adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Sox a sox - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
62701 | 2019-06-12 15:05

Qatığın içindən salfet çıxır. Satandan niyəsini soruşuram, irişə-irişə cavab verir ki, qaymaqdüzəltmək istəyirmiş tutmayıb.

Dizel tökürsən maşının bakına mator bağırır.Soruşursan deyirlər ki, qatqısı var. Standartlara cavab vermir. Bizim özstandartlarımızla istehsal etdiyimiz, satdığımız dizel bütün dünyanınstandartlarına cavab verən maşınımızın dalından qara tüstü çıxardır.

Benzin vurursan. Mator şaqqıldayır. Ayə bu niyə beləedir? Deyir ki, benzin benzin deyil. Get Gürcüstanda vur, səsi çıxsa tüpür üzümə.

Tüpürüm üzünüzə.

Hələ misallarım bitməyib. Bəlkə yazdım.

Biz soxmağı bacarırıq.

Özümüz özümüzə soxuruq. Yada soxmağa lazım olan zadbizdə yoxdu deyə soxmağımız özümüzə çatır.

Soxan həmişə öyünür, sinəsini irəli verib bir əliniyumruq kimi büküb tam açdığı o biri əlinin içinə vuraraq deyir: "Soxdum, getdiey”.

Soxulan bu günkü Azərbaycan gerçəkliyininmilyonlarala qurbanlarından biridir. Onun da təsəllisi nə vaxtsa kiməsəsoxmağındadı. O da hardasa soxub. Və bu gün ona soxulanın nə vaxtsa soxduğunun əvəzikimi qəbul edir və həzm edir. Məcburdu.

Soxulan loxdu. Onu belə adlandırırıq. Lox russözüdü. Onlardan oğurlamışıq. Onlar ya loxluyub ya da ki, özləri loxdu. Məncəlox deyirlər. Loxluyandılar. Biz də lox olmayan yoxdu. Hər kəs hər kəsi hardasloxlayır.

Qayıdım misallara. Siz bunları bilirsiz.

Dərmanda soxurlar, suda soxurlar, enerjidəsoxurlar, tikintidə soxurlar, yolda soxurlar, dövlət müəssisələrində soxurlar,qeyri dövlət müəssisələrində soxurlar, ətdə soxurlar, yağda soxurlar, paraşokdasoxurlar, içkidə soxurlar və s.

Axırıncı misal içki oldu. Dimedrol soxurlar.

Viskinin qablarını yığıb içini özümüzünkülərdoldurub yenə bizə soxurlar.

Pivə deyil poroşokdu.

Sərçəni bülbül edib soxurlar.

Adama kitaylarla birləşib nə qədər soxarlar? Kitaysoxmaqdan bezib biz isə yox.

Yalan soxurlar, iftira soxurlar, şər soxurlar.

Görmədiyimizi gözümüzə, yaşamadığımızı həyatımızasoxurlar.

O dünyanın sox a soxundan qorxmadan bu dünyadasoxurlar.

Soxum boynunuzu yerə.

Yer yazmışkən, bu sox a sox bizi çox uzağaaparmayacaq. Bizi o yerə elə soxacaq ki, day bir də ordan ditdəməyəcəyik. Çünkiöz-özünə soxanda cırlıq yaranır, cılızlaşma yaranır. Gərək arada başqasına dasoxasan ki, gücünü, qüvvətini görələr. Bilələr ki, soxmağı bacaransan.

Bir birinizə az soxun.



TƏQVİM / ARXİV