adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Nicat NOVRUZOĞLU: AXIR Kİ DEPUTATIN SÖZÜ EŞİDİLDİ

NİCAT NOVRUZOĞLU
59769 | 2019-05-09 10:15

Deputatlar həm MilliMəclisdə bir çox problemlər qaldırırlar,həm bir çox problemlərlə bağlı mətbuatdaçıxış edirlər, həm də bu problemlərinaradan qaldırılması ilə bağlı dövlətorqanları qarşısında məsələ qaldırırlar.Demək olar ki, hamısı da qalır kağız üzərində.

Nəhayət, dünən sevindirici bir xəbər aldıq. Hörmətli millət vəkili Rasim Musabəyov sosial şəbəkədə «Azneft» tərəfdə yeraltı keçiddə bir uşağın pop-korn satmasını qınamışdı: «Bakılıları və şəhərin qonaqlarınısevindirmək üçün dövlətin milyonlarla manat vəsaitininxərcləndiyi pop-korn satıcısı həyasızcasınayerləşib və yanıq qoxusu ilə bütün ətrafı iyləndirib. İcazəsiz işləyir, dövlətin elektrikenerjisindən pulsuz istifadə edir,vergi ödəmir. Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kim tədbir görəcək?» Cümlə bir az ermənibudaq cümləsidi. Məsələn, «bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat xərcləndiyi pop-korn satıcısı…» Yəni, doğrudanmıdövlət bu pop-korn satıcısına bakılılarıvə şəhərin qonaqlarını sevindirmək üçün dövlətinmilyonlarla manat vəsaitini xərcləyib?Və bu satıcı da bizi qonaqların qarşısındabiabır edib. Nə isə, bunları boş verin.


Əsas məsələ odurki, hörmətli millət vəkilinin sözünü dərhaləlaqədar təşkilatlar eşidib və «dövlətin milyonlarla manat vəsaitininxərcləndiyi pop-korn satıcısı»nı hop-stop götürüblər.

Kaş millət vəkillərininsəsini bax, beləcə, dərhal eşidəydilər. Sağ olun, Rasim müəllim, bizi qonaqlarınqarşısında biabır olmaqdan qurtardınız.

Bakı gözəl şəhər, mehriban diyar…



TƏQVİM / ARXİV