SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BİZ NƏ QAYIRAQ Kİ...

  44755   |  
Şriftin ölçüsü  

... Başqa millətlər bir də görürsən ki, nəsə qayırdılar və qayırdıqları zad da dünyada bəh-bəhlə qarşılandı. Onlar belə zadları qayırmaqda çox pərkardılar. Ona görə pərkardılar ki, avropalılar, amerikalılar bilirlər nə qayırmaq lazımdı və onu da necə başqalarına ötürmək olar? Bu zadlar ki, var çox qəliz, həm də xeyir gətirən şeydi...

Heç də avropalılar və amerikalılar hər zadı asanlıqla əldə eləmirlər. Onların bizdən fərqi odur ki, oturub səhərə qədər bizim kimi millətin irəlidə olan adamlarını müzakirə eləmirlər, qeybətini qırmırlar. Çox qəribədir ey, görəsən, bu avropalılar biz tərəflərə gəlib çıxmayıblarmı? Çıxıblar, niyə çıxmayıblar? Amma onlar bizdən fərqli olaraq bizim yaxşı şeylərimizi götürürlər.

Bir dəfə bir avropalı gəlib metroya minəndə görür ki, bizim cavanlar qocalara, uşaqlara, qadınlara yer verirlər. Onun da gözü kəlləsinə çıxır və gedib öz məmləkətində deyir ki, mən Bakıda oldum, bizdə olmayan mədəniyyət gördüm. Gördüm ki, insanlar özlərindən yaşlı adamlara yer verirlər...

... Və bu avropalı da öz ölkəsinə gedəndən sonra yaşlılara yer verir. Biz isə avropalıların ən düşük, ən axmaq hərəkətlərini göydə qapırıq. Məsələn, avropalılar ötən əsrin 70-ci illərində sinəsi açıq gəziblər, bizim xanımlar isə indi lüt soyunub gəzirlər. Bunu da bizimkilər görəndə gözləri kəlləsinə çıxır. Gözlərini sinəsi açıq xanıma zilləyib elə baxır ki, o xanım da əsəbləşir və dişinin dibindən çıxanı oğlana deyir. Oğlan köpəkoğlu neyləsin? Görür ki, qız dediyimiz bu məxluqun hər tərəfi açıqdı və hər tərəfi açıq olana baxmasa ürəyi partlayar. Qız ona "kaştan” desə də, heç oğlanın vecinə də deyil...

İstanbulda bir neçə dəfə olmuşam, vallah, onlar bizim kimi soyunub gəzmirlər. Ən yaxşı halda hansısa əcnəbi qadın şortik və sinəsi açıq görünə bilər, ona da heç kəs başını qaldırıb baxmır. Bizdəkilər isə belə sinəsi açıq qadınları gözləri ilə "yeyirlər”.

Biz avropalıların yaxşı zadlarını heç cürə öyrənmək istəmirik. Məsələn, biz öyrənmək istəmirik ki, avropalılar pul verib heç vaxt diplom alımırlar və vəzifəyə keçmirlər. Onlar elm dalınca gedirlər, nəinki öz ölkələrində, hətta daha inkişaf etmiş məmləkətə üz tuturlar. Oxuyub, öyrənib vətəninə qayıdırlar. Tay bizimkilər kimi Londonda, Parisdə, orda-burda vaxt keçirib kef eləyib ölkəyə dönmürlər.

... Bir imkanlı tanışım var. Oğlunu Londonda oxumağa göndərmişdi. O uşaq da oxumaq əvəzinə gedib orda pis-pis şeylər öyrəndi, axırda da Seyid Əzim Şirvaninin satirasındakı "Mücttəhidin təhsildən qayıtması” kimi bir günə düşdü. Yəni dədəsinin pullarını havaya sovurdu, barlarda, restoranlarda kef çəkdi, axırda da avara bir uşaq kimi qayıdıb gəldi. Dədəsi də gördü ki, uşağın avaralığı bir yana, həm də narkomandı, kişinin fikir-xəyaldan ürəyi partladı.

Bəs biz nağayraq ki, avropalılar kimi irəli gedək? Bax, bu sual çox qəliz və mürəkkəb bir sualdır. Çünki bu sualı millətə XX əsrin əvvəllərində Mirzə Cəlil də verib, Üzeyir Hacıbəyov da, Əbdürrəhim bəy Haqverdiyev də. Sualın cavabı isə heç vaxt millət tərəfindən verilməyib. Yəni millətin başı qarışıb cinə, şeytana, alverə-malverə, elm və oxumaq yaddan çıxıb. Bir-iki elm dalınca gedib oxuyan olubsa da, onları da qayıdanda cahillər və nadanlar hoydu-hoyduya salıblar. Və hoydu-hoyduya düşən o savadlı, ziyalı adamlar görüblər ki, bu məmləkətdə onlara yer yoxdu, dönüblər gəldikləri yerə. Elə gəldikləri yerdə də "vətən, vətən” deyə-deyə ürəkləri partlayıb.

Heç indi də "vətən” deyənləri bu vətəndə bir o qədər sevmirlər. Çünki istedadlını, savadlını və millətin yolunda şam kimi əriyən adamları yüksək vəzifədə oturan şəxslər görmək istəmirlər. Niyə görmək istəmilər, bu bəllidir. Çünki savadsız, cahil və nadan vəzifə sahibi o istedada necə qiymət verə bilər? Gərək özünün savadın, elmin, təhsilin olsun ki, o bilikli adama dəyər verə biləsən.

Ermənilər də, gürcülər də öz millətinin savadlı adamlarını daha çox irəli çəkirlər. Bizdə isə əksinədir. Arxan varsa, kiminsə yerlisisənsə, sənə zaval yoxdur. İstədiyin kürsüyə gedib çıxa biləcəksən. Başqa millətlərdə yuxarı qalxmaq üçün elm və savad tələb olunur, bizdə isə arxa və kiminsə yerlisi olmaq!..

Hələ ki, papağını qoruyub bir fikirləşən yoxdur ki, ay bala, bəs biz niyə bu gündəyik? Elə torpaqlarımız da, evimiz də, eşiyimiz də çox vaxt bizim zəifliyimizdən və acizliyimizdən əlimizdən alınıb. Başqa millətin bir qarış torpağını əlindən alsan, dünyanı dağıdar. Bizim o boyda torpaqlarımız gedib, altıda alımımız yoxdu, beşdə verimimiz; hər gün televiziya kanallarında toy-bayramdı, kef-damaqdı! Heç elə bil ki, 20 faiz torpağını itirən biz deyilik ey! Adə, qoyma gəldi ha, vur çatlasın, çal oynasın!!!

İndi də gürcülər deyir ki, bəs filan kilsə bizimdi, oranı verin bizə. Yoxsa aləmi bir-birinə qarışdırarıq. Bizim də siyasətçilər başının altına yastıq qoyub hələ ki, yatıblar. Yəqin oyanarlar, inşallah! Amma qorxuruq onlar oyanana qədər bizim başımıza ikinci Qarabağ hadisəsi gələ!

Biz ona görə irəli gedə bilmirik ki, başımız bir-birimizlə söyüşməyə, vuruşmağa qarışıb. İqtidar müxalifəti söyür, müxalifət də iqtidarı. İşlərimiz isə get-gedə düyünə düşür. Biz ona görə irəli gedə bilmirik ki, başımıza gələn faciələrdən nəticə çıxarmırıq. İçimizdə şipyon axtarırıq. Şipyon da kim çıxacaq bilinmir. İndi nə zad qayıraq ki, biz irəli gedək! Qoy bunun barədə başbilənlər düşünsünlər...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK