adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN

AQİL ABBAS
48421 | 2019-04-19 08:50

Rəşad İlyasovu datanıyıram, efirin simalarından biridi, gözəl də sənətkardı. Rüfət Axundovu da tanıyıram. Estradada öz yeri, özünəməxsussəsi olan sevilən müğənnilərdən biridi. Hər ikisi yumoru olan, zarafatcıl, həm də çox səmimiinsanlardı.

Bəli, kobud, özlərinəvə adlarına yaraşmayan böyük bir səhv ediblər, buna görə dəhər ikisi xəcalət çəkir və üzr istəyiblər, eləcə də cəzalanıblar. Onların tərəfinisaxlamaq fikrində deyiləm. Məsələyə başqa tərəfdən yanaşmaq istəyirəm.

Yadınızdadırsa, UstadƏdalətin də ömrünün sonlarına yaxın bir verilişdə söyüşünü atmışdılar saytlara və sonra da sazı və səsi iliyimizəcən işləmiş bu böyük sənətkarı linç edirdilər.

Sənətkarın həminsöyüşü efirə getməmişdi. Reklam arasında, yənifasilə vaxtı yerindən oynatmışdılar, o da həmin ifadəni dilindən qaçırmışdı.

Həmin kadrları bəs kim yaymışdı? Təbii ki, verilişihazırlayanlar – rejissormu, səs rejissormu,operatormu, day nə bilim hansı namərd. Buxalqın bir sevimli şəxsiyyətini gözdən salmaq məqsədi güdürdü. Təxribatıydı. Özü də təkcəsənətkara qarşı deyil, həm də çalışdıqları kanalaqarşı, onun rəhbərinə qarşı. Bilmirəm, o vaxtkanalın rəhbəri hansısa bir tədbir gördümü? Ola bilər ki, özü öz kanalını izləmir, amma o boyda səs-küydən xəbərsiz ola bilməzdi.


Yaxud Xoşqədəm Hidayətqızı. «Səni axtarıram» verilişidanılmaz faktdır ki, çox yüksək reytinqə malikdi. Belə bir veriliş hazırlamaq o qədər də asan məsələ deyil. Təbiiki, Xoşqədəm Hidayətqızı bu verilişin təkcə ssenari müəllifi, aparıcısı deyil, eynizamanda rejissorudu . Bir rejissor kimi də proqramını daha maraqlıeləmək üçün müxtəlif üsullaraəl atır, bir oyun, bir tamaşa qurur.Bu zaman ürəyi istədiyi kimi alınmayanda hirslənə bilər, ekipini danlaya da bilər, bu danlaq əndazədən dəçıxa bilər. Eləcə də verilişin iştirakçısıilə çəkiliş zamanı xoşagəlməz hallar baş verə bilər. Bunlar hamısıpərdə arxasında olur. Amma pərdə arxasında olan söz-söhbətləri sonradan saytlara,sosial şəbəkələrə atmaq, hətta efirdə göstərmək nə qədər doğrudur? Bu təkcə Xoşqədəm xanımın nüfuzuna xələlgətirmir ey, həm də onu ictimaiyyətinmüzakirəsinə atanlar tərəfindən telekanalabir zərbədi. İnsanların həmin kanallara etibarı itir. Xüsusilə də həmin verilişə gələnlərinetibarını itirir.

İndi də ATV-də Zaurunapardığı «Zaurla Günaydın» proqramında Röya xanımın aparıcının qulağına dediyi xoşagəlməz ifadə atılıbortalığa. Hansı ki o ifadə canlı yayımda getməyib. Özü də doqquz ay bundan əvvəl olub. Və bu gün birdən-birə kimsə, kimsə deyəndə təbii ki, həmin proqramı hazırlayanlardan kimsə, atıbortalığa. Qırhaqırdı.

İndi gərək ATV-nin prezidentibu məsələni araşdırsın, efirə getməyənbir kadrı ictimaiyyətin müzakirəsinə verən əməkdaşını tapsın və ağır da cəzalandırsın.

«Space»nin rəhbərliyi əməkdaşlarınıcəzalandırdı. Yaxşı olar ki, ATV də bu addımı atsın.

Yoxsa belə çıxır ki, özəl telekanalların rəhbərləri öz işçiləri üzərindənəzarəti itiriblər. Bir rəhbər kollektivüzərində nəzarəti itiribsə, əslində istefayagetməlidi.

İndi bəzi telekanalların rəhbərlərinə də bir dərs vermək lazımdı ki, belə hadisələr təkrarlanmasın.


TƏQVİM / ARXİV