adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Aqil ABBAS: ALLAHVERDİ BAĞIROV VƏTƏN OLDU!

AQİL ABBAS
61341 | 2019-04-23 10:00

ƏgərAllahverdi Bağırov şəhid olmasaydı Ağdamgetməzdi. Mən buna Tanrıya inandığım qədər inanıram. Allahverdi Ağdam boyda Ağdamıydı! Allahverdi Qarabağ boyda Qarabağıydı!Allahverdi elə Azərbaycan boyda Azərbaycanıydı!

157minlik bir rayonu öz arxasınca Vətən yolunda, torpaq yolunda, namus yolunda döyüşəapara biləcək və aparan bir şəxsiyyət idi. Allahverdi şəhid oldu və Ağdamın beli sındı.

Mən «Dolu» romanında Allahverdi Bağırovun obrazını yaratmışam! Komandir! Və əsərdə onuöldürməyə əlim gəlməyib. Bir dayım vardı, tez-tez deyərdi: «Allahın eləişlərini bilirəm, desəm, qan düşər!» Allahverdi Bağırovun ölümü də, əstəğfürullah,Allahın qan düşə biləcək işlərindən biriydiki, necə ki Qarabağda o qanlar töküldü.

Əsərdədə Allahverdinin dili ilə, yəni Komandirin dili ilə Nitsşenin məşhur bir fikrini söyləmişəm.

Komandir:

-Nitsşe deyir ki, öləcəyəm, məni bu torpağabasdıracaqsız və mənə görə bu torpağı sevəcəksiz. Biz nə qədər ölməliyikki, bu torpağı sizə sevdirə bilək?!

Allahverdibağırovlar,fredasiflər, şirinmirzəyevlər, generalərşadlar, əliyarəliyevlər, vəzirorucovlar,ramizqənbərovlar, ata-bala Yaqub və canpoladrzayevlər bu Vətən yolunda şəhid olub torpağa qarışdılarki, bizə bu torpağı, bu Vətəni sevdirsinlər.


Vəsevdirdilər də! İnşallah, Qarabağ uğrunda yeni bir savaş başlayacaq və papaq altda yatan allahverdibağırovlar, fredasiflər,əliyarəliyevlər… bizi son döyüşə aparacaqlar.

YAQARABAĞ, YA ÖLÜM,

BAŞQAYOLU YOX ARTIQ!

Yuxarıdaadlarını çəkdiklərim, eləcə də adlarınıçəkmədiyim şəhidlərimiz nə cənnətdədilər, nə cəhənnəmdə! Onlar Qarabağdadılar!Və bizi gözləyirlər!

KimAllahverdi Bağırovu daha yaxşı tanımaq istəyirsə, «Dolu» romanını bir də oxusun, «Dolu» filminə bir də baxsın. Bunuözümü tərif üçün yazmıram, nə də reklam üçün.Allahverdi Bağırovu və allahverdibağırovlarıbir daha bu millətə tanıtmaq üçün yazıram.

AllahverdiBağırov və allahverdibağırovlar, gələcəyik! Sizinlə bir yerdə Cıdır düzündə bir «Yallı» da oynayacağıq.

P.S.Qarabağ qazisi Asəf Quliyevin Allahverdi ilə bağlı bir yazısını da həm saytımızda,həm də qəzetdə sizlərə çatdırırıq.


TƏQVİM / ARXİV