adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Əlabbas Müznibin “Hilal”ı - Kənan Hacı yazır

KƏNAN HACI
150513 | 2019-04-19 17:45

Zamanın qan donduran soyuq küləkləri,şaxtası-sazağı ötən əsrin əvvəllərində cəhalətdünyasının qaranlıqlarına işıq saçan zəka sahiblərinin ömürlərinə qənim kəsildi…Onlar ömürlərini xalqın mənəviyyatına, maariflənməsinə, ədəbiyyatına sərfetdikləri halda Stalin repressiyası onları sürgünlərdə, məhbəslərdə çürütdü.Onlar sağ qalsaydı, bu gün Azərbaycan elmi, ədəbiyyatı, mədəniyyəti daha ucazirvələri fəth edəcəkdi, ədəbiyyatımız olduğundan daha zəngin olacaqdı. Onlarınitgisi bağrımızda sağalmayan yara kimi həmişə qövr edir…

Bu günlərdə XX əsrin əvvəlləriyləbağlı bir neçə arxiv materiallarıyla tanış oldum. O mənbələrdə Əlabbas Müznibinadı bir neçə dəfə rastıma çıxdı. Onun adı ədəbiyyat tariximizə yaxşı məlumdur.Sovet əyyamlarında əsərləri qadağan olunsa da, adını yaddaşlardan silməyəçalışsalar da müstəqilliyimizə qovuşduqdan sonra Əlabbas Müznibin irisaraşdırılmağa başlandı və əsərləri çap olundu. Doğru deyirlər ki, yazılana pozuyoxdur. Əlabbas Müznibin yazdıqları Azərbaycan maarifçilik hərəkatının əhəmiyyətlibir hissəsiydi və bu mətnlər o dövrün mətbuat səhifələrində qalırdı. Biz bu günMirzə Cəlili, Ömər Faiq Nemanzadəni və digər maarifpərvər ziyalılarımızı necəminnətdar duyğularla anırıqsa, eyni dərəcədə Əlabbas Müznibi də xatırlamalıyıq.O da maarif cəbhəsinin ön sıralarında addımlayırdı və çarizmə qarşı ən amansızyazılarıyla döyüşürdü.

Əlabbas Müznib 1883-cü ildədaşyonan bir kişinin ailəsində dünyaya gəlib. Özünün yazdıqlarına görə yoxsulailədə böyüyüb, ilk təhsilini mollaxanada aldıqdan sonra ailənin ağır güzəranıonu da işləməyə məcbur edib. Əvvəlcə xarrat, sonra dəmirçi, daha sonra isəarabadüzəldən yanında şagirdlik etməklə sənət əldə edib. Araba düzəltməklə pulqazanıb ailəyə kömək edib. Hələ uşaq yaşlarından onun qəlbində çar imperiyasınaqarşı nifrət hissi baş qaldırmışdı, insanların zülm, istibdad altında inləməsionu hiddətləndirirdi. Balaca Əlabbasın içində qəribə bir hiss də yaranmışdı, o,fikirlərini şeirlə ifadə etməyə çalışırdı. Uşaq yaşlarından Tanrının verdiyiistedad payı onun içində bir vulkan əmələ gətirmişdi. Əlabbas böyük maarifçilikideyalarının təsiri altında formalaşır. Onun ilk qələm təcrübələrində MəhəmmədHadinin və Mirzə Ələkbər Sabirin böyük təsiri hiss olunur. Yeniyetməvaxtlarından Əlabbas ictimai xadim Əlimərdan bəy Topçubaşovun"İttifaqi-müslimin”, Əhməd bəy Ağaoğlunun "Difai” təşkilatları ilə sıx əməkdaşlıqedir. Daha sonra H. Z. Tağıyevin vəsaiti ilə Bakıda nəşr olunan "Həyat” qəzetinəyazılar yollayır. "Tazə həyat”, "İttifaq” qəzetləri ilə yaxınlıq edir və qəzetçilikfəaliyyəti onu ədəbi sima olaraq önə çıxarır. Onun şeirləri çarizmin siyasətinəqarşı idi, siyasi satiranın ən yaxşı nümunələrini o dövrdə Əlabbas Müznib qələməalırdı. Ötən əsrin əvvəllərində (konkret desək, 1908-ci ildə - K. H) Əlabbasata-baba sənəti olan arababəndliyi buraxıb "İttifaq” qəzetində işə düzəlir,eyni zamanda qaynar ədəbi mühitin içinə düşür. Onda hələ taleyin onu hansısınaqlardan keçirəcəyindən xəbərsiz idi, gəncliyə xas olan inqilabi romantikaonun duyğularını tuğyana gətirirdi. Şövq və entuziazmla kəskin satiralaryazmaqdaydı. Əlabbas qəlbinin dərinliklərində anlayırdı ki, bu yolda məhrumiyyətlər,həbslər, sürgünlər olacaq, çarizmin cəza maşını onu əzməyə çalışacaq, ammaartıq həyatının mənasını insanlara həqiqətləri çatdırmaqda görürdü və onu buyoldan heç bir qüvvə saxlaya bilməzdi.

Həmin ildə Əlabbas Müznib Sabirlətanış olur və qısa müddət ərzində aralarında sıx dostluq münasibəti yaranır.Sabirlə mütəmadi ünsiyyət onun şeirlərinin üslubuna da ciddi təsir göstərir.Akademik Əziz Mirəhmədov yazır ki, onlar əqidə dostu idilər. Əlabbas Müznibinxatirələrində Sabirlə bağlı çox maraqlı və həm də təsirli məqamlar var. Buhaqda bir qədər sonra.

Əlabbas Müznibi "Mollanəsrəddinçilər”dənincə bir nüans fərqləndirirdi. O, şeirlərində avam mollaları, din adındanistifadə edən möhtəkirləri tənqid atəşinə tuturdusa da dinə münasibətdə olduqcahəssas münasibət sərgiləyirdi, eyni zamanda islam mədəniyyəti dəyərlərini açıqşəkildə təbliğ edirdi. "Aşura” şeirində Kərbəla şəhidlərini, başqa bir şeirindəisə İmam Hüseynin faciəsini təsvir edirdi. Təsadüfi deyil ki, həmin illərdəƏlabbas Müznib Mirzə Rza Təbrizinin "Muxtarnamə” əsərini farscadan dilimizəçevirmişdi. 1917-ci ildə o, "Müxtəsər ənbiya və islam tarixi” əsərini yazıb çapetdirmişdi. Bu da onunislama rəğbətini, etiqadlı müsəlman olmasını göstərir. Amma o, imanlı müsəlmanolmasına baxmayaraq cəhalətə, fanatizmə qarşı satiralar da yazırdı. Yazılarındaxürafata qarşı kəskin mövqe ortaya qoyurdu. Cahillikdən xilas olmağın yolunumaariflənmədə görürdü.

"Hilal” qəzetinin13 dekabr, 1910-cu ilə tarixli sayında Əlabbas Müznibin "Nə etməliyik?” adlıyazısı dərc olunub. Həmin yazıda məscidə yığılmış avam, savadsız mollalar tənqidolunur. Ə. Müznib yazır: "Əəcəba, məscidə yığılmaq (dər beytül-əhl söhbət kərdənməkruhəst) yaxud mücahidi-həqiqiyi-dini islam olan Həzrəti İmam Hüseyn əleyhissəlamıminbərlərdə təhqir edən bir çox əcamir ovbaşın sərfi-xurafatını eşitməkdən ibarətmidir?Xeyir! Xeyir!”

Əlabbas Müznibkomformist düşüncəyə qarşı idi və savadsız mollaların əslində o müqəddəsləri təhqiretdiyini yazırdı və onları elmə, təhsilə səsləyirdi. Onun əksər publisistikyazılarında ehkamçılığa qarşı etiraz var. Bisavad, cahil mollaları elmə, maarifəsəsləyən mütərəqqi düşüncəli Müznib xalqı cəhalətdə saxlayan qüvvəyə qarşı damübarizə aparırdı, bu qüvvə çarizmin müstəmləkəçilik siyasəti idi. Həsən bəy Zərdabinində, Mirzə Cəlilin də başı bu yolda çox bəlalar çəkmişdi. Əlabbas Müznibi dəmüsibətlər gözləyirdi.

"Hilal” qəzetininəşr etməyə başlayan Əlabbas Müznib dərhal təzyiqlərlə üzləşir. Qəzetin ilksayı çıxan kimi bağlanması haqqında əmr verilir. Ona qarşı cinayət işi açılır.Lakin Müznib çar senzurasının bu qərarına əhəmiyyət vermir, qəzetin ikincisayını da nəşr etdirir. Nəhayət, polisin gücüylə 1910-cu ilin 25 dekabrında qəzetiqapadırlar. Qəzetin tirajı müsadirə edilir. Müznib dayanmır, "Şihabi-saqib”jurnalının nəşrinə başlayır, onu da bağlayırlar. Əlbəttə, səbəb çar rejiminiqamçılayan, imperiyanın mahiyyətini, iç üzünü ortaya qoyan yazılar idi. Ə.Müznib bu barədə xatirələrində yazır:

"1911-ciilin 19 martında "Şihabi-saqib”i qapadılar və həmin gecə evimə jandarma tökülübözümü də həbs etdilər. Məhkəməyə verildim. 27 fevralda "Hilal” qəzetinin işiçıxdı. İstintaq şöbəsinin Bakı bölməsi tərəfindən işimə baxılıb Sibiriyayasürgün olunmağıma qərar verildi. 1912-ci ilin fevral ayının 27-də Sibiriyayasürgün olundum”. (Əlabbas Müznib, "Seçilmiş əsərləri”, "Şərq-Qərb”, Bakı- 2006,səh. 12)

Ə. MüznibSibirin Lena çayı üzərindəki Vitim kəndinə sürgün olunur və sürgün dövründəanasına, xanımına nəzmlə yazdığı məktublar siyasi lirikanın ən parlaq nümunələriidi. Müznib Sürgün illərində də Azərbaycanın istiqlala qovuşmasının yollarıhaqda düşünürdü. Bu misralar onun sürgün həyatının məhsuludur:

Milli hökümət dilərik sadəcə,

İstəməriz təntənəli təxtü-tac.

Ə. Müznibinhəbsindən bir il sonra Romanovlar sülaləsinin üç yüz illik şənlikləri münasibətiləəfvi-ümumi olur və şair də əfv olunur. Bakıya qayıdır və Azərbaycanistiqlalının öndərləri ilə çiyin-çiyinə çalışmağa başlayır. "Dirilik” və"Babayi Əmir” jurnallarının nəşri üçün hökümətdən icazə alır. Onu da xatırladaqki, böyük dramaturqumuz Cəfər Cabbarlının istedadı məhz "Babayi Əmir”jurnalında parlamışdı. Lakin yenə də ona rahatlıq vermirlər. "Dirilik”jurnalındakı siyasi məzmunlu yazıları çarizmi qorxuya salır. M. Ə. Rəsulzadəninməşhur "Milli birlik” yazısı məhz "Dirilik” jurnalında dərc olunmuşdu. Jurnalüzərində senzura daha da gücləndirilir, Müznibi yenidən həbs etmək üçün izinədüşürlər. Təqiblər II Nikolayın taxtdan salınmasına qədər davam edir.

AzərbaycandaMilli Hökümət qurulandan sonra Əlabbas Müznib klassik ədəbi irsin tədqiqi ilə məşğulolmağa başlayır. Vaxtilə "Milli hökümət dilərik sadəcə” yazmışdı və arzusu dagerçəkləşmişdi. İndi asudəliklə ədəbiyyat tariximizlə bağlı araşdırmalaraparmaq istəyirdi. Çox qısa zaman içərisində XIX – XX əsrlər Azərbaycan klassikədəbi irsinin müəyyən məqamlarıyla bağlı tədqiqat işi aparır. "Aşıq Pəri vəmüasirləri”, "Molla Nəsrəddin” məzhəkələri”, "Seyyid Əzim Şirvani”, "Natavan”,"Abbas Səhhət”, "Sabir” kitablarını yazır.

ƏlabbasMüznib qeydlərinin birində yazırdı ki, "insanlara qanuni-cəbri lazım deyil, müəllimlazımdır. Bu sərlövhəni yazmaqdan muradımız bunu bildirməkdir ki, insanların vəhşiliyinəsəbəb nədir? Bu vəhşiliyin qabağını nəylə almaq mümkündür? Əlbəttə, elm,maarif, məktəb, müəllim ilə hasil olan insaniyyət zor ilə, güc ilə mümkünolmaz”.

Milli Hökümətinsüqutundan, Azərbaycanın rus imperiyası tərəfindən işğalından sonra da ƏlabbasMüznib qələmini dinc qoymayıb. Onun "Yusif və Züleyxa” adlı bir romanı var. Məlumdastandan bəhrələnsə də Əlabbas Müznib romana xeyli yeni süjetlər əlavə edibki, bu da onu forma və məzmun baxımından tamamilə yeni bir əsər kimi təqdim etməyəimkan verir. Bu romanı oxumaq istəyənlər yazıçının 2006-cı ildə çap olunmuş"Seçilmiş əsərləri”nə müraciət edə bilərlər. Yeri gəlmişkən, onun Mirzə ƏləkbərSabirlə bağlı xatirələri də bu kitaba daxil edilib. Həmin xatirələr mərhumyazıçı Əvəz Sadığın arxivindən tapılıb.

ƏlabbasMüznib rahat həyat yaşamayıb, kreslolarda oturub yaradıcılıqla məşğul olmayıb.Ömrü daim mübarizələrdə, sürgünlərdə keçib. Bununla belə saysız-hesabsız tədqiqatəsərləri, şeirlər, felyetonlar, məqalələr, romanlar yazıb. Tərcüməçilik fəaliyyətiləməşğul olub. Milli mücadilənin ön sıralarında qələmiylə döyüşüb. Döyüşənlərinisə aqibəti heç də yaxşı sonluqla bitmirdi...

Qarşıdan"37” adlı qara yel gəlirdi. Bu yel... Əlabbas Müznibi də götürüb apardı –bilinməzliyə, gedər-gəlməzə... 1937-ci ildə həbs edilən Müznibin ailəsinə1959-cu ildə (həbsindən 22 il sonra!) məlumat verilir ki, o, 1938-ci ilin 28avqustunda Vladivostok şəhəri yaxınlığındakı xüsusi məntəqədə vəfat etmişdir...

Bu sətirləriyazdıqca o böyük ziyalıların, Azərbaycanın bağrında məşəl kimi alışıb gələcəkyollarını işıqlandıran millət fədailərinin məşəqqətli həyatı gözlərim önündəcanlanır. Onlar Azərbaycanın yaşaması üçün canlarından keçdilər, özlərindənsonra bizə işıqlı ideyalar, milli məfkurə yolu yaradıb getdilər. O nurluinsanların irsi olmasaydı, biz hansı dağlara söykənərdik?! Nə yaxşı onlar varolublar! Nə yaxşı onlar bu gün də yaşayır və sabaha gedən yollarda ölməzideyaları ilə hələ də bizə bələdçilik edirlər. Əlabbas Müznib də o parlaqinsanlardan biridir.


TƏQVİM / ARXİV