adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Aprel 2019 18:20
99848
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Molla bir gün eşşəyini minib şəhərə gəlir. Görür ki, bir hündür binanın qarşısına xeyli oğlan və qızlar yığışıb. Onlardan soruşur:

- Bura haradır?

- İnstitutdur.

- İnstitut nədir?

- Burda beş ilə eşşəyi adam eləyirlər.

Molla cəld eşşəkdən düşür, onu ağaca bağlayıb çıxır gedir kəndə. Beş ildən sonra həmin yerə qayıdan molla ağacın altında səliqəli geyinmiş bir cavan oğlanı görür - "düz deyirlərmiş, əsl adam olub" - deyərək onun galstukundan yapışaraq dartır ki, "gəl gedək evə". Bu hərəkəti başa düşməyib özünü təhqir olunmuş hesab edən oğlan mollanın arxasına möhkəm bir təpik ilişdirir.

Molla ufuldaya-ufuldaya deyinir:

- Adam olmağına adam olmusan, amma köhnə şıllaq atmaq adətini də tərgitməmisən.