adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

“Vergül nöqtədən daha işıqlıdır...”

ETİBAR CƏBRAYILOĞLU
51610 | 2019-04-19 17:49

50 yaşlı Qulu Ağsəs: "İnsanın təkcə ürəyi deyil,beyninin bir tərəfi daim öz dərdi-səri, itkiləri ilə məşğuldur”

Qulu Ağsəs çox istedadlı adamdır. Bunun əksinisübut etməyə çalışan gərək özünü dağa-daşa salsın. Böyük yazıçımız, YazıçılarBirliyinin sədri Anarın ən qatı əleyhdarlarının səsləndirdiyi çoxsaylı tənqidifikirlərin içərisində "Ulduz” jurnalı ilə bağlı bircə cümləyə də rast gəlməmişəm.Qulu Ağsəsin baş redaktoru olduğu "Ulduz” sağdan da, soldan da daşlanan YazıçılarBirliyinin üzünü ağardır.

Qulu özü elə ulduz kimidir, onun gur işığından ətrafındakıhər kəsə pay düşür, ziyalıya da, ömründə bircə kitab vərəqləməyənə də, həyatdaheç kimin qəlbinə dəyməyənə də, həbsxanaların bezdiyi adama da...

Qulu Ağsəslə hər dəfə söhbətləşəndə elə bilirəm ki,dünyanın ən qəribə hadisələri mənim şair dostumun qarşısına çıxır.

Qulunun o qədər çatışmayan cəhətləri var ki...Birini yazım, siz də bilin, müsahibədən boyun qaçırmaq üçün nə bəhanələruydurmadı, nə planlar qurmadı... Amma son bir neçə ayda müsahibə verməmək üçüntoqquşdurduğu yalanları bağışlayıram, axı bu gün dostumun 50 yaşı tamam olur.

Anama: "Sevin”-dedilər,

"Bu oğlun, evin”-dedilər.

Mən doğulan gün dedilər

Aprelin 20-nə...

Bu gün o gündür...

- Qələm, ağ vərəq görəndə ilk ağlından keçən nəolur?

- Ora nəsə yazmaq. Uşaq vaxtı harda ağ kağızgörürdümsə orda qol çəkirdim, çünki eşitmişdim ki, böyüklər qol çəkir. İndiki gözləbaxanda fikirləşirəm o zaman çəkdiklərim qol deyilmiş, nəsə başqa bir şey imiş.Bəlkə də elə ilk rəsmlərim olub. İndi isə ağ vərəq görəndə ora nəsə yazmaq, birsöz, hətta bir işarə qoymaq keçir ağlımdan.


- Aysunun dərsləri ilə maraqlanırsanmı? Ədəbiyyat dərsliyindəadın keçmir?

- XI siniflər üçün dərsliyə adım düşüb. Buyaxınlarda zəng vurub xəbər verdilər, amma sözün açığı, hələ vaxt edib baxabilməmişəm. "Şərq” qəzeti bu məsələni xəbər kimi dərc etmişdi, hətta məndənmünasibət də öyrənmək istədilər. Dedim ki, mən o kitabı görməmişəm, görmədiyimbir şey haqqında nə danışım? Aysu hələ aşağı siniflərdədir, tərslikdən qohum-qonşudaXI sinifdə oxuyan uşaq yoxdur ki, kitabı götürüb baxım, məktəblərə də yolumdüşməyib. Düzünə qalsa, heç özüm də dəqiq bilmirəm, adım "Ədəbiyyat”, yoxsa "Azərbaycandili” dərsliyindədir...

Sualının birinci hissəsinə gəlincə, təbii ki, valideyn kimi Aysunun dərsləriləmaraqlanıram. Müsahibəyə gəlməzdən öncə "Rus dili” kitabından pritça oxuyurdu,mənə də maraqlı gəldi. İstəyirsənsə sənə də danışım.

- Buyur...

- Deməli belə... Şahzadə anasının şəninə bir gün təsis edir və mərkəzimeydanda sənət yarışması keçirir. Şairlər və rəssamlar ana məhəbbətini tərənnümedən əsərlərini Şahzadəyə təqdim edirlər. Lakin nə dinlədiyi şeirlər, nə dəbaxdığı rəsmlər onu qane etmədiyindən bərk əsəbiləşir. Cavan bir oğlan cəsarətləirəli çıxıb deyir ki, Şahzadə sağ olsun, heç kimi cəzalandırmayın, çünki nə əngüclü şair qələmi, nə ən güclü rəssam fırçası əsl ana məhəbbətini olduğu kimi təsviretmək qüdrətində deyil.

- Qulu, səni yaxından tanıyan qələm adamları yaxşıbilir ki, redaktəyə həmişə ciddi yanaşmısan, belə deyim də, amansız olmusan. Səninüçün vergül önəmlidir, yoxsa nöqtə?

- Vergül elədir ki, müəllif sanki özü üzün birpauza yaradır. Mən istər öz yazılarımda, istərsə də başqa müəlliflərin redaktəetdiyim mətnlərində vergül qoyanda düşünürəm ki, qarşıda hər şeyin gözəl olmaqşansı var. Amma nöqtə fərqli bir hiss yardır, başa düşürsən ki, yaxşı da olsasondur, pis də olsa... Ona görə də nöqtəyə kədər simvolu kimi baxıram, vergülisə nöqtədən daha işıqlıdır. Nöqtə bir dərin quyudur, sonda hamımızı həmin oquyuya quylayacaqlar...

- Poeziya hansı muğama daha çox oxşayır?

- Əgər klassik poeziyamızı nəzərdə tutursansa mənonu daha çox "Bayatı-Şiraz”a və "Şur”a oxşadıram. Müasir poeziyamızı isə heçbir muğama oxşada bilmirəm... Ümumiyyətlə, sənə bir şey deyim, ötən əsrin 90-cıillərinə qədər bizim poeziyada heca daha çox dominantlıq edirdi, baxmayaraq ki,ədəbiyyatımızda sərbəst şeirin Rəsul Rza, İsa İsmayılzadə, Ələkbər Salahzadə,Vaqif Bayatlı, Abbas Abdulla kimi tanınmış nümayəndələri var idi. Düşünürəm ki,sovet dövründə belə deyim də, hecanın hökmranlığı təsadüfi deyilmiş, çünki osiyasi quruluş özü də nizam-intizamı, çərçivəni sevirdi, özünü heca vəzninəhesablamışdı sanki. Sovetlər dağılandan sonra sərbəst şeir

önə çıxdı, elə bil ki, ədəbiyyat, poeziya özü dəkeçmiş quruluşda sıxılmışdı. Həmişə heca vəznində yazan bəzi şairlər də keçdilərsərbəst şeirlər yazmağa. Amma Musa Yaqub heç vaxt hecanın qayda-qanunlarından,kanonlarından kənara çıxmadı.

Bayaqkı fikrimə qayıdaraq deyim ki, çağdaşpoeziyamızda sərbəst şeir hökmranlıq etdiyindən onu heç bir muğama oxşadabilmirəm.

- Muğamdan söhbət elədik, bir zaman çox populyarolan "Avropa” qəzetində Qədir Rüstəmov barədə "Qədir gecəsi” adlı yazın yadımadüşdü. Rəhmətlik Qədir Rüstəmov həmin yazıya görə səni məhkəməyə vermişdi, oişin axırı necə oldu?

- Qədirlə müsahibəyə rəhmətlik dostumuz ZöhrabƏmirxanlı ilə birgə getmişdim. Əslində "Qədir gecəsi” alınmayan müsahibəhaqqında bir sənət hekayəsi idi. Təbii ki, orda mənim bəzi öz uydurmalarım dayer almışdı, Qədir də, Zöhrab da hekayədə obraz kimi keçirdi. Rəhmətlik QədirRüstəmov yazını oxuyandan sonra mənə zəng vurdu, təşəkkür elədi. Təxminən bir həftəsonra təkrar zəng vurdu, bu dəfə narazılıq elədi. Aradan xeyli vaxt keçdi, üzbəüzgələndə yazını əməlli-başlı təriflədi, dedi ki, oxuyanların xoşuna gəlib. Mənbiləni özü heç yazını oxumamışdı. "Qədir gecəsi” barədə onunla sonuncu söhbətimizdərəhmətlik dedi ki, camaat səni məhkəməyə verməyimi istəyir, ona görə də sənitutduracam. Ömrünün sonuna kimi Qədirlə gah mehriban dost olduq, gah düşmən. Bugünə kimi bilmirəm, Qədir özü o yazını oxudu, ya yox? Allah Qədirə qəni-qəni rəhməteləsin... Məni məhkəmə verə bilmədi.

- Səbəbini bilmirsən?

- Qarşı tərəfi məhkəməyə vermək üçün insanda səbir,dözüm olmalıdır, Qədirdə də bunlar yox idi. Hələ mən şəxsiyyət vəsiqəsini demirəm,həmin dövrdə Qədir heç sovet pasportunu da dəyişməmişdi...

- Həmin yazıda bir məqam da yadımda qalıb. Qədirmüsahibə vermək üçün sizi Qaradağa aparmışdı. Qarabağda görüşməli olduğunuz QədirləQaradağda söhbətləşmək səni narahat eləmədi?

- Çox ağrılı məqama toxundun... Dostunun"Juquli”sinə minən kimi Qədir: "Sür Qaradağa tərəf”-dedi. Elə bildim ki, dedi,Qarabağa tərəf sür. Belə bir hadisə həyatımda ilk dəfə deyildi. Biz səninlə illərindostuyuq, bir-birimizin səmimiyyətinə inanırıq, Ağdam işğal olunandan sonraözümə yer tapa bilmirdim, heç nə məni ovutmurdu. Belə günlərin birində hərbçidostum məni Xırdalana ad gününə dəvət elədi. O vaxta kimi Xırdalandaolmamışdım, metronun "20 Yanvar” stansiyasından çıxanda havadan od yağırdı.Fikirləşdim ki, kaş indi Ağdamda, kəndimizdə olaydım. Sonra öz-özümə dedim ki,Ağdamın işğal olunmayan kəndlərinə, məsələn Quzanlıya, Xındırıstana getməkolar. Beynimdə götür-qoy edə-edə hansı avtobusa, taksiyə yaxınlaşdımsa Xırdalanagedəni olmadı. Xeyli soraqlaşandan sonra lap köhnə bir "Juqili”nin sürücüsü ovaxtın pulu ilə məndən 80 manat istədi, dedi ki, bu istidə Kürdəmir yolu getməkçətindir, Ağsu aşırımı ilə gedərik... Sürücü danışır, mən də öz-özümə fikirləşirəmki, bu nə danışır, nə Kürdəmir, nə Ağsu aşırımı? Bəs dostum deyirdi Xırdalana 10dəqiqəlik yoldur... Sürücü ilə mübahisədən sonra məlum oldu ki, bayaqdan bəri avtobuslara,taksilərə yaxınlaşıb Xırdalanı yox, Xındırıstanı soruşurmuşam... Həmin hadisənihər dəfə xatırlayanda əmin oluram ki, insanın təkcə ürəyi deyil, beyninin bir tərəfidaim öz dərdi-səri, itkiləri ilə məşğuldur.

Təbii ki, Qədirlə Qarabağda görüşmək gözəl olardı,təsəvvür elə, bizi Qaradağda necə isti, mehriban qarşıladılar... Qədirin dostuçox mötəbər bir adam idi, sənətkarın ayağını yumağa suyu da özü gətirdi. Təəssüfki, yazıda təsvir elədiyim bütün qəribə hadisələr Qarabağda yox, BakınınQaradağ rayonunda baş verdi...

- Yazıçılar Birliyinin "Natəvan” klubunda tez-tezyubileylər, kitab təqdimatları keçirilir, sən də ara-sıra iştirak edirsən. Belə tədbirlərdə indiyə qədər eşitdiyin əntəmtəraqlı tərif hansı olub?

- Sözün açığı, ən təmtəraqlı tərifin müəllifinixatırlamıram. Tədbirin aparıcısı sözü növbəti çıxışçıya verəndə dedi ki, indi dəöz fikirlərini sizinlə bölüşəcək görkəmli yazıçı, nasir, publisist, şair, filosof...Yerdən kimsə söz atdı: "Mirzə Fətəli Axundzadə...” Belə tədbirlərdə hər dəfə bucür situasiyalarla rastlaşanda o hadisə yadıma düşür və Mirzə Fətəlinin simasıgözlərimin qarşısında canlanır.

- 2039-cu ildə bir qrup gənc yazar "Ulduz”unredaksiyası önündə aksiya keçirib baş redaktorluqdan istefanı tələb etsə,Yazıçılar Birliyinin sədri Anara istefa ərizəsi verərsənmi?

- Çox istəyərəm ki, sənin indi təsəvvür eləməyəçalışdığın hadisə baş versin. Bu, o deməkdir mən hələ 20 il də yaşayacam. Ammaməsələnin ciddi tərəfi də var, kim istəyər ki, onu kabinetinin qarşısınatoplaşıb istefasını tələb eləsinlər? Sualın Anarla bağlı hissəsinə gəlincə,Anar müəllim elə bir insandır ki, heç kəsin işsiz qalmasını istəmir, amma getməkistəyəninin qarşısını kəsmir.

Bir nüansı da deyim, hələ nə sən, nə mən dəqiqbilmirik axı 20 ildən sonrakı cavanlar hansı düşüncədə olacaqlar. Bəlkə elə birgənclik formalaşdı ki, gəlib məni "Jurnalistlər binası”ndakı mənzilimdən dəçıxartdı... Vallah, hərdən indiki cavanlara baxanda təəccüblənirəm, ömrüm boyuavtobusda, metroda böyüklərə yer vermişəm. Fikirləşmişəm ki, yaşa dolanda mən dəyer verərlər. 50 yaşım var, yenə avtobusda, metroda ayaq üstə gedirəm...

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV