adalet.az header logo
  • Bakı 11°C

MÜHACİRLƏR - Mehman CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
89744 | 2019-05-23 17:58

"Həyat çox yeknəsək idi... Şəhərciyin əhalisi kişilər və qadınlardan başqa bir dənazirlərdən və generallardan ibarət idi... İctimai hadisələr onları o qədər dəmaraqlandırmırdı... Daha çox rus borşu şüarı altında, özü də kiçik qruplarlatoplaşırdılar, çünki hamı bir-birinə o qədər nifrət edirdi ki, on nəfəri digəron nəfərlə düşmən olmayan iyirmi adamı biryerə yığmaq mümkün deyildi... Onu (şəhərciyi – M.C.) nə boş düzəngah, nəmeşələr, nə də vadilər əhatə eləyirdi, onu möcüzəli muzeyləri, rəsmqalereyaları, teatrlarıyla dünyanın ən gözəl paytaxtının küçələridövrələmişdi... Ancaq şəhərciyin sakinləri paytaxt əhalisiyləqaynayıb-qarışmırdılar, yad mədəniyyətin bəhrəsindən faydalanmırdılar... Paytaxtsakinləri nə vaxtsa mədəni dünya asteklərlə maraqlandığı kimi əvvəl-əvvəl onlaramaraqla tamaşa edir, davranışlarını, vərdişlərini, məişətini öyrənirdilər...Sonra bu maraq söndü... Öztayfalarından kimsə oğru, dələduz və ya satqın çıxanda şəhərciyin adamlarısevinrdilər... Onlar heç vaxt gülmürdülər, daim acıqlı və hirsliydilər”.

Bu cümlələr Oktyabr inqilabından sonra Avropaya mühacirət eləmiş məşhurrus yazıçısı Teffinin həcmcə yuxarıdakı iqtibaslardan vur-tut üç dəfə böyük,mahiyyətcə isə bir romanın yükünü daşıyan "Şəhərcik” adlı hekayəsindəngötürülüb. Haqqında söhbət gedən həmin şəhərcik Parisdə yerləşirdi.

***

1921-ci ildə Praqada rus mühacirlərinin "Dönüş nöqtəsinin dəyişməsi”adlı publisistik məqalələr toplusu nəşrolunur. Kitabın adı məşhur rus filosof, sosioloq, hüquqşünüs və teoloqlarının "Dönüş nöqtəsi” adlı başqa bir məqalələr toplusunaallyuziya idi. 1909-cu ildə Moskvada nəşr olunmuş birinci topluda 1905-07-ci illər inqilabındansonra yaranmış situasiyanın təhlili, ölkəningələcək taleyi və inkişaf perspektivləri barədə mülahizələr öz əksini tapmışdı.Fərqli dünyagörüşlərə malik müəlliflərin qələmindən çıxan həmin yazıları birləşdirənbir ortaq cəhət var idi: siyasi radikalizmdən imtina eləmək, inqilab vəkataklizmlərdən qaçmaq, zorakılıqlarla, sarsıntılarla müşayiət olunmayan yollagetmək! Az müddət ərzində ağlasığmaz populyarlıq qazanmış və ard-arda bir neçədəfə yüksək tirajla çap olunmuş bu məzmunlu bir kitab təbii ki, cəmiyyətin radikalkəsimi tərəfindən qəbul edilə bilməzdi. Elə də oldu. Toplu Lenin başda olmaqlabolşeviklər tərəfindən süngüylə qarşılandı.

İkinci kitabın müəlliflərisə Oktyabr inqilabından sonra vətəndən didərgindüşmüş mühacirlər idilər. Bu kitabdakı məqalələrdə millətin birliyi və dövlətinqüdrəti naminə vəziyyətlə barışmaq, inqilabın nəticələrini qəbul eləmək təbliğedilir, vətənə dönüb yeni rejimlə əməkdaşlıq etmək təklif olunurdu. Birincitoplu kimi bu da bir-birinə tam əks reaksiyalar doğurdu. Bəziləri burdakıtezislərlə razılaşsa da radikal ovqatlı mühacirət bunu satqınlıq və xəyanətadlandırdı. Bu dəfə artıq bolşeviklər yumşaq mövqe sərgilədilər vəradikallıqdan imtinanı çox düzgün addım kimi qiymətləndirdilər. Üstəlik, Praqatoplusu bir neçə dəfə SSRİ-də də nəşr olundu.

Həmin vaxt Avropa rus mühacirləriylə dolub-daşırdı. Onlar əsasən dördsosial zümrənin təmsilçiləriydilər. Çar ordusunun yüksək çinli hərbçiləri vəməmurları, zadəganlar və mülkədarlar, din xadimləri və nəhayət, ziyalılar.Birincilər bolşeviklərin qan, ikincilər sinfi düşmənləri olduqları üçün onlarıngeri dönüşü mümkün deyildi. Ziyalılar mühacirətinə isə elə hökumət özü şəraityaratmışdı, çünki proletar hökumətinin əl-ayağına dolaşırdılar. Üstəlik, həminhökumətin başçısının, yəni "ziyalılarxalqın beyni deyil, poxdurlar” kəlamınınmüəllifi Leninin onlara patoloji nifrəti var idi.

Bir də kazaklar var idi. Kazakın sosial zümrəsi olmur, o hardaolmasına baxmayaraq elə kazak və sovetlərin düşməniydi. Özü də elə qatı düşməniydiki, hətta sovet hökumətinin onları bir sosial-mədəni icma kimi (oxu: cismən) məhveləmək üşün "raskazaçivanie” adlı bir planı da var idi. Hətta zaman-zaman xeylimundar mətnlərin altından həvəslə imza atmış M. Şoloxov belə dünya ədəbiyyatınınşedevrlərindən biri olan öz məşhur epopeyasında Qriqori Melixovu bolşeviklərinsırasına gətirib çıxarmağa cəsarət eləmədi. Halbuki dövrün bütün ədəbi tənqidi gözünü bərəldib bunu gözləyirdi, nəinki gözləyirdi onu buna təhrik edir, hər yeni cildçıxdıqca daha amansız tənqid atəşinə tuturdu. Əsər sona çatdı, amma Şoloxov bunu etmədi,edə də bilməzdi. Çünki əks təqdirdə bu bir kazak epopeyası olmayacaqdı.

"Dönüş nöqtəsinin dəyişməsi” toplusunun müəllifləri və kitabdakı məqalələrin təsirialtına düşərək geri qayıdan ziyalıların hamısı sonralar bircə-bircə tutulubgüllələndilər. Bəzi versiyalara görəelə kitabın yazılmasını və nəşrini də ziyalıları aldadıb Rusiyya qaytarmaq,onların antisovet fəaliyyətlərinə son qoymaq və ən başlıcası, onlardan qisasalmaq üçün dolayısıyla Sovet hökumətinin özü təşkil eləmişdi.

***

XX əsrin əvvəllərindən bəri Avropa dörd dəfə kütləvi mühacir axınıylaüzləşib. İlk belə axın dörd imperiyanın süqutu ilə nəticələnən (düzdür, sonra onlardanbiri başqa ad altında öz ömrünü daha 70 il uzada bildi) Birinci Dünya Müharibəsindənsonra başladı. Həmin vaxt problem təkcə qaçqınların çoxluğunda yox, həm dəhüququ kimliklərinin qeyri-müəyyənliyində idi. Çünki təbəəsi və ya vətəndaşıolduqları dövlət artıq mövcud deyildi, həmin dövlətin yerində qurulansa özünüonun varisi saymırdı.

O vaxt Millətlər Liqasının qaçqınlar üzrə komissarı olmuş norveçli FritforNansenin vətəndaşlığı olmayan qaçqınlar üçün yaratdığı ( buna görə ona Nobelsülh mükafatı verilmişdi) və sonralar adı tarixə Nansen pasportu kimi düşənkimlik sənədiylə hüquqi kazus cözüldü və vətənsiz qaçqınların statusu bəllioldu. Düzdür, bu kimlik Rusiya imperiyasından olan qaçqınlar üçün düşünülsə dəsonradan Osmanlı hüdudlarından qaçan ermənilər ondan daha çox yarıdılar. Görünür,əsas xislətlərindən biri fürsətçilik olan ermənilərin Avropaya axınının dakökündə təqib faktorundan daha çox məhz həmin sənədin verdiyi imtiyazlardanyararlanmaq olub. Yararlandılar və bugünkü güclü diasporlarının əsasınıqoydular.

Birinci cahan savaşının ən böyük özəlliyi məğlub imperiyaların dünyaxəritəsindən silinməsində deyildi, həmin savaşdan qalib çıxmış imperiyalarınözlərinin demontajının başlanmasındaydı. İkinci Dünya Müharibəsindən sonra dahada intensivləşən bu demontaj prosesinin nəticəsi olaraq onların Şərqdəki müstəmləkələriard-arda əllərindən çıxmağa başladı. Yeni tarixi reallıq başqa biçimli mühacirordusunu – qastarbayterləri yaratdı. Əvvəlki mühacirlər qorxu, siyasirepresiyalar xofu ucbatından didərgin düşmüşdülərsə, indikiləri çöllərə salanaclıq və səfalət idi.

Qastarbayterlər adətən, öz keçmiş metropoliyalarına doğru üztuturlar. Bu, uzun illər ərzində formalaşmış birgəyaşayış, bir-birlərinə az-çoxbələdçilik, dil baxımından nisbətən asan ünsiyyət qurmaq imkaları kimi bir çoxsəbəblərlə bağlıdırsa, ən başlıca səbəb həmin metropoliyalarda çörək tapmaqimkanının daha çox olmasıdır. Təkcə Osmanlı imperatorluğunn sakinləriylə bağlıtam fərqli vəziyyət hökm sürürdü. Burda indinin özünə kimi tamam əks proses başverir, burda qastarbayter marşrutları metropoliyadan kaloniyalara doğru uzanır.Nonsesdir. Həm də "metropoliyalar öz müstəmləkələrini illər boyu sümürüb deyəvarlanıb” tezisinin inkarıdır. İqtisadi inkişafın mənbəyi xammal deyil, ağıl vəhəmin ağılın hesabına düzgün sosial-iqtisadi münasibətlər sistemini qurmaqbacarığı və istəyidir.

Sovet hökumətinin dağılması nəticəsində dünyanın postsovet vəpostkommunist inkişaf mərhələsinə qədəm qoyması Avropanı daha bir qaçqındalğasıyla üz-üzə qoydu. Düzdür, SSRİ-nin xarabalıqları üzərində qurulmuş yenirus dövləti özünü sələfinin hüquqi varisi elan etdiyi üçün daha bir Nansenpasportu icad eləməyə ehtiyac qalmadı.

Bu köçü əvvəlkilərdən fərqləndirən əsas cəhət siyasi təqiblər deyildi,bu köç daha çox qəfəsdən qurtulan quşun göyün ənginliklərinə baş vurma təşnəsinəbənzəyrdi. Əlbəttə, siyasi təqib amili də var idi, amma insafən, bu amilRusiyanın özündən daha çox ondan qopan bəzi müstəqil dövlətlərin vətəndaşlarıylabağlıydı.

Yeni yüzilliyin əvvəllərindən, konkret desək, tarixə ərəb baharı kimidüşən siyasi proseslərdən sonra başlayanvə bu günə kimi davam eləyən növbəti köç dalğası isə öz miqyasına görə özündən əvvəlkibütün mühacirət axınlarını kölgədə qoydu. Bu orta əsrlər sayağı, az qalaxalqların qədimdəki böyük köçünə bənzəyən bir hadisə, üstəlik, əsl humanitar fəlakətidi. Bu köç təkcə Avropanın etnik, mədənivə sosial görkəmini gözlə görünən səviyyədə dəyişmədi, həm də onun oniilər boyuoturuşmuş siyasi paradiqmalarına ciddi korrektələr etdi, guya çoxdan tarixinarxivinə qovuşmuş millətçiliyin və onun faşizm adlı ən qəddar qolunun dirçəlməsinərəvac verdi. İfrat sağçı siyasi partiyalar yağışdan sonrakı göbələklər kimiçoxaldı, populyarlaşdı və siyasi səhnədə həlledici söz sahibinə çevrildi. Avropasanki öz yaratdıqlarının, haqlı olaraq öyündükləri dəyərlərinin, ədalətə söykənənhüquq sisteminin bataqlıqlarında boğulmağa başladı.

Mühacirət son yüz ildir ki, Azərbaycan xalqının da alın yazısınaçvrilib, onun taleyində mühüm rol oynayıb və oynamaqda davam edir. Bəs, bir əsrlikmühacirlik dövrü tariximizdə nəylə yadda qalıb, taleyimizdə hansı rol oynayıb,ona necə təsir göstərib?

(Ardı var)

TƏQVİM / ARXİV