adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Sizin feysbuk şairiniz... - Ulucay Akif yazır

ULUCAY AKİF
22805 | 2019-06-12 16:20

Sosial şəbəkələr hər gün daha böyük sürətlə həyatımızın ayrılmazhissəsinə çevrilir. Artıq sosialşəbəkələrdən birçox məqsədlərdə istifadə edirik. Sosial şəbəkələr vasitəsilə hadisələrdənxəbərdar oluruq, fikir bildiririk, yeni insanlar tanıyırıq, ünsiyyətdə oluruq,yeri gələndə əylənirik.

Sosial şəbəkələri həm də öz işinitəqdim etmək üçün tribuna kimi istifadə edənlər də çoxdur. Bu bir növ yenimarketinqdir. Məsələn, sosial şəbəkə vasitəsilə öz işindən pul qazananlarçoxdur.

Məsələn, Həkimlər, müəllimlər, dərzilər,bizneslə məşğul olanlar, hüquqşünaslar, müğənnilər, modellər, yeri gələndə lap... Özünüz bildiniz də...

Yazıçılar da bu siyahıya daxildir.Burada daha böyük kütlə qarşısında çıxış etmək fürsətindən yazıçılar daistifadə etməyə çalışır. Xüsusən, son illər bu tendensiya daha da aktivləşib.Hətta o dərəcə "aktivləşib” ki, yazıçı və oxucu münasibətləri feysbuksəviyyəsinə enib. Bu ağrılı məqam haqqında növbəti köşə yazımda danışacağımafeysbukum və instagram üzərinə and içirəm!

Hə, nə deyirdim... Bütün digərsahələrdən fərqli olaraq yazıçılar sosial şəbəkələrdəki fəaliyyətlərinə görəxalq arasında lağyana ad da qazanıblar: "feysbukşairi”, "feysbuk yazarı”.

Ad demişkən, fürsətdən istifadə edibVahid Əzizi "xalq şairi” adı alması münasibətilə təbrik edirəm! Biz bilmədik,yəqin özü bu adı niyə aldığını bilir...

Yenə fikrim yayındı...Hardaqalmışdıq?

Hə, hə. Yadıma düşdü...

Digər sahələrə feysbukdakıfəaliyyətinə görə lağyana ad verilmir. Məsələn,hansısa həkimə "feysbuk həkimi”, hansısa hüquqşünasa "feysbukhüquqşünası” deyildiyini nə görə, nə də eşidə bilərsiniz.

Bəs niyə yazıçılara bu "adı”qoyurlar?

Birinci istəyirəm "Feysbuk şairi” adınınnecə qazanıldığından danışım:

1.Şair şeirlərini feysbukda paylaşmalı və buşeirlərə çoxlu "like”, "komment” gəlməlidir.

2.İnsanlar qəzet, saytlarda çıxan yazılaroxunmamalıdır.

3.Kitabı çap olunmamalıdır, olunubsa daalınmamalı və oxunmamalıdır.

Gəlin, görək bu qeyd olunanlar nədərəcədə doğrudur.

Qəzet oxucusu ilə sosial şəbəkəistifadəçisi arasında intellekt fərqinin olduğunu qəbul edirəm, amma artıq bufərq yoxa çıxmaqdadır. Sosial şəbəkələrdə şeirlərin paylaşılması tamamilənormal haldır və sosial şəbəkələr vasitəsilə tanınanlara lağ etmək sosialşəbəkələrdən istifadə edən hər kəsə lağ etməkdən heç nə ilə fərqlənmir.

Buna görə də "Səni feysbukdantanıyırlar” demək çox gülünc səslənir, çünki artıq 7dən 77yə, peşəsindən asılıolmayaraq hər kəs sosial şəbəkələrdən istifadə edir.

Yəni oxucu kütləsini qəzet, sayt,yaxud sosial şəbəkə vasitəsilə yığmağın elə də fərqi yoxdur. İnsanlar qəzet vəsaytlardan mətn oxumursa, kitab alıb oxumağaərinirsə, yazıçının heç bir qəbahəti yoxdur. Hələ şükr edin ki, yazıçı yenə dəsizi (oxucuları) hardasa tutub iki kəlmə sözünü deməyə çalışır.

Digər yazıçı prototipi isə "ciddi yazıçı” adlanır.

Feysbuk yazıçısının əksi da elə budediyim "ciddi” yazıçılardır. Çox vaxt səliqəli kostyum və xirtdəyəcən sıxılmışqalstukda olan bu "ciddi” yazıçılar mümkün olduğu qədər az gülməyə çalışır,tədbirlərdə şeirlərini oxumağı çox sevir, sosial şəbəkələrdə isə ancaq ciddipaylaşımlar edirlər (redaktor üçün qeyd: burada ciddi sözünü "mənasız”, "saxtapafoslu” sözləri ilə də əvəz etmək olar).

Bu "ciddi yazıçılar”da yazıçı olmaqüçün bütün göstəricilər var, istedad və mətndən başqa. Onlar üçün bu ikigöstərici heç əhəmiyyətli də deyil. Özünü şair kimi aparsın bəsdir, şeir yazabilməsə də olar.

Bir dəfə dostum bir "şair” haqqındafikrimi soruşdu. Belə cavab verdim:

- Şeir yazmağı da bacarsa, əlaşairdi!

Xülasə, sosial şəbəkələrin yazıçıüçün yaratdığı ən böyük problem onun oxucu ilə üz-üzə gəlməsidir. Sosialşəbəkələr yazıçını oxucu üçün daha əlçatan edir. Oxucu sevdiyi yazıçı iləasanca söhbət edir, hətta görüşə dəvət edir, bir yerdə yeyib-içirlər.

Oxucu yazıçıya rahatlıqla özfikirlərini, tənqidlərini, təriflərini çatdıra bilir. Bu rahatlıq isə oxucununyazıçının başına çıxması ilə nəticələnir. Oxucu "Bu şeirdir?”, "Mən olsam,ikinci bəndi elə yox, belə yazardım” kimi şərhlər, ya da mesajlar yazmağabaşlayır.

Təsəvvür edin, kimsə Mikayıl Müşfiqəyazır ki "Qaqa, yaxşı yazmısan, amma elə bil ikinci bənd artıqdır”. Yada kimsə Mirzə Ələkbər Sabirin "Harada müsəlman görürəm qorxuram” şeirinipaylaşmasından sonra, belə bir şərh yazır: "Müəllim, bütün müsəlmanlara aideləmə, yaxşısı da var, pisi də”, hətta, bu şeir gündəmə çevrilir və bütünmüsəlmanlar Sabirə dişinin dibindən çıxanı deyir.

Yəni, oxucu sevdiyi yazıçılar, klassiklər feysbukda statusyazmadığı üçün, sevdiyi yazarlarla dialoqa girə bilmədikləri üçün sosialşəbəkələrdəki yazıçılara qeyri-ciddi baxır, ya da yazıçı-oxucu münasibətinin necə qurulmalıolduğunu anlamır. Yazdıqları şərhə, mesaj cavab gəlməsə, yazıçıya rahatlıqla"lovğa, özündənrazı, yekəxana” damğasını vururlar.

Dünya şöhrətli yazıçı Umberto Eko Ceyms Coys haqqında beləyazırdı: "Əgər Ceyms Coysun dövründə internet olsaydı, o, bütün günü onlaynolardı”.

Əmin olun, internet, sosial şəbəkələr digər yazıçıların,klassiklərin də dövründə olsaydı, onlar mütləq ki, çox aktiv istifadəçiolardılar. Düşünün, Mirzə Ələkbər Sabir hər saatbaşı ironiyalı bir statusyazır, oxucular da, "layk” edib "smaylik” qoyur. Kimsə, "Güya sən mırtsan da,qaqa” yazaraq, Sabiri "sındırmağa” çalışır.

Səməd Vurğun dəqiqəbaşı təbiətqoynunda "selfi” çəkib paylaşır, hansısa şeirindən bir misra yazır. Məsələn,"Sıra dağlar, gen dərələr / Ürək açan mənzərələr”.

Ya da Kafka hər gecə qəmgin statuslaryazır. Həştaq da açır: "Ünvanlı”, "Milenaya”.

Təsəvvür edin, Puşkinlə Yesenin qızlarınşəkillərinə ürək qoyur və şərhlərdə kompliment yazırlar, bəzən şeirlərindənmisra paylaşırlar.

Yəqin, Tolstoy gülməli status yazmazdı.Heminquey feysbuk dostlarını balıq ovuna dəvət edərdi, ovladığı balıqlarınşəkillərini paylaşaraq qürrələnərdi.

Remark tez-tez hansı restoran və kafedəolduğunu "tag” edərək, yazardı: "Yenə içirəm”.

Nitsşe isə insanların elə də yaxşı dərkedə bilmədiyi fikirlərini paylaşardı.

İnanın ki, belə də olardı.

Dövr dəyişdikcə həyatın da dəyişməsi bizyazıçıların günahı deyil. Sizin ürəyinizcə olsun deyə, şam işığında lələkləşeir yazası deyilik, necə ki, faytonlar atları, maşınlar isə faytonlarıəvəzlədi. Yəqin, qələmlə yazanlara da lağ edirdilər, sonra çap maşını çıxdı,sonra "noutbuk”.

Əlqərəz, bir şeyə fikir bildirəndəçalışın, yaranmış şəraiti nəzərə alasınız.

Hörmətlə, sizin feysbuk şairiniz...


TƏQVİM / ARXİV