çəkən gərgin məşqlərdən sonra Məcnun kimi səhnəyəçıxdım. Bu uğurda mənə dəstək olan teatrımızın rəhbərliyinə, kollektivin hərbir üzvünə, tərəf müqabilim, Əməkdar artist Arzu Əliyevaya, məsləhətlərini əsirgəməyənustadlarıma bir daha minnətdarlığımı bildirirəm.

Sualınızın cavabına gəlincə, baş rolları oynamaq hələsənətin zirvəsini fəth etmək anlamına gəlmir. Hələ üzərimdə çox çalışmalıyam,öyrənməliyəm.

- VII Muğam Televiziya Müsabiqəsi keçirilir və həmişəkikimi böyük maraqla izlənilir? Favoritiniz varmı?

- Muğam Televiziya Müsabiqəsi yarandığı gündən həqiqətəndə ciddi bir sənət yarışmasına, əsl mədəniyyət hadisəsinə çevrilib. Belə birmüsabiqə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentiMehriban xanım Əliyevanın muğama, musiqimizə necə böyük diqqət və qayğı iləyanaşdığının göstəricisidir. Budəfəki yarışmanı da izləyirəm, diqqətimi çəkən gəncifaçılar var. Amma favorit kimi kimlərisə ayırmaq hələ tezdir məncə, çünkimüsabiqə yeni başlayıb, ola bilsin gənc ifaçılardan bəziləri hələ özpotensiallarını tam göstərməyə imkan tapmayıblar. İnanıram ki, sonda ənistedadlıları qalib gələcək.

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV