adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Xanəndə tamaşaçılardan test imtahanı götürəcək

ETİBAR CƏBRAYILOĞLU
46513 | 2019-05-17 18:04

O, bir Turansevdalısı...

O, xarakteri,yaşam tərzi, böyütdüyü övladları ilə örnək ola biləcək bir Azərbaycan xanımı...

O, elinə-obasına,ölkəsinə, dövlətinə başucalığı gətirən bir vətəndaş...

O, səsi, sənətiilə Azərbaycan musiqisini dünyada layiqincə təmsil etməyə çalışan, UNESKO tərəfindənkompakt-diski buraxılan bir xanəndə...

O, Azərbaycanınqəhrəmanlıq tarixində şərəfli yerlərdən birini tutan Cavad xanın ömür-günyoldaşı Şükufə xanımın filmdə bədii obrazını yaradan istedadlı bir aktrisa...

O, Mədəniyyət vəİncəsənət Universitetində, Bülbül adına orta ixtisas musiqi məktəbində tələbələryetişdirən bacarıqlı pedaqoq...

O,Əməkdar artist Nuriyyə Hüseynova...

Azərbaycanınvə dünyanın müxtəlif ölkələrində konsert proqramları ilə çıxış edən Nuriyyəxanım Heydər Əliyev Sarayında "Eşq bir sirdir" adlı ilk böyüksolo-konsertinə hazırlaşır. İyunun 5-i yaxınlaşdıqca məşqlər daha da intensivləşir.Tanınmış xanəndə ilə növbəti məşqdən öncə söhbətləşirik.

-Nuriyyə xanım, yaradıcılığınızı yaxından izləyən biri kimi deyə bilərəm ki,tez-tez konsert proqramları ilə çıxış edirsiz, sonuncu konsertinizdən o qədər dəçox vaxt keçməyib...

-Sənətlə məşğul olan insanlar, özəlliklə də biz xanəndələr daim xalqınarasındayıq. Düşünürəm ki, təkcətelekanallarda, radio efirlərində, el məclislərində çıxış etməklə kifayətlənməməli,böyük konsert salonlarında da tamaşaçılar qarşısında hesabat verməliyik.

Müxtəlifillərdə Filarmoniyada, Akademik Opera və Balet Teatrının səhnəsində, Muğam Mərkəzindəsolo-konsertlər vermişəm. 2017-ci ildə Avstriyanın Vyana şəhərində keçirilənkonsertim də yaradıcılıq bioqrafiyamda önəmli yer tutur. Avropanın mədəniyyətpaytaxtlarından biri sayılan bu şəhərdə Vyananın "Virtuoz" KameraOrkestri ilə çıxışım uğurlu alındı. Müxtəlif ölkələri təmsil edən tamaşaçılarmuğam və xalq mahnılarımızı, Azərbaycan bəstəkarlarının əsərlərini böyükmaraqla qarşıladılar. Əcnəbilər tərəfindən alqışlanmaq, dəfələrlə səhnəyə dəvətolunmaq təbii ki, qürurvericidir. Ötən il ABŞ-ın Çikaqo şəhərindəki konsertim dəyüksək səviyyədə keçdi.

Qeydetdiyiniz kimi, Bakıda sonuncu konsertimdən o qədər də çox zaman keçməyib. Ötənilin yayında Muğam Mərkəzinin səhnəsində Mədəniyyət və İncəsənət Universitetindəkitələbələrimlə "Vətənimizi sevirik" adlı kompozisiya ilə çıxışım olduvə biz bu konserti Cümhuriyyətimizin şanlı 100 illiyinə həsr etdik. NoyabrdaMilli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdindəki "Dədə Qorqud"ansamblı ilə "Bura Vətəndir" adlı konsert verdim. Qeyd etdiyinizkimi, qısa fasilədən sonra yenidən tamaşaçılarla görüşə hazırlaşıram. Ölkəmizinən möhtəşəm salonunda- Heydər Əliyev Sarayında ilk böyük solo-konsertim olacaq.

-Konsertin adından da göründüyü kimi həmin axşam "Eşq bir sirdir"mahnısını ifanızda bir daha eşitmək imkanı olacaq...

-"Eşq bir sirdir" 10 ildən çoxdur ki, repertuarımdadır. Düşünürəm ki,istər ölkəmizdə, istərsə də Azərbaycandan kənarda tanınmağımda və populyarlıqqazanmağımda bu mahnının böyük rolu olub. Yaratdığınız fürsətdən istifadə edib"Eşq bir sirdir" kimi əsəri ərsəyə gətirən insanlara- mahnının sözləriniyazan Nizami Muradoğluna, bəstəkarı-qızım Çilənay xanıma, aranjiman edəni Mahirİbrahimova və səs rejissoru Elçin Əhmədova bir daha təşəkkürümü yetirirəm.

-Bu gün izlədiyim məşqdən belə anlaşıldı ki, solo-konsertdə həm muğamlarımız, həmdə bəstəkar mahnıları səslənəcək...


-Repertuar seçiminə həmişə ciddi yanaşmağa çalışıram, çünki bu, həssaslıq tələbedən məsələdir. Solo-konsertlərdə çox ağır musiqi ilə tamaşaçını yormaq olmaz,proqram elə tərtib edilməlidir ki, konsertə gələnlər vaxtın necə gəlib-getdiyinihiss etməsinlər. Əvvəlki konsertlərimdə olduğu kimi, bu dəfə dəmuğamlarımızdan, təsniflərdən və görkəmli bəstəkarlarımızın əsərlərindən ibarət2 hissəli proqram hazırlamışam. Ölkə rəhbərinin sərəncamı ilə bu il "Nəsimiİli" elan olunub. Repertuarda bunu də nəzərə almağa çalışmışam, konsertdəNəsiminin qəzəlləri səslənəcək. İyunun 5-i həm də nakam taleli şairimiz Müşfiqindoğum günüdür, onun sözlərinə bəstələnən mahnılar səslənəcək. Eyni zamanda, bugün Türkiyədə, Cənubi Azərbaycanımızda sevilən türkilər ifa edəcəm. İyunun 5-iAzərbaycanımızda həm də Ramazan bayramı qeyd olunacaq. Mövlanənin, Yunus Əmrəninsözlərinə bəstələnən ilahilərlər də ifa etməyi də düşünürəm. Düşüncəmə görə,Allaha varmağın yolu təkcə məscidlər, camelər gəzməkdən keçmir, o yollardanbiri də insanın özünə varmaqdır. Bu yolu gedən insan sonda hökmən Allahınavaracaq. Tanıyanlar yaxşı bilir ki, mən Turan sevdası ilə yaşayan, millətimisevən, ermənilər xaric bütün millətlərə, dinlərə sayğı ilə yanaşan birinsanam.

Məşqingedişindən də gördüyünüz kimi, çox ciddi və məsuliyyətlə çalışırıq. Hər zamanbunu söyləyirəm, səhnə ön cəbhədir, orda qalibiyyət də var, məğlubiyyət də. Səhnədəməsuliyyət hiss etməsən, fədakarlıq göstərməsən, sənətə, tamaşaçıya eşqlə,sevgi ilə yanaşmasan məğlub olarsan.Solo-konsertdə Mövlanənin, Yunus Əmrənin, Nəsiminin, Hüseyn Cavidin, Müşfiqin tərənnümetdiyi sevgidən bir çələng hörməyə çalışacağıq.

-Solo-konsertin aparıcılığını kimə etibar edəcəksiz?

-Gözəl sənətkara, qardaş saydığım dəyərli bir insana. Amma onun adını hələaçıqlamaq istəmirəm. Məni səhnədə "Dədə Qorqud" ansamblı müşayiət edəcək,amma kənardan da bir neçə musiqiçi dəvət etmişəm. Həmin axşam musiqili qonağımda olacaq, onu da hələlik gizli saxlayıram. Deyirsiniz ki, konsertlə bağlıbütün sirləri açım?

-Niyə də yox?

-Qoy bəzi məsələlər konsert başlayana qədər dəyərli tamaşaçılarım üçün gizliqalsın.

-Hətta sponsorun adı da?

-Nuriyyə Hüseynovanın solo-konsertinin sponsoru yoxdur. Bütün məsələləri özüm həlledirəm. Amma həmin gün tədbirimizin yüksək səviyyədə alınması üçün çalışaninsanlar var, onları mütləq qeyd etməliyəm. Heydər Əliyev Sarayının direktoru Fərhad Babayev,İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov məhz belə insanlardı. İTVsolo-konserti lentə alıb televiziya tamaşaçılarına təqdim etməyi planlaşdırır,bunun özü mədəniyyətimizə, musiqimizə verilən dəyərin bir nümunəsidir.

- Bilet satışıilə maraqlanırsızmı?

- Təbii ki,maraqlanıram. Satış hələlik pis getmir, konsert gününə qədər biletlərin satılıbqurtaracağına inanıram. Bayaq qeyd etdiyim kimi, sənətkar gərək tamaşaçıyasevgi, sayğı ilə yanaşsın. Eyni zamanda da tamaşaçının münasibəti də qarşılıqlıolmalıdır. Bu eşq, bu sevgi qarşılıqlı olmasa heç kimi məcburən konsertsalonuna gətirib 2 saat orada oturda bilməzsən. Son günlər Türkiyədən, İrandanzəng edib konsertimdə iştirak etmək üçün Bakıya gələcəklərini deyənlər var,sosial şəbəkələr üzərindən də xeyli tamaşaçım yazır, bilet aldıqlarınıbildirirlər.

Deyirlər hər birsolo-konsert sənətkar üçün tamaşaçıları qarşısında bir imtahandır. Mən də bufikirlə razıyam. Lakin hesab edirəm ki, "Eşq bir sirdir" adlısolo-konsertim həm də tamaşaçılar üçün bir test imtahanı olacaq. Bilmək istəyirəmki, onlar ciddi sənətlə məşğul olan sənətkarı çox dəyərləndirir, yoxsa şou göstərənşoumeni...

EtibarCƏBRAYILOĞLU


TƏQVİM / ARXİV