adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Iyun 2019 15:48
145484
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.azYayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


***

Elməddin Muradlı: " Futbolu butsi ilə yox, qaloşla oynasaydılar uduzmazdılar.”


***

İlkin Həsəni: "Deyirəm nə yaxşı ki, Binəqədi qəsəbəsi ərazisindən Cənab Prezident keçir. Vallah yoxsa nə yollara baxarlar nə də yol nişanlarını yeniləyərlər. Sağ olsun ki, gəlib biz tərəfdən keçir.”


***

Mehman Muradlı: "Bu gün Rusiyanın müstәqillik günüdü. Sovet imperialistlәri Rusiyanı işğal edib, Azәrbaycana birlәşdirmişdi.”


***


Şəhla Cabbarlı: "Məsumluq və saflıq. Son zamanlar insanlarda ən çox ehtiyac duyduğumuz hislərdir.”


***


Rəşad Məcid: "Gözəl və ağıllı Qadın həmişə Allahlıq iddiasında olur!Bəzən gizlətsə də…”


***


Ayxan Ayvaz: "Çox kövrək olmuşam axır vaxtlar. Əslində toxtaq adamam. Amma kədər məni maqnit kimi özünə çəkir. Bu gün avtobusda qızını kiritməyə çalışan qadının çarəsizliyi heç cür ağlımdan çıxmayıb. Ola bilsin, sizə gülməli gəlir, amma mən ordakı kədəri anındaca hiss elədim. Biz də belə bədbəxtik də...


***


Hikmət Nazim: "Şəhidlər ölmür" pafosundan xilas olmayınca birinin oğlu, o birinin dostu-qardaşı öləcək, qırmızı-qırmızı başsağlığı verib həyatımıza davam edəcəyik.


***


Kübra Məhərrəmova: "Mən uşaq olanda adət vardı. Ya ailə üzvlərindən kimininsə ad günündə, ya da nəsə qeyri-adi hadisə olanda adamlar gedirdilər foto otelyeyə. Fotoqraf da uşaqlara deyirdi ki, bura baxın, indi burdan quş çıxacaq. Quş çıxmırdı, əvəzinə fotolar çıxırdı. Sonra üstündən bir neçə gün sonra gedirdilər fotonun ardınca, fotoyla bərabər neqativ də verirdilər. Adamların gözləri, dodaqları yaşıl olurdu neqativdə. Hər halda yaddaşımda belə qalıb.
Atam belə şeylərin həvəskarı idi, ad günümüzdə aparardı bizi foto otelyeyə. Ailəliklə gedərdik foto çəkdirməyə. Fotoların arxasını yazardı, ay-gün-il, mütləq hansı əlamətdar hadisə ilə bağlı olduğunu da qeyd edərdi. Foto çəkiliş bizim üçün böyük bir hadisə olardı. Yadımdadı foto otelyelərdə fon olardı, qırmızı ya da göy rəngdə pərdələrdən ibarət. Ailə fotolarını orada çəkərdilər. Uşaqlar üçün taxta at olardı... İndi bütün xatirələr də o vaxtın foto otelyesi kimi yox olub. Hə, bircə atamla olan fotolar qalıb... Rəngli və neqativdə.


***


Kamran Əsədov: "Əgər 3 rəsmi oyundakı bərbad oyun, biabırçı nəticədən sora AFFA rəhbərliyi, milli yığma komandamızın məşqçi heyəti tam şəkildə dəyişməsə, bundan sonra nəsə dəyişməyəcək.


***


Şərif Ağayar: "Hələ də xoşbəxtlik axtarıram, tapsam, sənə hədiyyə edəcəm.


***


İntiqam Valehoğlu: "Bəzi adamların adının kontakta ona görə yazırsan ki, zəng vuranda tanıyıb cavab verməyəsən”.