GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə satıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın, mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz, gəlin bir az söhbət eləyək, sınamışam, mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb, başıalovlu kimi bizə yaxınlaşıb...