adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

"Şagird üçün birləşən 47 saylı məktəb" - REPORTAJ

EMİNQUEY AKİF
72116 | 2019-04-19 10:31

Bu məktəb olayları bizi necə sarsıtdı, ilahi. Məktəbsözü ilə bərabər bir əndişə doldu hamımızın canına. Bu qaragüruhun ağuşunda bir xəbər çatdıqulağıma. Ki, məktəblərimizin birində ürəkaçan hadisə baş verib. Ağır xəstəolan bir şagirdi sinifyoldaşları, dostları, müəllimləri əl-ələ verib, pul yığıbayağa qaldırıblar. Bu xəbər məni arxasınca aparıb 47 saylı məktəbə gətiribçıxartdı.

Narınyağışlı, bir azca da küləkli səhəri açıb yol aldım məktəbə. Yol boyu başıma gələnləribundan qabaqkı yazıda nəql eləmişəm. Yəni heç də rahat gedib çıxmadım məktəbə.

Pəncərələr...

Mənə Elinanıxatırlatdı. Canıma üşütmə düşdü. Elə bil bu dəqiqə kimsə özünü atacaqdı pəncərədənaşağı. Bu qarabasmanı ötürüb qapıdan içəri daxil oldum. Məni məktəbə dəvət edənAybəniz xanımla məktəbin direktoru Aytən xanım qarşıladı. Salamlaşdıq. Aybənizxanım bilirdi ki, işə gecikməməkçün hər şey tez cərəyan etməlidir.

- Aybəniz xanım, idman zalı daha genişdir, dahaişıqlıdır. Tədbir orada baş tutsun ki, çəkəcəyim fotolar da aydın görünsün.


O üzdən səbəbkarTelmanı və onun sağalmasında adı keçən bütün uşaqları idman zalına yığdılar.

Tədbirinrejissoru mən idim.

- Uşaqlar bir az qabağa gəlin... Bir az sıxlaşın...

Bu qələbəliyintən ortası isə bomboş idi. Qəfildən Telman, anası Oksana xanım, Aytən xanım,Aybəniz xanım bu boşluğa zühur etdilər. Mən Telefonumu işə salıb şəkil çəkməyimdəolum, sözü verim Aytən xanıma.

- Piroq satan balaca balalara, onların valideynlərinə,Telmanın sinifyoldaşlarına təşəkkür edirəm ki, məktəbi ayağa qaldırdılar. Telmanınbu gün ayaq üstə dayanmağı onların sayəsindədir. Azadın, Kəkliyin, Əsmərin, obiri uşaqların sayəsində.


Tempiqaldırmaqçun deyirəm:

- İndi özünüzü yaxşıca alqışlayın.

Aytən xanımdavam edir:

- Uşaqlar otağıma gəlib deyəndə ki, gəlin Telmanagörə birləşək, dedim ki, bacarmaram. Bunu sizinlə birgə bacardıq, uşaqlar.

Uşaqlarınüzündə sevinc Günəş kimi bayırda yağan yağışa, əsən küləyə meydan oxuyur.


Aybənizxanım dözməyib meydanı əlinə alır:

- Son vaxtlar mətbuatda məktəblər haqqında xoşagəlməyənxəbərlər yayılır. Filan məktəbdə filan şey oldu. Biz də fəxrlə deyirik ki,bizim məktəbdə də bu cür xoş bir hadisə oldu.

Alqış səslərizala yağış səsi kimi səpələnir.

Həm Telmanayaq üstə çox əziyyət çəkməsin deyə, həm də uşaqlar dərslərinə getsin deyəçıxışlar bitir, hamı dağılıışır. Telman, Aybəniz xanım, Oksana xanım üz tuturuqAytən xanımın otağına.


- Oksanaxanım, yəqin ki, ürəyiniz doludur. Danışmaq istəyirsiniz?

- Balam böyrək çatışmazlığından əziyyət çəkirdi,gününün 4 saatını aparata bağlı qalırdı. Məktəbə də gedə bilmirdi. Mən bir anakimi buna dözə bilmirdim. Qərara gəldim ki, Telmanın sinif rəhbəri Aybəniz müəllimlədərdimi bölüşüm ki, balama dəstək olsunlar. Aybəniz xanım müəllim olmağından əlavəhəm də anadır. Məni başa düşdü. Direktor Aytən xanıma yaxınlaşdıq, dedik, o dadəstək olacağını dedi. Telmanın sinif yoldaşları da, məktəbin digər şagirdləridə əl-ələ verib aksiyala keçirtdilər, hətta analarına piroq bişirtdirib məktəblərinqarşısında satmaqla pul yığırdılar. Mən bu yaxşılığı necə dəyərlənmdirməyə bilərəm?Aytən xanıma da, şagirdlərə də, onların analarına da təşəkkür edirəm. Mənimbalama ikinci həyat bəxş etdilər. Fəxr edirəm ki, azərbaycanlıyam, dövlətimizbelə müəllimlər yetişdirir. Hamının əllərindən öpürəm.


- Doğrudanda indiki dövrdə belə insanları görmək adamı kövrəldir.

- Xaricdə Telmanı əməliyyat edən həkimə danışdımki, pulu qəpiyinə kimi necə yığıblar. Həkimin gözləri doldu, dedi, necə gözəldövlətdə yaşayırsınız, deməli, hələ insanlıq ölməyib.

Söhbətləşibqurtarandan sonra məktəbin bufetində bir izdiham yaşanır. Telman üçün torthazırlanıb, onun tortu kəsməyini gözləyir uşaqlar. Telman öz utancaqlağınıağzını, burnunu örtən maska ilə gizlətsə də, onu tort kəsməyə çağıranda "yox”deyən əlləri utancaqlığını ələ verir. Amma birtəhər razı salırıq. Dostları Əsmərlə,Azadla birgə tortu kəsirlər.


Necə ki,xeyirlə şər qardaşdır, necə ki, dünən Elina üçün üzülürük, bu gün Telman üçünsevinirik, bu uşaqlar da bir-birlərinə o cür qardaşdırlar. Uşaqlıq hay-həşiribufeti götürür, tort dəhşətli bir hücuma məruz qalır. Bu şengamlığı mütləq ciyərləriməqədər hiss etməliyəm, çıxıb bir siqaret çəksəm pis olmaz.

Qayıdan başOksana xanım əlində iki nimçə tort gülə-gülə Aytən xanımın otağına daxil olur.Tortdan sağ qalmış dilimlər baxıb köks ötürürəm. Səhərlə şirniyyat yeyə bilmirəmdeyə dada bilməyəcəyim məni heyfsləndirir. Amma əsas içimə bir şirinlik çöksün,ağzım şirin olmasa da olar.

Koridoraçıxıb bir az gəzişirəm. Öz məktəb illərim yadıma düşür. İndi məndən neçə köynəkuzaq olduğunu bilmədiyim möhkəm dost olduğum uşaqlar yadıma düşür. Ayaqlarım məniyuxarı mərtəbəyə aparır. Koridor boyu işıq səpələyən pəncərələr mənə rus dili dərsindəsəs-küy salıb, koridorda bu pəncərələrin önündə tək ayaq üstündə dayandığımvaxtları xatırladır. Zamanın tələsi məni yavaş-yavaş özünə dartır. Gəlib pəncərələrinbirinin önündə tək ayaq üstündə dayanıram. Amma o vaxtlarkı kimi ləzzət alabilmirəm. Və qəfil pəncərədən üzü aşağı baxıram. Saat Elinaya işləyir. Bu dəqiqəo, dizləri ağrımasın deyə corabını dizinə qədər qaldıracaq, sonra dizlərinisürahiyə qoyub özünü qəfil aşağı atacaq.

Dik atılıbtez aşağı qaçdım. Aytən xanımın otağına girib hamıyla sağollaşdım. Telmanı bərk-bərkqucaqladım. Şükür ki, belə məktəblər var, nə yaxşı ki, belə müəllimlər, şagirdlərvar. Şükür ki, Telmanı ölümün caynağından qurtardıq.

Məktəbin qapısından çıxıb pəncərələri də, uşaqlarıda Allaha tapşırıb gedirəm.



TƏQVİM / ARXİV