adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Yorğun əsgər gödəkcəsi

ULUCAY AKİF
31170 | 2019-05-15 14:42

Bir dostum məni şəhərdə çay içməyə dəvət etmişdi. Mən də bir azxəstələnmişəm deyə, bir az da tənbəllikdən dostumdan xahiş elədim ki, gəlsin biztərəfə. Bayılın "20-ci sahə” adlanan yerinə. Sağ olsun,gəldi.

Biz tərəfdə "Veteran" adlandırılan kafe var, dostlarımlahəmişə orda otururuq. Burada daha çox veteranlar, yaşlılar, pensionerlər otururdeyə hamı oranı bu cür adlandırır.

Veteran kafesini işlədən Zakir dayı məni 1-2 dəfə televizorda görübdeyə burada xüsusi hörmətim var. Məsələn, hamıya 15 dəqiqədən bir təzə çaygətirirlər, mən isə özüm deməsəm gətirmirlər,yəni, pulumuz olmayanda dostlarımla bu kafedə 1 manata çay alıb saatlarla oturabilirik.

Nəysə. Dəvət etdiyim dostumtəşrifetdibizim"Veterankafemizə. Hava gözəlolduğundan elə kafeninhəyətində oturduq. Zakir dayı gördü ki, yeni qonağım var, ofisiant göndərmədi,özü yaxınlaşdı. Məni və dostumu salamladı, bir azhal-əhval tutduqdan sonranə istədiyinizi soruşdu:

-Yaxşı bir çay dəmləyib  yanında da nələrsəverin də, Zakirdayı.

Birazdanbir çaynik,iki armudu stəkan (nəlbəkisiz) və bir nəlbəkidə 4 büzüşmüş limon dilimisüfrəmizə gəldi.

Adamınüstə Allah var, Veteranda limon verildiyini birinci dəfə görürdüm deyəbu xüsusi xidmətdən birxeyli məmnun olmuşdum. Zakir dayı da məmnun olduğumu hissedib təbəssümlə mənə baxdı.Baxışlarımla təşəkkür etdiyimi bildirdim.

Dostum"Şokolad ya mürəbbəəəə..." demək istəyəndəsussun deyə ayağımlaayağına bərk vurdum, susdu. Zakir dayı eşitmədi.

Zakirdayı gedəndən sonra dostuma dedim ki, burada şokolad istəmə, snikersin"kitayski" versiyasını gətirirlər. Getdim tez yaxınlıqdakı marketdən 2-3şirin şey aldım.

Eləyerimə keçib dinməzcə oturmaq istəyəndə Zakir dayıyla göz-gözə gəldik. Birincimənə, sonra əlimdəki gizlətməyəçalışdığım torbaya baxdı.Bu məqam fonda hüznlü bir türk musiqisinin səsləndiyini hiss etdim.Utandım.Nəsə deməyə cəhd etdiyimdə isə Zakir dayı artıq üzünü döndərib getmişdi. Dilxorşəkildə yerimə keçdim.

Birazdan hava sərinləməyə başladı.Dostum Zakir dayını səslədi. Zakir dayı masamıza yaxınlaşanda mənə tərəfbaxmağı lazım belə bilmir, hətta mən yoxmuşam kimi davranırdı:

- Zəhmət olmasa üstümə atmağa nəsəverə bilərsiniz? – Veteran kafesini şəhərdəki elit məkanlarla səhv salan dostumdedi.

Zakir dayı əynindəki hərbi xidmətdənqalan əsgər gödəkçəsini çıxarıb dostuma verdi və məndən küsdüyünü bildirən baxışlarlamənə bir anlıq nəzər salıb uzaqlaşdı.

 Əsgər gödəkcəsi bütün köhnəliyi vəyorğunluğu ilə mənə baxırdı. Gödəkcənin də məndən küsdüyünü, hətta məndənküsdüyünü hiss etdim.

 

TƏQVİM / ARXİV