adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Bətnimdəki övlad - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
65417 | 2019-04-22 18:10

Mən evin bir övladıyam. Nə bacım var, nə qardaşım. Səbəbi budur ki, atam çoxdan rəhmətəgedib. Mən doğulmamışdan əvvəl. Mənim üzümü görməyib. O, o dünyaya gedəndənsonra mən bu dünyaya gəlmişəm.

Əvvəllər yəni uşaq vaxtlarımda tək olmağım mənimüçün elə də problem yaratmırdı.Oyuncaqlarımla da tək oynayırdım, televizora da tək baxırdım, saqqızımıda tək özüm çeynəyirdim və s. Şərikim yox idi. Zaman keçdikcə gördüm ki, təklik heç də yaxşıdeyil. Ətrafımdakı çoxuşaqlı ailələri izlədikcə bunun isbatını görürdüm. Onlarbir-birinə kömək, dəstək olurdular. Günləri də maraqlı keçirdi. Mən isə köməküçün gərək kimisə tapaydım. Gizlənpaç üzünə həsrət qalmışdım.

Taleyimbelə yazılmışdı. Mən evin tək övladı kimi yaşamalıydım. Və indi də yaşayıram.

Bu təklik böyüdükcə, yaşa dolduqca məni o qədərsıxdı ki, artıq özümə söz verdim ki, əgər ailə qursam övladlarımın sayı çoxolmalıdır. Bacının bacısı, qardaşınqardaşı olmalıdır. Yəni ən azı 4 uşaq.

Kimçox uşağın olmasına qarşı çıxırdısa onun üstünə gedirdim və özümün yalqız həyatımdanmisal çəkərək başa salırdım ki, uşağınbol olması vacibdi.

Bizdən əvvəlki nəsildə uşaq bol olub. Atamgil 6uşaq, anamgil 7 uşaq. Ümumiyyətlə, yaxın keçmişimizə nəzər salanda bir və yaiki uşaqla kifayətlənən ailələrə çox az-az rast gəlinir. Mən də dünənə baxıb sabahı qurmaq istəyirdim.

Sabah, yəni bu gün isə dünənin əksinə olaraq çoxuşaqlıailələr çox azdı. 2 uşaq hər kəsin evində var. Kimin 3 uşaq varsa 3-cü uşağı dünyaya gətirməsi üçün bəhanələriolub. Ya 2 oğulları olub, deyiblər ki, qoy 1 qızımız da olsun. Ya da ki, əksinə.Tək-tək hallarda olur ki, 1 qizi və 1 oğlu olan ailə 3 –cü övladın da olmasındamaraqlı olsun. Daha əvvəlki vaxtlar kimi indiki ailələrdə 6,7,8 uşaq yoxdur.Heç səbəbini soruşa da bilməzsən. Adamı topa qoyub atarlar dünəninə. Deyərlərget qal orda. Ya da ki, övladlarını bətnlərindən abortla çıxartdıqları kimi səni də abort edib tullayarlar öz kiçik cəmiyyətlərindənuzağa.

Nəsilinartımını oğul üzərindən saydığımızdan oğul övladının ailədə tək olması isə ümumiyyətlə, yaxşı hal deyil. Müharibə-filan...

Mən ailələrin niyə çoxuşaqlı olmamağını başa düşəbilmirdim. O vaxtacan ki, özüm də ailə qurdum.

Bu gün iki uşağım var. Bu uşaqları saxlamaq o qədərçətin, mürəkkəbdir ki, övladların sayınıartırmaq barədə heç fikirləşmək belə istəmirsən. Yox səhv yazdım, fikirləşirsən,amma həyata keçirmirsən. Sosial qayğılar adamı sıxır. Ayın başından cibiniqova-qova gedib çıxırsan ayın axırına. Ardıcıl ayların qovhaqovundan bezib hələ özünü arada danlamağada başlayırsan ki, nə var ey evlənməkdə. Mələyi qaçırdan sultanlıq təpənə şillələyə-şillələyəoturur çiyinində. Düşmür ordan. Bu problemlərin içində qıvrıla-qıvrıla subayada deyə bilmirsən ki, get evlən.

Doğular doğulmaz başlayır uşağın "rasxodları”. Bu o"rasxod”lardıkı əslində olmamalıdır. Sadəcə, onu kimlərsə yaradır və qoymur ki,10 milyonuncu adam 2015 və yaxud 2017-dədünyaya gəlsin. Gecikib qalır 2019-a.

Amma yenə də bu günümüzə min şükür. Mən də deyirəm,şükür. Siz də. Beləcə yaşayırıq. Bu şükür başımızı yaxşı qatır. Lazımla şükürükim salıb canımıza bilmirəm.

Sizi bilmirəm mənim içimdə dünyaya gətirmədiyim birövlad var. Atasının bətnində oturub o. Oda, atası da bilir ki, o dünyaya gəlməyəcək. Bu dünyanın dərdinin, sərinin içinəbir adəm övladını niyə ataq ki? Busosial yükün içərisinə həm özümü, həm də onu necə atım?

O övladla hər gün danışıram. Cinsiyyətini də bilmirəm.Heç fərqi də yoxdu. Həyata gəlməsə belə,adı olmasa belə özümlə yatıb özümlə durur. Yorğanı çəkib başıma aradasöhbətləşirəm də onunla. Gah bağçaya, gah məktəbə aparıram. Hara getsəm içimdədi.Ən yaxın, doğma övladım odur mənə. Onun dərdini daha çox çəkirəm. Bütün bunlarbeynimin içindəki dünyada baş verir. O dünyada ki, orda ümid də var, sevgi də,məhəbbət də, ustəlik, üzünü görmədiyimiz övladlar da.

Gör nə qədərbətnlərdə qalan övladlarımız var.



TƏQVİM / ARXİV