adalet.az header logo
  • Bakı 12°C

DAĞ VAR, "DAĞ" VAR...

FƏRİDƏ RƏHİMLİ
47404 | 2013-04-27 00:45

Kimsə qadirolduğu imkandan artıq, böyük - böyük danışanda ironiya ilə "elə bil alçaqdağları bu yaradıb!" deyirlər. Bu söhbətdən belə nəticə çıxarmaq olurduki, yəni, dağı yaratmaq insan gücü səviyyəsində deyil. Hələ onda da alçağını. Olsa-olsa, dağı çapmaq, yarmaqolar. O da hər kəsə nəsib olan iş deyil, "Fərhad və Şirin"dəkiFərhaddan başqa! Və bunu da ancaq onun kimi dəlicəsinə sevənlər sevdiyi üçünedə bilərdi. Sevənlər də ki, indi facebookda elçi düşüb, "yox"cavabını alan kimi yeni ünvan axtardığından dağ çapmağa ehtiyac qalmır.

Bir də dağı dinamitlə partladıb, yol, suçəkmək haqda bilirdim. Amma son dövrlərdə gördüyüm hadisələr hələ çox şeylərdənxəbərsiz olduğumu göstərdi. Sən demə, nəinki dağ çapmaq, hətta o dağın özünü dəyaratmaq olarmış...

Son illərşəhərimizin bəzi ərazilərində, xüsusilə yol kənarlarında "dağyaratma" əməliyyatı başlayıb. Yaşayış yerləri ilə yol arasında,mağazaların, benzindoldurma məntəqələrinin qarşısında, bir sözlə, yol kənarındaboş qalan bütün sahələrə sözün həqiqi mənasında dağ çəkilir!

İritonnajlı yük maşınları aylarla bu sahələrdə tıxac yaradaraq torpaq daşımaqlaməşğul olurlar. Sonra başqa iri texnikalar gələrək bu torpağı yaymağa,tapdalamağa başlayır. Üst-üstə tökülən torpaqlardan yaranan süni təpələrinüstünə otlar əkilir. Otların ortası da müxtəlif formada, ölçüdə ağaclarla, uşaqoyuncağını xatırladan cürbəcür fiqurlar, butalar, rəngbərəng işıqlarlabəzədilir. Hər tərəfə iri güllərlə yazılmış şüarlar, aid olduğu rayonun adıyazılaraq sanki sərhədlər bildirilir. Heç Almaniya Federativ Respublikası iləAlmaniya Demokratik Respulikası birləşməmişdən əvvəl aralarında belə ayırıcıişarələr yox idi!

İlk vaxtlar bu mənzərə gözə xoş görünsə də,sayı artdıqca, süni görünüşü ilə zövqləri korlamağa başladı. Bu yaxınlarda birverilişdə təsadüfən xaricdən gətirilən ağacların qiymətini öyrəndim. Neçə olsayaxşıdı? O dağların təpəsində istiölkələrdən gətirilərək əkilmiş yoluq ağacların birinin qiyməti 500 manatdəyərində imiş! Bu hesabla boyu bir metrdən az, heç kölgəsi, iri yarpaqları daolmayan yüzlərlə dekorativ ağacların təkcə yol kənarındakılarının qiymətimilyonlara bərabərmiş. Üstəlik mənzərə də azərbaycançılıqdan çıxıb, Afrikanı,Braziliyanı, Birləşmiş Ərəb Əmirliyini... xatırladır. Bütün bunların əvəzinəşöhrətli çinarımızı, palıdımızı, qovağımızı, vələsimizi, göyrüşümüzü, şamımızı,küknarımızı unudur, nəslinin kəsilməsinə göz yumuruq. Külli miqdarda maliyyəhesabına yaranan bu süni gözəllikdənsə, ondan qat-qat az xərc və zəhmətçəkməklə yol kənarında əkilən çinar, yaxud şam ağacı daha çox fayda və gözəllikvermiş olmazdımı?

"Yox,əgər varlığa nə darlıq" deyirlərsə, onda sinəsinə bu yeni yaradılandağlardan böyük dağlar vurulmuş, yurd yeri, meşələri, çəmənləri düşmən tapdağıaltında mələr qalan, çinarı, meşəsi, dağları, çayları üçün ciyərləri kababolan, sayda bir milyondan artıq deyilsə də, məskunlaşdığı yerdə üç o qədərartan qaçqınlarımızın problemini həll etmək olmazmı bu pullarla? Yaxud SalamQədirzadənin təbirincə desəm,"ev" dərdindən "lənməyən" gənclərimizə ucuz ipotekaxidmətləri, kasıb, amma savadlı tələbələr üçün güzəştlər, uşaq evlərindəböyüyüb, on səkkiz yaşından sonra küçəyə atılan sabahı naməlum (əslində məlum!)gənclər, küçələrdə kimsəsiz, diləndirilən uşaqlar üçün sərf etmək olmazmı. Hansı daha faydalı olar-süni dağmı, yoxsa xeyriyyəçilikmi?

Nədənsə bizhəmişə başqalarına bənzəmək, başqaları kimi danışmaq, geyinmək, bir sözlə,həmişə kənardan nümunə götürmək istəyirik. Bu məsələ o qədər qanımıza işləyibki, hətta ən yüksək səviyyədə hər hansı məsələ barədə açıqlama verənməmurlarımız da kəlməbaşı Avropa standartlarını misal çəkməyi özlərinə sankiborc bilirlər. Geyimimiz millilikdən çıxdı, adət - ənənəmiz avropalaşdı,dilimiz, hətta qanımız qarışdı, indi də təbiətimiz xariciləşməyə başlayıb.Artıq Azərbaycana gələn hansı ölkədə olduğunu ayırd edə bilməyəcək. Çünki bizhər tərəfə meyil salmaqla çaş qalmaq təhlükəsi qarşısındayıq. Ən yaxşısı, eləözümüz olmaqdı.

Dağ mövzusunu kifayət qədər şaxələmək,genişləndirmək mümükündür. Onun coğrafi və mənəvi anlamları bu gün bir-birinə oqədər qarışıb ki, o dağların altından təkbaşına qalxmaq mümkün deyil. Bircə yolvar: dağlarımıza söykənib, "dağlardan" sinəmizi xilas etmək!

FəridəRƏHİMLİ

[email protected]

TƏQVİM / ARXİV