adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Azərbaycan- dünyanın mənəvi dəyərlər mərkəzi

ETİBAR CƏBRAYILOĞLU
50391 | 2019-07-01 12:00

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdanbəşəri həmrəyliyə” mövzusunda keçirilən beynəlxalq konfrans ölkəmizin yeniçağırışlarını bütün dünyaya yaydı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dini mərkəzolaraq Azərbaycanın multikulturalizm modelinin dünyada təbliğinə mühüm töhfə verir.Son illər bu məsələni gündəlik fəaliyyətinin prioritetlərindən birinə çevirənQMİ təkcə paytaxtımızda deyil, müxtəlif xarici ölkələrdə forum və beynəlxalqkonfranslar keçirir. Almaniyada, İspaniyada, Avstriyada, Finlandiyada, İsveçdəyüksək səviyyədə təşkil olunan belə nüfuzlu tədbirlərdə Azərbaycandakıtolerantlıq mühiti təbliğ və təşviq olunur, dinlərarası və sivilizasiyalararasıdialoqun əhəmiyyəti barədə dünyaya çağırışlar səslənir.

Növbəti belə tədbirlərdən biri ötən həftəAvstriyanın paytaxtı Vyanada təşkil olunub.

Əbədi bitərəf ölkədə bəşəri mövzuların müzakirəsi

Avropanın mədəniyyət paytaxtlarından biri sayılanVyanada QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü, dini mərkəzinnəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və SivilizasiyalararasıƏməkdaşlıq Mərkəzinin, Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin(KAİCİİD), Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və ölkəmizinAvstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşan beynəlxalqkonfrans "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə”mövzusunda həsr olunmuşdu.

Tədbirin keçirilməsində əsas məqsədlərdən biri dəAzərbaycanın multikulturalizm modelinin dünyada təbliğinə nail olmaq, dinlərarasıvə sivilizasiyalararası əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyamızınarahat edən problemlərinin həllində müstəsna əhəmiyyətini vurğulamaq idi.

Özünü əbədi bitərəf ölkə elan edən, müxtəlif mədəniyyətlərinvə dinlərin təmsil olunduğu Avstriyada belə bir tədbirin təşkili bəşəri əhəmiyyətdaşıyan bu mövzuya dünya ictimaiyyətinin diqqətini yönəltmək mühüm missiyasayıla bilər. Beynəlxalq konfrans barədə geniş məlumat verməzdən öncə onu daqeyd edək ki, tədbirin təşkilatçıları, QMİ sədri, KAİCİİD Direktorlar Şurasınınüzvü, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq MərkəzininBaş katibi, Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi Azərbaycan nümayəndəheyəti qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyi bacardı. Yeri gəlmişkən,nümayəndə heyətinə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, PrezidentAdministrasiyasının Millətlərarası münasibətlər, və dini məsələlər şöbəsininmüdiri Etibar Nəcəfov, Milli Elmlər Akademiyasının prezidenti, akademik AkifƏlizadə, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Dini Qurumlarla İş üzrəDövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin komitə sədrləriSiyavuş Novruzov, Eldar İbrahimov, Səməd Səmədov, parlamentin deputatlarıCavanşir Paşazadə, Hikmət Məmmədov, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətlisəfiri Qalib İsrafilov, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların başçıları-RusPravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandrİşein, Dağ Yəhudiləri dini icmasının sədri Melix Yevdayev, Roma Katolik KilsəsininAzərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete və Alban-udi xristian diniicmasının başçısı Robert Mobili daxil idilər.


Muzey şəhər-Vyananın tarixi "Hofburq” sarayındakeçirilən beynəlxalq konfransda dünyanın 30-dan çox ölkəsini təmsil edən dövlət,elm, din, ictimaiyyət və mədəniyyət xadimləri, 5 beynəlxalq və 15-dən çoxqeyri-hökumət təşkilatının rəhbərləri, Avstriyada akkreditə olunan diplomatlar,beynəlxalq qurumların təmsilçiləri iştirak edib.

Avstriya Xarici İşlər Nazirliyinin Baş katibi-nazirmüavini Yohannes Peterlik, bu ölkədə fəaliyyət göstərən 15 dini konfessiyabaşçıları da tədbirə qatılıb.

"Hofburq” sarayının foyesində Azərbaycanın tarixindən,mədəniyyətindən, uğurlarından, ölkəmizdəki tolerantlıq mühitindən bəhs edənkitabların sərgisi təşkil olunub. Tədbirin əvvəlində müstəqil dövlətimizin dinlərvə mədəniyyətlərarası dialoqa verdiyi töhfə haqqındakı "Bəşəri çağırış” sənədlifilmi nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidentininictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətrəhbərinin konfrans iştirakçılarına müraciətini oxuyub. Prezident İlham Əliyevmüraciətində konfransın işinə uğurlar diləyib, tədbirin dünya üçün aktual bir məsələyəhəsr edildiyini vurğulayıb. Prezident qeyd edib ki, dünyada sülh, dinc birgəyaşayış,humanizm dəyərlərinin təbliği və təşviqi günümüzün vacib məsələlərindəndir. Müasirdövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Təsadüfi deyilki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütünkonfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycandamultikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşərihəmrəyliyə” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkərəhbərinin salamlarını yetirib, tədbirə xeyir-dualarını verib. Şeyxülislam həzrətləribildirib ki, dini və milli zəmində ekstremizm, terror, ksenofobiya,antisemitizm və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə qarşısavaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini-multikulturalizmmodelini təklif edir. Bu model ölkə rəhbəri İlham Əliyevin müəllifi olduğu mədəniyyətlərarasıəməkdaşlığa dair Bakı Prosesi, elan etdiyi "Multikulturalizm İli” və "İslam Həmrəyliyiİli” çərçivəsində və sonrakı dövrdə dünyanın müxtəlif ölkələrində keçirilənforum və konfranslarda təbliğ, təşviqolunur. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan din-dövlətmünasibətləri bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin fəaliyyətisayəsində bu gün ölkəmiz dinlər və məzhəblərarası həmrəyliyin, vəhdətin, dini-mədənimüxtəlifliyin nadir nümunəsini ortaya qoyur.

Şeyxülislam həzrətləri çıxışı zamanı AzərbaycanınBirinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ümumbəşəri dəyərlərə diqqət,milli-mənəvi dəyərlərimizin təbliği sayəsində gördüyü genişhəcmli işlərə dətoxunub. Bildirib ki, müstəqil dövlətimizin yürütdüyü bu uğurlu siyasətin nəticəsidirki, Azərbaycan bu gün dünyanın mənəvi dəyərlər mərkəzi kimi tanınır.

QMİ sədrinin sözlərinə görə, bir çox mühüm tədbirlərəev sahibliyi edən Bakıda bu ilin noyabrında keçiriləcək Dünya Dini LiderlərininII Sammiti sivilizasiyalararası dialoqun inkişafına, qarşılıqlı etimadmühitinin yaradılması işinə Azərbaycanın daha bir dəyərli töhfəsi olacaq.

Qafqazın dini lideri bütün çıxışlarında olduğukimi, Vyana konfransının tribunasından istifadə edərək xalqımızın ən böyükproblemi barədə danışıb, Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanhəqiqətlərini dünya ictimaiyyətinə çatdırıb. Şeyxülislam həzrətləri bildiribki, xalqımız regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan DağıqQarabağ münaqişəsinin sülh yolu ilə və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllolunmasını istəyir.


Konstruktiv müzakirələr ruhunda keçən beynəlxalqkonfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri MübarizQurbanlı, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, KAİCİİD-in Baş katibiFeysəl bin Muammar, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin icraçıdirektoru İdris Cəzairi, BMT Baş katibinin müavini Raşid Xalikov, BMT Başkatibinin müavini, qurumun Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi MigelAngel Moratinos, AMEA prezidenti Akif Əlizadə, Xarici işlər nazirinin müaviniRamiz Həsənov, PA-nın şöbə müdiri Etibar Nəcəfov, Moskva və Bütün RusiyanınPatriarxı Kirillin nümayəndəsi Filaret, Konstantinopol Patriarxlığının EkzarxıEmmanuel Adamakis və başqaları çıxış edərək beynəlxalq tədbirin əhəmiyyətibarədə danışıb, Vyana konfransını dünyanın qlobal proseslərinə Azərbaycanın dəyərlitöhfəsi kimi dəyərləndiriblər. Bildirilib ki, rəsmi Bakı bu sahədə yeritdiyiuzaqgörən siyasət nəticəsində dünyada öncül mövqeyə çıxıb. Müxtəlif ölkələri təmsiledən tədbir iştirakçıları qeyd ediblər ki, Şeyxülislam Allahşükür Paşazadədünyada nüfuzlu dini liderlərdən biri kimi dinlərarası və sivilizasiyalararası əməkdaşlığınreallaşması naminə mühüm addımlar atır.

Konfransın panel iclaslarında "Terrorizm, ekstremizm, separatizm vəksenofobiya dinlərarası əməkdaşlığa təhdid kimi”, "Gənclərin maarifləndirilməsində,mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığınrolu”, "İnsan hüquqları sahəsində, qadın və uşaq haqlarının qorunmasında din,dövlət, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyi” və s.mövzular müzakirə olunub, fikir mübadiləsi aparılıb. Sonda beynəlxalqkonfransın yekun sənədi-Vyana Bəyannaməsi qəbul olunub.

Əməkdaşlıqdan bəşəri həmrəyliyə doğru mühümaddımlar

Yekun Bəyannamədə Azərbaycan dövlətinin VyanaKonfransına göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib. Bildirilib ki,dünyada terrorizmin geniş miqyasda yayılması, etnik zəmində dözümsüzlüyünartması, mədəni, dini və tarixi irsin dağıdılması, məcburi köçkünlərin vəmiqrantların kütləvi axını sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərarolmasına maneə yaradır. Sənəddə Yaxın Şərqdə və Azərbaycanın işğal olunmuş ərazilərindəbaş verənlərdən də narahatlıq ifadə olunub, dini və dünyəvi liderlərə Ermənistan-AzərbaycanDağlıq Qarabağ probleminin beynəlxalq hüququn normaları çərçivəsində, sərhədlərintoxunulmazlığı prinsiplərinə uyğun və sülh yolu ilə həllinə nail olmaq üçün səylərinbirləşdirilməsi ilə bağlı çağırış edilib.

Avstriya paytaxtında reallaşan beynəlxalq konfransbir daha göstərdi ki, müasir dünyada humanist ideyaların təşviqi vəmultkultural həyat tərzinin təbliği üçün belə tədbirlərin davamlı keçirilməsinəehtiyac var.

Yüksək səviyyədə təşkil olunan Vyana konfransı növbətidəfə sübut etdi ki, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi QMİ Azərbaycanıntolerantlıq modelinin xarici ölkələrdə təbliği, təşviqi üçün ardıcıl və məqsədyönlüaddımlar atır. Ölkə başçısının Vyana Konfransına dəstək verməsi, tədbiriştirakçılarına müraciət göndərməsinin özü də sübut etdi ki, Azərbaycandadin-dövlət münasibətləri yüksək səviyyədədir, həm ölkə daxilində, həm də xaricdəkeçirilən konfranslar QMİ və dövlət orqanları ilə birgə təşkil olunur və PrezidentŞeyxülislam həzrətlərinin bu istiqamətdəki təşəbbüslərini tam dəstəkləyir.

İnanırıq ki, Avstriyada keçirilən beynəlxalqkonfrans dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyəreal addımlar atılmasına vəsilə olacaq. Azərbaycanın dövlət başçısı İlhamƏliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə deyildiyi kimi, xoşməramlıniyyətlərə xidmət edən Vyana Beynəlxalq Konfransı bəşəri dəyərlərin təbliğində,xalqlar arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası dialoqun və mədəni-mənəviinteqrasiyanın inkişafına töhfələr verəcək.

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV