adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Nicat Novruzoğlu - "Tüpürcək smayliki"

NİCAT NOVRUZOĞLU
55538 | 2019-05-25 11:10

Bu mövzu həftənin əvvəli tüpürcəklə bağlı yaranmışqalmaqaldan sonra beynimdə yarandı. Açığı tüpürcəyin beynimə bu yolla gedibçıxacağını heç təsəvvür etmirdim. Onu da təsəvvür də etmirdim ki, tüpürcək, həmdə müxaliflərə yönəlik tüpürcək tez bir zamanda sosial şəbəkəni zəbt eləsin vəgünün müzakirə predmeti olsun. Amma hər şey yaxşı qurtardı. Məlum oldu ki, heçkim heç kəsə tüpürməyib. Heç bunu tövsiyyə edən də olmayıb. Tövsiyyə etsəydinoolardıki?

Tüpürcək bütün canlılara məxsus bir maddədir. Əgərbütün canlıya məxsusdursa onun bu canlıdan digər canlıya ötürmək elə də qəbahətolmamalıdır.

Vay o canlının hayına ki, onda tüpürcək olmasın.

Mənim yadıma düşür balaca vaxtlarımda bir cücü əlimizi,qolumuzu dişləyəndə deyərdilər ki, tüpürcəyinlə həmən yeri islat tez keçib gedəcək.Belə də olurdu.

Və yaxud filmlərdə də yəqin görmüsüz, yarpaqlarıtüpürvcəkləyib yaranın üzərinə qoyurlar.Görünür, bunun bir xeyri var ki, çəkib dünyanı agah edirlər.

Bundan başqa seyid tüpürcəyi deyilən bir tüpürcək dəolub. İndi də olmamış olmaz. Tüpürcək su deyil ki, quruyub qurtarsın. İnsanlarbu tüpürcəyə görə seyidin qapısını o qədər döyüblər ki. . Seyidin onların üzərinətüpürdüyü tüpürcək deyilənlərə görə şəfa tapmalarına kömək edirmiş. Həttainsanlar ağızlarını açırmış ki, seyid, ağzıma tüpür. Və yaxud əksinə. Seyid onlarınağızlarına tüpürürmüş ki, tez şəfa tapsınlar. Və yəqin ki tapırlarmış. Çünkiindiyəcən eşitməmişəm ki, kimsə seyidin qapısını kəsdirib hay-həşir salsın ki, ay seyid. bəs tüpürcəyin mənə kömək etmədi.

Yəni tüpürcəyə şərəf və ləyaqəti alçadacaq bir zadkimi baxmayın. Bunu yazmamaq da olardı. Amma əfsuslar olsun ki, tüpürcəyi o üzünə-bu üzünə çevirib analiz etməsəkobyektivlikdən uzaq düşərik. Unutmayın ki, tüpürcəyin o biri üzü də var. Yənitüpürcək iki sifətlidi. Və yaxud funksiyaları zəngindi.

O biri üz odur ki, həmən o ağıza tüpürdüyün tüpürcəyikiminsə sifətinə özünün icazəsi olmadan tüpürsən bu, uje, olur təhqir. Dalıs ıbaxır tüpürcəklənənin reaksiyasına. İstəsə başını aşağı dikər, istəməsə o dabaşqa birisinin üzünə tüpürər. Beləcə tüpürcək davası başlayar. Day o vaxtacanki, tüpürcəkkəsə nail olunsun.

Bütün bunları ona görə yazdım ki, deyirəm yığışağınbir müraciət yazağın. Bu sosial şəbəkələrin yiyələrinə. Yazağın ki, sizin şəbəkələrdəfikirlərimizi işarələrlə ifadə etmək üçün müxtəlif smaylikləri bura yerləşdirmisiniz.Noolar bizim tüpürcəyimizin xətrinə bura bir tüpürcək smaylikidə yerləşdirin.Yerləşdirin ki, o şəbəkələrinizdə sinəsini irəli verib soyunanlara tüpürək,söyüş söyənlərə tüpürək, kişiliyi ilə qadınlığı bilinməyənlərə tüpürək, gündəbir siyasi qüvvəyə işləyənlərə tüpürək, rüşvət alana tüpürək, dədəsininoğurladığı pullarla xaricdə kef edən dezertirlərə tüpürək, xalqın adındandanışanlara tüpürək, yalan danışanlara tüpürək, vətən satanlara tüpürək, adınıyazar qoyub yazmayanlara tüpürək və s.

İnanınki tüpürcək smayliki bizim ən sevimli smaylikimizəçevrilər. Təsəvvür edirsiz bir ürək smaylikini vurursuz, bir də ki, tüpürcəksmaylikini. İkisini cütləşdirib yollayırsan filankəsin rəyinə. Yəni ki, sənə ürəklətüpürürəm. Ürəyimi qoyuram bu tüpürcəyə.

Məncə buna nail olsaq çox şey qazanarıq. Ən azındantüpürcəyimizi virtuallaşdırarıq. Ona da sosial şəbəkədə yer verərik. O da birgün görər.

Amma bilin ki, bu asan olmayacaq. Çünki o qədərtüpürəcəyimizdən qorxan tüpürəcəklərimiz var ki, onlar bizim bu məqsədimizəçatmağımıza əngəl olacaqlar. Hələ "tüpürüm sizin təklifinizə” də deyəcəklər.Biz gərək onların tüpürcəyinə sinə gərək. Otuzduraq tüpürcəklərini ağızlarına.

Bir daha qeyd edirəm, smaylik yolunda öz gücümüzüortaya qoyub tüpürcəyimizi virtuallaşdırıb tüpürməliyik.

Di dabanınıza tüpürün başlayaq.



TƏQVİM / ARXİV