adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Əzrayılın gənclərə məhəbbəti - Eminquey yazır

EMİNQUEY AKİF
50326 | 2019-07-08 15:09

Yazar İkinci Mahmud, gənc e, gənc, ürək tutmasından dünyasınıdəyişib. Ürək tutmasından... Gənc e, gənc. Ürək tutmasından... Bu gün xeyir işdəyəm,amma bu xəbər əhvalımı büsbütün korladı... Görəsən, mənim ürəyim nə vaxtpartlayacaq?!

Əcəlbizi cavan yaşımızda alır bunca dıydıq adamların əlindən. Enerjili, işıqlı,savadlı adamların üzünə qapıları bağlayan, amma mənəviyyatsızların, kütbeyinlərinönünə xalça sərən pullu adamların, Bayramların, Pərvinlərin, Samiraldoların vəsairələrin əlindənalır bizi. Bilir ki, bacarmayacağıq. Nə bilim, bəlkə də elə onun özü də bizisevmir. Bəlkə o da bizə axmaq gözüylə yanaşır. Ki, dünya müvəqqətidir, ancaq mənəxidmət etməlisiniz, başını buraxın dünya üçün nəsə yaratmağın. Bəlkə də. Ammabir şeyi dəqiq bilirəm. İki əlimiz yaxanızda olacaq o dünyada.

Ən çox da mənionun yoldaşının, uşaqlarının taleyi üzür. Bu ölkədə qadının əri öləndə düşdüyüdurum çox faciəvidir. Əgər əri lap cavandısa, Mahmud yaşındadırsa, daha da betərdir.Əvvəla bizim qadınlar ərlərinin ruhuna belə sadiqdirlər. Sonrası isə qadın istər-istəməzətrafdakıların nə deyəcəyindən çəkinib ömrünün sonuna kimi ailə qurmur. Yəniözünü övladlarına həsr edir. Ölən ərini övladlarında görməklə yetinir. Mən indio uşaqlara, qadına çox üzülürəm. Ölənin canı qurtarır bu xarabadan. Ammaövladları, yoldaşı hələ çox zülmlər çəkəcək.

Bir şey dədiqqətimi çəkdi. Qəribə təzaddır. Dünən Musa Yaqubun yalançı ölüm xəbəriyayılır. Açıqlama verir ki, sağam. Bu günsə İkinci Mahmudun. Musa Yaqub ahılçağında xəstəliklə mübarizə aparır, gənc yaşında sapsağlam Mahmud qəfil ürəktutmasından dünyasını dəyişir. Bu təzadın fonunda gəncliyimizin necə aciz, zəifduruma düşdüyünü aydın sezmək olur. Gənclər qırılır, qəzadan, güllədən, ürəktutmasından. Bizə yarımçıq, problem dolu, dərd dolu Vətən vermiş yaşlı nəsli,elə bu yarımçıq Vətənlə də baş-başa qoyub gedirik. Alın, sizin olsun, 100yaşayın!

SondaMahmudun ölümündən kam alanlara, xüsusən "dindar”lara sözüm var. Əziz inanclıdostlar, siz ateistlərə və qeyrilərinə olan qəddar yanaşmanızla, yəni"Allaha inanmırdı, yaxşı oldu ölməyi" deməyinizlə həmin insanları nədinə, nə Allaha yaxınlaşdırırsınız. Və mən qəlbdən inanıram ki, heç o - tərəfinitutduğunuz Allah da sizin bu əməlinizi bəyənmir. Bəli, məhz sizlərə görəinsanlar Ondan uzaq düşürlər.

TƏQVİM / ARXİV