adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Susun.Hamı sussun - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
48585 | 2019-04-22 12:03

Xəbərioxudum, gecə-gecə beynimə qan sızdı az qala...

Səbail rayon İcra Hakimiyyətibaşçısının müavini Xalidə Bayramova 162 saylı məktəbin şagirdi ElinaHacıyevanın ölümündə onu ittiham edənlərlə bağlı Meydan TV-yə yazılı açıqlama göndərib.

Başlamıram ondan ki, xeyir ola, dövlət qulluqçusu olan xanım, açıqlama məktubunubirbaşa "Meydana yazıb?...

Deməli, bu xanım ya hesab edir ki,millətin başı gedib, ya da hesab edir ki, bircə ağıllı var o da özü və ya özləridir...

Yadınızdadırsa, xanım əvvəlcə ciddi cəhdlətəkzib vermişdi ki, "Elinanın can verən vəziyyətdəki videosunu mən çəkməmişəm.Mənimlə heç bir əlaqəsi yoxdur", indi deyir "mən çəkmişəm... "

Deyir ki, "09:57-də mənə zəngoldu. Mən icra hakiminə dedim. O icazə verdi. 11:01-də məktəbdəolmuşam. Yolüstü polisə zəng etmişəm"…

Deyən lazım, "ayqansız, deyək ki, məktəbdəkilərin başına kül olub, təcili yardım əvəzi sənə zəngediblər.Sən niyə deməmişdin ki, təcili yardım çağırın?Sənin 1 saata məktəbəçatmağını gözləməyin məcburiyyəti nə idi?Niyə polisə yolüstü zəng ağlına gəlib,amma təcili yardıma yox?Deməli, sən 2 saata getsəydin, 2 saat o uşaq ordaqıvrılmalı idi?

Niyə 3-cü mərtəbədən özünüatan uşaq üçün birinci təcili yardıma yox, sənə zəng etmək vacib olub?Niyə məktəbəçatandan məhz 6 dəqiqə sonar təcili yardıma zəng etmisən? Harda, hansı sənəddə,hansı qanunda yazlıb ki, yıxılan, xəsarət alan, ölümlə çabalayan uşaq üçün TəciliYardıma yox, "yetkinlikyaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və UşaqFondunun rayon şöbəsinin direktoru”na zəng etmək lazımdır. Sonra o,icra hakiminə məruzə etməlidir, müzakirə aparmalıdır, icazə almalıdır, nəhayətdə maşına minib məktəbəgəlməlidir, 3-cü mərtəbədən üzü aşağı yıxılan usagın "sorğu-sual videosu”nu çəkməlidir,ondan sonar Təcili Yardıma zəng etməlidir və özü də deməlidir "zəhərlənib”?.

Harda yazılıb bu?Bu, nəyinkafasıdır belə?Vəzifə səlahiyyətlərinizin hansı bəndində göstərilib beləvideo-müstəntiqlik?

Bu boyda ağır bir hadisəbaş verib.14 yaşlı qızcığaz, sabahın gözü kor olmamış, özünü məktəbin 3-cü mərtəbəsindənatıb, ölüb. O hadisəni canlı izləyənlər, təsiri altında olan o qədər uşaq dakim bilir hansı travmanı keçirib və hazırda nə vəziyyətdədirlər.

Cavabdeh qurumlar isəhamısı hələ də susur.

Təhsil Nazirliyisusur.Yalnız ölkə başçısı işə qarışandan sonra bir quru açıqlama yayıldı, vəssalam.Yaxşı ki,ölkə başçısı qarışdı. (Haşiyə: O qolunu bir iş üçün çırmalamasa, zatən,heç bir iş yerindən tərpənmir ki. Hamı hər işdə çarəni də, cavabı da ancaq ölkəbaşçısı və Birinci xanımda axtarır. )

Səhiyyə Nazirliyi, ümumiyyətlə,heç nə olmamış kimi, qəti mövqe sərgiləməkdədir, məsələyə dair bu günə kimi birkəlmə də açıqlama verməyib və deyəsən düşünmür də. Sanki bütün bu olanların onauzaqdan-yaxından bir aidiyyatı yoxdur. Ortada isə cavabsız nə qədər sual var: Opalataya valideynin buraxılmadığı halda, digərləri niyə və kim tərəfindənburaxılıb?

Uşağın ortada qalanmeyitinin məsuliyyəti hansı həkimin çiynindədir.Gecə "halıyaxşıdır.Yoxlamışam, hər şey qaydasındadır.Səhər palataya köçəcək" deyəvalideyni arxayın salan və səs yazısında elə özünün də arxayın təsiribağışladığı həkim necə olur, səhər uşağın ölümündə özünü günahkar bilmir?O birihəkim, tibb bacıları, tibbi personal necə olur ki, o boyda çığır-bağırın içində,hamısı birdən qeybə çəkilir və bu günə kimi də qeybdədirlər? –hamısı da ağzıgöyə açıq qalıb.

Kim açıqlama verməlidirictimaiyyətə?Yenə ölkə başçısı ya birinci xanım?

Baş prokurorluq daistintaq materialları (mətbuatda yazılana görə, istintaq zamanı barlardaapardıqları yoxlama zamanı çəkilən uşaqların şəkilləri) saytları bəzəyəndənsonra çıxdı sosial şəbəkə və saytlara barmaq silkələdi ki, "susun!”

Baş üstə. Biz susduq ammabir körpənin ahı var ortada, o həddə çatdırılan kim bilir nə qədər körpə var məktəbdivarları arasında. Onlar susmayacaq axı.Bir gün onların da danışmağı gələcək.

Övladlarınız varsa,onların gözlərindən həmişə Elina baxacaq Sizə...-bunu yazın bir tərəfə.

#Elinaüçünsusma deyənlərisusdurmaq asandır, Elina kabusunu necə, susdura biləcəksinizmi? Bu boyda həngamədəsadəcə məktəb müdirinə ev dustaqlığı qəti imkan tədbiri seçildi. Xub.Bəs obirilər?

Başa düşdük, istintaqgedir.Tamam, getsin.Biz susduq.

Amma insaf edin, belə"açıqlama xətrinə açıqlama” verib vicdan müamiləsi sərgiləyincə, elə siz dəsusun, susa bildiyiniz qədər...

Səssizliyin bağırtısında səksənəcəyimizgünlərinizdə olacaq bir gün...

Məktəb pəncərəsinin"ruçka"larını çıxarmaq, pəncərələrə dəmir barmaqlıq vurmağı tapşırıbhəbsxana ab-havası yaratmağın, məktəb direktorlarına barmaq silkələməyin çıxışyolu olmadığını,bizim kimi, siz də bilirsiniz.

Hamınız hər şeyi bizdən dəyaxşı bilirsiniz.Onurğa sütunumuz olan səhiyyənin, onurğa beynimiz olan təhsiliniflic olduğunu və onların sağalmasının bir möcüzəyə bağlı olduğunu siz bizdən dəqat-qat yaxşı bilirsiniz.Amma siz də eynən bizim kimi susun. Belə"qaloçka" xətrinə açıqlama verməkdənsə susun...

Necə məsləhət bilirsinizsə,necədoğru bilirsinizsə, sakitcə elə də işinizi görün.Həmişə gördüyünüz kimi.Boşunagəriltməyin əsəbləri.

Bizdə dediyimiz hər şeyinboşuna olduğunu bilirik.Sadəcə susmaqdan içimiz şişdiyi üçün bəzən özümüzdənixtiyarsız bağırırıq.İflic olduğunu bilən adamların hamısında olur düşdüyü vəziyyətləbarışmamaq istəyi. İstəklə olsaydı nə vardı ki…Özümüz öz hikkəmizlə çiling-ağac oynayırıq, bir sözlə- siz bizə fikirverməyin.

Susun.Hamı sussun.Səssizcəhərə öz işində olsun...

Evinizdə sizin dəuşaqlarınız var ya da olacaq.Onların gözlərinə baxın.

Elina isə yoxdur vəolmayacaq...Ona görə də, SUSUN.

P. S. Bilməyənlər üçün Səbailrayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova açıqlaması tamvariantda…

"Bir sıra səbəblərdən, cəmiyyətimizisilkələmiş və ciddi narahat edən Elina Hacıyeva ilə bağlı faciəvi hadisəyə cəlb olunmuşdurumdayam.Çox acıhəqiqətdirki, uşağıqaytarmaq mümkün deyil və buna görə onun bütün yaxınlarına və dostlarına səmimi qəlbdən başsağlığı verirəm.

Bugünə kimidövlət məmuruvə məsul şəxs olaraq hər hansı bir açıqlamadanvə şərhdənyayınmışam.Vəhesab edirəm ki, açıqlama verərkən diqqətli olmalıyam.

Bütünhallarda, istintaq gedir və hüquq-mühafizə orqanları baş vermiş faciəyə obyektiv hüquqi qiymət verəcəklər.Lakin bəzi məsələlər vardır ki,mətbuatda və sosial mediada spekulyasiya və manupulyasiya predmetinə çevrilmişdir vəhansındakı mənim adım hallandırılır.

Aprelin 4-də səhər saat09:57-də 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovadan mənə zəngoldu ki, şagirdlərdən biri pəncərədən yıxılıb. Mən, Səbail rayonİcrahakimiyyətinin başçısının birinci müavini olmaqla yanaşı, yetkinlikyaşına çatmayan şəxslərlə iş üzrə rayon komissiyasının sədri və UşaqFondunun rayon şöbəsinin direktoruyam.Uşaqlarla iş mənim vəzifələrimə daxildir.

Buna görə də beləbir zəng başadüşülən idi.Zəngdən dərhal sonra birbaşa rəhbərimolan rayon içra hakimiyyəti başçısına hadısə barədə məlumat verdim və onun tapşırığı ilə qeyd olunan məktəbə getdim.Yolüstü baş vermiş hadisəhaqqında polisə məlumat verdim. Məktəbə 11:01-də çatdım (bu barədə məktəbin kamerasında qeyd var). 6 dəqiqəsonra, 11:07-də mən təcili yardıma zəng etdim.

Elinaya çatmaq, şəraiti öyrənmək vəanlamaq ki, təcili yardım hələ də çağırılmayıb, 6 dəqiqə buna sərf olundu. Sosial şəbəkələrdəyayılan uşaqla birinci danışığınvideoyazılışı mənim tərəfimdəntəcili yardım gəldikdən sonra, həkim uşağı müayinə edərkən 11:16-da aparılıb və 14 saniyə çəkib.

Qalan videolar xəstəxanadahəkimlər Elinanı müayinə edən zaman tərəfimdən çəkilib.Beləçətin vəziyyətlərdəvideo çəklişin aparılmasıpraktikasına uzunillərdir malikəm.Belə etməklə məqsədim baş verən prosesin maksimum şəffaflığını təmin etmək, hadisənin sonrakı araşdırılması üçün faktları qeyd etmək olub.Xəstəxanada sadəcə müşahidə etmirdim, Elinan həyata qaytarılması üçün lazım olan bütün tədbirlərin görülməsinin təmin olunmasına çalışırdım. Buzaman keçirdiyim hiss və həyacanları, ağrını və yanğını sözlə izah etmək mümkün deyil.

Sözügedenvideo mənim tərəfimdən Elinanın faciəvi ölümündən sonra anasının xahişi ilə onaverildi.Belə ki, bu çəkiliş ondan, hələ canlı, gözəl, ağıllı vəxeyirxah qızdan qalan son xatirə idi.

Sosial mediada və mətbuatdahadisə ilə bağlı adımın hallandırılması və yazılanlar həqiqətəuyğundeyildir.Mənim hərəkətlərimdə kömək etmək istəyi və ürəkyanğısından başqa digərmotivlərin axtarılması qoy axtaranların vicdanında qalsın”.


TƏQVİM / ARXİV