SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  117971   |  
Şriftin ölçüsü  

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.

***


Ceyhun Musaoğlu: "Dövlətini sevdiyin qədər azad və rahat olacaqsan

***


Səxavət Məmməd: "Redaksiya olaraq Allahverdili Toğrulu görməkdən bezdiyimizi hamı bilir. İlanın yarpızdan zəhləsi gedir, o da yuvasının ağzında bitir. Dünən təyyarə gözləyəndə çiynimə bir sillə dəydi, çönəmki Toğrul. O an əlimi açdım göyə ki, Aqil Ələsgərə şükür ilahi”.

***


Nicat Novruzoğlu: "Bir tava götürüb içərisinə 2 dənə diaspora təşkilatı, 2 dənə qeyri hökumət təşkilatı, elə o sayda da babat sayt çırpdıqdan sonra üzərinə 3 ədəd kənd yumurtası vurub bişirəsən. "Tavarnı vidi" super olar.


***


Nicat Hüseyn Dağlar: "Başqa ölkələrdə müxalifətçilər "maaşlar niyə artırılmır" sualına cavab axtarır, bizimkilər isə "niyə artırıldı?" deyib ağlaşırılar....

***


Nərmin Şahmarzadə: "Şairlərin eşqi daha yaxşı şeir yazdıra bilən birini tanıyana qədərdir. Amma gənc şairləri sevə bilərsiniz, bütün hallarda yaza bilmirlər”


***

Cəlalə Nəzəroğlu Natiqqızı: "Piyada keçidindən bir qız keçirdi. Keçidi bitirəndən sonra da saniyələrlə onun ardınca baxdım.O qədər gözəl idi ki! Dizdən aşağı güllü don geyinib, ayağında sandal, saçları özündən dalğalı belinə tökülüb, özü də qarabuğdayı. Elə bil roman kitabından çıxıb küçəyə düşmüşdü.Dərhal düşündüm ki, indi belə yerdə yazıq kişiləri necə qınayasan?


***

Türkan Turan: "Bir gənc qəza nəticəsində dünyasını dəyişib. Nur içində yatsın! Oğlan öz sahəsində tanındığı üçün hadisə manşetlərdədir. Sevgilisinin açıqlaması diqqətimi çəkdi, oxudum. Ardınca bir-iki yerdə qızın videolarını gördüm, qəmli mahnı sədası altında hönkürüb ağlayan yerdə özü özünü videoya çəkib, instagramda paylaşıb. İstənilən halda insanları qınamağı sevməsəm də, bu dəfəki sümüyə dirəndi...
Axı, bunu etmək nə dərəcədə mümkündür?! İnsanın sevgilisi bir az əvvəl torpağa verildiyihalda instagram, facebook necə yada düşə bilər?!
Yəni sosial şəbəkə insanların beynini, ruhunu, duyğularını bu qədər zəbt edib?! Bununla hansı əskiklik tətmin edilməyə çalışılır?! Nədir insanlardakı bu şou həvəsi?!
Ölümü, xəstəliyi demirəm heç... sevgili ilə inciklik olanda belə adam özünə yer tapa bilmir, yerin altında, yoxsa üstündə olduğunu müəyyən edə bilmir. Nəinki sosial şəbəkə, bir qurtum su içməyə belə həvəsi olmur...
Nə bilim e...!
P.s Siz siz olun, içi dolu insan tapanda ondan möhkəm yapışın, ortalıq quru, dayaz, yarımçıq insanlarla doludur!”

***


Nigar Adil: "Qarabağı xatırlamağımız üçün ermənilər əllərindən gələni edirlər.”

***


Aqşin Evrən: "Parisdə yerləşən Katakomba muzeyində 6 milyon insanın kəllə sümüyü sərgilənir. Muzeyə giriş isə 10-15 avrodur.

İtaliyanın Palermo şəhərindəki Kapuçin monastırında minlərlə cəsəd sərgilənir. Bu dəhşətli "açıq qəbiristanlığa” hər il yüzminlərlə turist gəlir.

Yəni dünyaya mədəniyyət dərsi verən iki ölkə - Fransa və İtaliya meyitdən pul çıxarmaqla məşğuldur.”


***

Sevinc Şabanova: "Son bir həftədir elə kreativcəsinə toylara dəvət edirlər ki, adam 4 dəfə öldürdüyü qohumunu bi də öldürməkdən vicdan əzabı çəkir.”


Sübhan


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK