adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

TAMAMLANMAYAN MÜSAHİBƏYƏ İNTERPRETASİYA

MƏZAHİR ƏHMƏDZADƏ
67185 | 2019-05-06 17:16

Yaxın vaxtlarınsöhbətidir. İstedadlı gənc jurnalistlərimizdən biri redaksiyada yaranmış qısaboşluqdan istifadə edərək məni söhbətə tutmuşdu. Bəzi məsələlərlə maraqlanırdı,suallar verirdi, sanki atüstü, esklüziv bir müsahibə məqamı yaranırdı. Mənağıllı və maraqlı suallardan qaçan deyiləm, çünki belədə adekvat cavabları daxoşlayıram. Söhbətimiz davam edincə otağa daxil olan Əbülfət Mədətoğlu gəncdostumuzdan soruşdu ki, nədi, müsahibə alırsan? O da cavab verdi ki, xeyir,çoxdandı Məzahir müəllimdən bəzi məsələləri soruşub öyrənmək istəyirdim. İndibaxıram gözlədiyimdən də maraqlıdı, heç müsahibəyə sığan söhbət də deyil. OndaƏbülfət Mədətoğlu öz məsləhətini bir az da elə tapşırıqsayağı verərək dedi:

- Sən məqamıboşa vermə, belə fürsət ələ düşməz...

Sonra... Sonrabiz razılaşdıq ki, baxmayaraq bir çox suallar və cavablar orijinal müsahibəovqatındadır, hər halda 2-3 günə bu söhbəti qəzet variantı üçün daha sərbəst şəraitdədavam etdirək.

...2015-ci ildənbəri gözlənilən və ya gözlənilməyən situasiyalarda həyatımın çətin anlarınıyaşamaqdayam. Sanki son 20 il ərzində 6 dəfə müxtəlif cərrahi əməliyyatlara məruzqalmağım, digər ağır itkilərin bəs deyilmiş, həyatın ağır sınaqları indən belədə intensiv xarakter alacaqmış.

Dözümdən başqaAllahdan heç nə istəmədim. Həmişə ağrı-acılarımı gizlətməyə çalışdım. Onda qalabu haqda yazılarımda söhbət açam, kimdənsə kömək, dəstək gözləyəm...

İş elə gətirdiki, yenidən səhhətim pisləşdi. Oturuşmuş 4-5 xəstəliklə yaşamağın nə qədər çətinoğduğunu çəkənlər bilər, bunu kimlərəsə danışmağın da mənası yoxdur.

Oğuz bir neçə dəfəməni arayıb söhbətin davamını - müsahibəni xatırlatsa da mümkün olmadı.

Yataqdanecə nikbin olasan ki? Yataqda son sözlərini deyərsən, son müsahibəni verərsən.Mənsə hələ yaşamaq istəyirəm.

İndiqalxıb birtəhər işimlə, sağlamlığımla məşğul olur, tədricən ətraf mühitəuyğunlaşıram. Adaptasiya istənilən kimi alınmır. Bu heç mümkün olan iş dədeyil. Ancaq hər halda mən nikbinliyimi qorumağa çalışıram, işgüzarlığımıfaydalı fəaliyyətə kökləmək həvəsindəyəm. İradəmə çox güvənirəm. Yeri gəlmişkən,inişil Türkiyədə məşhur neyrocərrah Necat Akalan mənimlə birlikdə İstanbula gedənhəkimimə beləcə demişdi: "Başqa birisi bu əzablara dözə bilməz, intihar edərdi...".

...EşidirəmOğuz iş yerini dəyişib, uğurlar arzulayıram. Onu "Ədalət" Oğuz Ayvazkimi tanıtdı, bunu heç vaxt unutmamalıdır. Eləcə Aqil Abbasın xüsusiqayğılarını da. Yarımçıq qalmış müsahibəmiz nə vaxtsa davam edə bilər. Bu dahaçox Oğuz üçün maraqlı olar, necə ki, mənim bəzi cavablarım onu heyrətləndirmişdi.Təsadüfə və reallığın acı ironiyasına bax ki, Oğuzun ilk sualı da mənim xoşagəlməzdavamlı əhvalımla bağlı idi. Təxminən belə: "Uzun müddətdi mətbuatdaorijinal və ədəbi yazılarınızla çıxış etmirsiniz, bildiyim qədər səhhətinizləbağlıdır...". Heç 3-4 gün keçməmiş həqiqətən xəstəliklərim yenidən kəskinləşərəkiradəmi...

Nəisə. Təəssüf ki, belədir, təəssüf ki, belə davam edir. Yazmağa, yaxşı yazmağa,ötənlərdəki kimi çalışmağa, yaşamağa gücüm çatmır...

Görəsənnə vaxtsa bu çatışmazlıqları aradan qaldıra biləcəyəmmi?

...Ancaqçox xarakterik suallar idi: jurnalistikadan, əyalətdə qəzetə maraqdan,dostluqdan, ədəbiyyatdan, dinə, qadına münasibətdən, mənim Göyçayımdan,idmandan...

İdmanmövzusunda söhbət edərkən daha çox futbola üstünlük verən gənc dostum, ilkkumirimin Eduard Markarov olduğunu eşidəndə bərk təəccübləndi. Yəni nəyə görə Ələkbər Məmmədov, KazbekTuayev, Anatoli Banişevski və başqaları yox, məhz erməni Markarov? 12-13 yaşlıbir yeniyetmə uzaqgörənlik edə bilməzdi ki. Onda gərək mən, məşhur yazıçı HrantMatevosiyanın da üstündən xətt çəkəm, ondan oxuduqlarımı unudam.

Sonralarsa Pele,Qarrinça, Eysebio, Bekkenbauer, Maradona, Ronaldiniyo... İndi isə tam səmimibildirirəm: əgər futbol təkcə bizim planetdə oynalırsa Leonel Messi əbədi olaraqheç kimlə müqayisə edilməyəcək. Əsl əfsanənin başlanğıcı və sonu Messidir.

Daha sonra mənOğuza yüngül atletikadan Fosbrünü, BonBimonu, Sergey Bubkanı, Useyin Boltu və başqalarını xatırladaraq, şahmata keçidetdim. Şahmatı dünyada daha çox məşhurlaşdıran dahini - Fişeri yada saldım.Şaybalı hokkeydən danışdım. Bütün idman növləri inkişaf edir, şaybalı hokkeysə70-ci illərin əvvəllərindən 80-ci illərin sonlarına qədər daha mükəmməl vəecazkar olubdur dedim. Şaybalı hokkey Kanadada yaransa da rus və çex-slovakhokkeyinin keçmiş ulduzlarından danışdım. Tretyak, Vasiliyev, Davıdov,Kasotonov, Fetisov, Bilaləddinov, Yakuşev, Starşinov qardaşları, Maltsev,Mixaylov, Almetov, Zimin, Mayorov, Firsov, Xarlamov, Makarov...Çexoslovaklardan Dzurilla, Qaşek, Şyastnı qardaşları, Pospışıl, Maxaç, Svoboda,Kadlets, Çernı, Nedomanski, Vlk, Sırxa, Kaberle, Martinets, Qlinika...

Sonralar biz nəhayətki, Kanada ulduzlarının, yəni əsl peşəkarların (guya ruslar peşəkar deyildi) daoyunlarını görə bildik - 70-ci illərin əvvəllərində. Bunlar ardıcıllaşdıqca əfsanəviEspozitonu, Robinsonu, Potvini, Salminqi, Saavarı, Cilberti, ata-oğullarHouları, Klarkı, Qretskini, Lömyeni, Sittleri, Perronu və xüsusilə daha estetikvə ecazkar oyunu ilə məni heyrətə gətirən Gi Lefleri... Bunlar hamısı parlaqulduzlar idi.

Son illər isəMHL-də uzaqbaşı 2-3 ulduz haqqında danışılır. Rus Oveçkin, kanadalı Krosbi... Gəncdostumu daha çox təəccübləndirən bütün bunları, 30-40 il əvvəllərə aid olan əhvalatlarıbirbaşa söyləməyim, yəni əlimin altında heç bir yazılı və ya texniki vasitəolmadan xatırlamağım idi.

Söhbət ədəbiyyatınüzərinə gələndə isə vəziyyət müqayisələr baxımından bir qədər dramatikləşdi. O,postmodern təbliğçisi və nümayəndəsi, mənsə klassik romançılığın tərəfdarı.Umberte Ekonu, Pelevini, Knut Hamsunu, lap elə Orxan Pamukun özünü mən hansı əsaslaViktor Hüqo, Dostayevski və Tolustoydan üzü bəri Alber Kamyudan, Henrix Bölldən,Voyniçdən, Folknerdən, Hemenqueydən, Markesdən... daha istedadlı və ya nəsə digərbir üstünlüklə fərqləndirə bilərəm? Bu hal digər sənət növlərində də belədir.Klassik və realist üslub heç vaxt surrealizm, impressionizm... cərəyanlarınauduzmayıb. Rəssamlıq kimi, memarlıqda da eyni hal yaşanır. İnsanları daha çoxözünə çəkən meqapolislərin şüşəli göydələnləri, abstrakt təfəkkürün tikililəridir,yoxsa şərqin özünəməxsusluğu, qərbin qotika, barokko və digər "zahirənsakit" memarlıq məktəbləri? Ancaq hər birini öyrənmək, bilmək və müqayisəaparmağı bacarmaq da lazımdır.

Obyektiv səbəbdənson vaxtlar az oxuyuram. Bəzən əvvəllər oxuduqlarıma qayıdıram, bəzən heçoxumuram. 2 ay əvvəl xəstəxanada yatarkən gündəlik qəzetlərimi mümkün qədəroxuyub bir az rahatlanırdım. Cəmi 5-6 qəzet. Bir gün həm öz qəzetimdə, həm də"Ədəbiyyat" qəzetində Aqil Abbasın hekayəsi ilə qarşılaşdım. Gizlətmirəm,əvvəlcə başlıq və ithaf məni bir qədər çaşdırdı, Zarafat üslublu yazı olduğunudüşündüm. Anidən intuisiyam məni diksindirdi. Tələsik oxumağa başladım.Dağlı-aranlı bütün Qarabağ gözlərim önündə canlandı. Halbuki, Yoldan vəAğdamdan başqa heç yerin təsviri yoxdur. Yazıçı səni düşünməyə vadar edir. SəniŞuşaya, Laçına, Ağcabədiyə... hətta "İstepanakertə" də aparır. Mənilk dəfə idi ki, bir əsəri oxuyub bitirən kimi 10-15 dəqiqə sonra yenidənoxumağa başladım. Bu bir şedevr idi, Ədəbiyyat üçün, zövqlü və zəngindünyagörüşə malik oxucu üçün qiymətsiz hədiyyə idi. Əvvəldən axıradək oxucuyayumor, şən ovqat, kolorit zənginliyi bəxş edən bu hekayə müəllifə hansı... əzablarbahasına başa gəlib görəsən? Burada unikal bir obraz kimi Dayı da (görəsən buobrazın prototipi varmı, indi həyatdamı?), digər obraz və əhvalatlar da sanki səninləbir yerdədir, canlıdır, dipdiridir. Addımbaşı (sətirbaşı) təbəssümə bürünmüş qəribəyumor, bir zamanlar yaşadığın koloritin yenidən canlanması, nikbinlik, həttaMalik Fərrux... Bu şedevrin həm də sənin olduğuna necə sevinməyəsən ki?

Yazıçı sənisevindirdi!

Ancaq mən dəqiqbilirəm ki, onun bu hekayəsi həmin yumor və koloriti ilə həm də nisgildən, qəhərdən,gizlin göz yaşlarından sellənib gəlib. Səbəbini özü hamıdan yaxşı bilir.

Yox, bu şedevr əsəritəhlil etmək fikirində deyiləm, buna heç gücüm də çatmaz. Oxucu kimi sevincimibölüşürəm. Əsas məqsədim gənc yazarımıza ədəbiyyat söhbətimizin mühüm istiqamətlərindənbirini açıqlamaq, indiki dövrdə, Azərbaycan ədəbi mühitində belə bir möhtəşəm əsərləhamının tanış olmaq zərurətini razılaşmaq idi.

Razılaşdıq da.

Bir məsələni dəxüsusi vurğulamaq fikrindəyəm. Mən hansısa böyük ədibləri oxuyub sevmək, müəyyənzaman sürəsində onlardan təsirlənmək iddialarını qəbul etsəm də, ancaq əslyazıçının sonda özü olduğunun təsdiqinə daha çox önəm verirəm. Necə ki, AqilAbbas son dövr ədəbi yaradıcılığı ilə bunun bir gerçəklik olduğuna məndə (yəqinki, bir çox oxucularında da) tam əminlik yarada bildi.

Ədəbiyyatlabağlı cavab və düşüncələrimi burada fasiləyə buraxıram. Bu çox uzun söhbətdir,bir yazıya sığmayan əbədi sevgi kimi bir hissdir. Ömrümüz boyu bunu yaşamağaçalışırıq. Elə qəzetçiliyi, əsl jurnalistikanı da.

P.S. Düşüncələrlabirintində azıb qalmasam, sağlamlığım imkan versə əgər, güman ki, bu mövzuyasistemli şəkildə qayıdacağam. Çox mövzular haqqında düşünürəm. Ancaq qələməalmaq gücüm əvvəllərdə olduğu kimi deyil. Bir vaxtlar yazılarımı oxuyub mənə təşəkküredən həmkarlarımdan və oxucularımdan üzr istəyib yola davam etmək amacındayam.Heç kimdən nə bir kömək, nə yardım, hətta dəstək belə arzulamıram. Həyatımı fədaetdiklərimdən nə gördüm ki, dost-tanışdan nə umam? Allah nə məsləhət bilir,odur. Mən çoxdan ONUN dərd-qəminə də, sevgisinə də qovuşmuşam...

TƏQVİM / ARXİV